Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

funksional  və  test  sistemli

  diaqnostikaları 

fərqləndirirlər.   

     Funksional  sistem  obyekt  özü  işlədiyi  zaman,  test  sistemi  isə  obyektin  müxtəlif 

qurğular vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilərkən aparılan diaqnostikaya deyildir. 

Bir neçə diaqnostika prosesi üçün olan sistem 



universal,

bir diaqnostik prosesi nəzərdə 

tutan sistem isə 

xüsusi

 diaqnostika sistemi adlanır.  

      Ümumi  diaqnostika  sistemində  element  bütövlükdə,  diaqnostika  obyekti  kimi 

qəbul  edilir  və  onun  texniki  vəziyyəti,  istismara  yararlılığı  baxımından  təyin  edilir. 

Lokal diaqnostika sistemində isə elementin tərkib hissələri (aqreqat, sistem, mexanizm) 

diaqnostika edilir. 

     Diaqnostika  avadanlığının  idarə  olunma  xarakterinə  görə  diaqnostika  sistemi 

avtomatik  və  əl  ilə  idarə  edilən  tipli  olurlar.Diaqnostika  prosesi  periodik  və  fasiləsiz 

aparıla bilər. 1-cisi müəyyən yürüşlərdən sonra texniki qulluqdan,həmçinin avtomobilin 

cari təmirindən əvvəl xarici avadanlıqla ,2-cisi isəhərəkət tərkibinin istismarı prosesində 

daxili texniki vasitələrlə yerinə yetirilir.  

       Elmi texniki tərəqqinin nailiyyətlərinin Avtomobil sənayesinə tətbiqi ilə əlaqədar 

müasir  avtomobillərin  konstruksiyalarının  təkmilləşdirilməsi  nəticəsində  onların 

dinamikliyi,  etibarlılığı,  məhsuldarlığı  və  digər  istismar  xüsusiyyətləri,  kəskin 

yüksəlmişdir.    Bununla  yanaşı,  müasir  avtomobillərin  konstruksiyaları  kifayət  qədər 

mürəkkəbləşib,onların  qiyməti  artıb  və  eyni  zamanda  hərəkət  təhlükəsizliyi  tələblər 

yüksəlib.  Bütün  bunları  müasir  şəraitdə  avtomobillərin  texniki  vəziyyətinin    daha 

səmərəli  idarə  edilməsinin    təşkil  edilməsi  üçün  operativ  nəzarətin  tətbiqini 

normallaşdırır. Avtomobillərin texniki vəziyyətindən operativ nəzarəti texniki qulluq və 

təmir sahələrindəki diaqnostika avadanlıqları vasitəsilə təşkil etmək, iqtisadi və təşkilatı 

cəhətdən  səmərəli  deyil  və  mürəkkəb  prosesdir.  Ona  görə  də  avtomobilin  texniki 

vəziyyətinə  operativ  nəzarəti  təmin  etmək  məqsədilə  konstruksiyada  quraşdırılan 

diaqnostika vasitələri daha geniş tətbiq edilir.  

     Bu  səbəbdən  hazırda  dünyanın  aparıcı  avtomobil  firmaları  avtomobilin 

konstruksiyalarında  quraşdırılan  diaqnostika  vasitələrinin  tətbiqinə  yüksək  diqqət 

yetirirlər.  




 

      Funksional  tələbatına  görə,  diaqnostika  vasitələri  2  qrupa  bölünürlər.  1-ci  qrup 



bütövlükdə  avtomobilin  və  ya  onun  bir  sıra  aqreqatlarının  diaqnostika  edilməsi  üçün 

nəzərdə tutulan diaqnostik vasitələri kompleksindən ibarətdir. 2-ci qrup isə avtomobilin 

elementlərinin  dərin  diaqnostikası    üçün  olan  işçi  və  xüsusi  diaqnostika  vasitələri 

daxildir.  

Avtomobilin diaqnostika avadanlığı ilə əhatə edilmə dərəcəsi baxımından diaqnostika 

vasitələri 3 hissəyə bölünürlər: 

-avtomobilin bütövlükdə diaqnostikasının ümumi sisteminə daxil olan vasitələr; 

-avtomobilin  ayrı-ayrı  aqreqat,  sistem,  mexanizm  və  qovşaqlarının  lokal  sisteminə 

daxil olan vasitələr; 

-ayrılıqda tətbiq edilən diaqnostika vasitələri.    

     Idarə  olunmanın  avtomatlaşdırma  dərəcəsinə  görə  diaqnostika  vasitələri 

avtomatlaşdırılmış, yarımavtomat, avtomatlaşdırılmamış və kombinə edilmiş olur.  

Diaqnostika  vasitələri  istifadə  edilən  enerji  növünə  görə  təsnif  olunurlar.Rabitə 

kanalında siqnal daşıyıcıların  enerji növünə görə diaqnostika vasitələri elektrik, maqnit, 

mexaniki,  optik,  pnevmatik,  hidravlik,  elektron,  kombinə  edilmiş  və  s.olur.Enerji 

mənbəyinə  görə  isə  diaqnostika  vasitələri:avtomobilin  elektrik    şəbəkəsindən  ,xarici 

elektrik şəbəkəsindən mexaniki və pnevmatik tipli enerji ilə qidalanan olur. 

     Avtomobilin  onun  hər  hansı  elementinin  texniki  vəziyyəti  diaqnostika  proqramına 

daxil  olan  əməliyyatların  müəyyən  ardıcıllıqla  yerinə  yetirilməsi  nəticəsində 

qiymətləndirilir.  Proqrama  daxil  olan  əməliyyatlar  ilə  xarakterik  xüsusiyyətlərə  malik 

olmalıdır  ki,alınan  nəticəyə  əsasən,  obyektin  texniki  vəziyyəti  haqqında  düzgün 

mühakimə yürüdülsün. 

     Avtomobildə  baş  verən  imtina  və  nasazlıqların  müəyyənləşdirilməsi  obyektiv 

xarakter  daşımalıdır.  Obyektiv  xarakter  dedikdə,  operatorla(diaqnostika  işçisi  ilə) 

avadanlığın birlikdə fəaliyyəti başa düşülür.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə