9
Bölmə 2.Istismar prosesində avtomobilin texniki vəziyyətinin(ATV) dəyişməsi
Avtomobilin texniki vəziyyətinin dəyişməsəbəbləri.
Istismar prosesində avtomobilin işləmə qabiliyyəti sabit qalmır, onun texniki iqtisadi
parametrlər aşağı düşür. Avtomobilin texniki vəziyyətinin dəyişməsinin xarici
təzahürləri bunlardır:onun dinamiki keyfiyyətləri pisləşir, mühərrikin işə salınması
çətinləşir,yanacaq sərfi artır, mexanizmlərin işində döyüntülər, səslər əmələ gəlir. Bütün
bunlar avtomobilin aqreqat və sistemlərində gedən zərərli proseslərin nəticəsidir. Belə
proseslər isə fırlanan kütlələrin qeyri - müntəzəm paylanması, mexanizmlərin
elementləri arasında texniki şərtlərin, yük, sürət, temperatur rejimlərinin pozulması və s.
səbəblər üzündən əmələ gəlir. Zərərli proseslərin qarşısını tamamilə almaq mümkün
deyil. Lakin istismar zamanı bu proseslərin sürətini bir sıra texniki tədbirlər vasitəsilə
ləngitmək mümkündür. Bunun nəticəsində avtomobilin aqreqat və mexanizmlərində işçi
proseslər yaxşılaşır,təhlükəli proseslər isə minimuma endirilir.Məsələn, zərərli
proseslərə misal olaraq mühərrikdə işçi qarışığının hazırlanma və yanmanın
termodinamik proseslərinin pozulmasını, transmissiyanın aqreqatlarında zərbəli
yüklərin yaranmasını göstərmək olar.
Göründüyü kimi, istismar zamanı avtomobilin texniki vəziyyəti, müxtəlif səbəblər
təsirindən dəyişir. Ümumi halda bu səbəblər aşağıdakılardır :
-etallardan yeyilmə prosesinin getməsi ;
-hissələrdə korroziyanın əmələ gəlməsi ;
-detalların təbii olaraq, köhnəlmə prosesinə məruz qalması.
Dostları ilə paylaş: