Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

sürtünmə 

deyilir.  

Diyirlənmə  sürtünməsi

  2 səth arasında əmələ gələn elə sürtünməyə deyilir ki, həmin 

səthlərin    toxunma  nöqtələrindəki  sürətlərinin  qiymət  və  istiqaməti  eyni  olsun.  Bu 

sürtünmə ən çox  kürəli və diyircəkli yastıqlar üçün xarakterikdir.  

    Sürtünmədə  və  iştirak  edən  səthlərin  toxunma  nöqtələrindəki  sürətləri  qiymət  və 

yaxud  istiqamətcə fərqlənirsə,belə səthlərin  arasında əmələ gələn sürtünməyə 



sürüşmə 

sürtünməsi

  deyilir.    Sürüşmə  sürtünməsi  dirsəkli  valın  əsas  və  sürgüqolu 

boyunlarında,paylayıcı valın yasdıqlarında daha çox müşahidə edilir.  

     Mürəkkəb  sürtünmədə  həm  diyirlənmə  həm  də  sürüşmə  sürtünməsi  eyni  zamanda 

baş verir. Buna görə bu sürtünməyə bəzən qarışıq sürtünmə deyilir. Belə sürtünmə dişli 

çarx ötürmələrində meydana çıxır.  

   Istər  sürtünmə  prosesi  və  istərsə  də  detallarının  yeyilməsi  bir  sıra  amillərdən  

asılıdır.Sürtünmənin kəmiyyətcə xarakteristikası sürtünmə əmsalı (f) ilə qiymətləndirilir 

ki,  bu  da  sürtünmə  qüvvəsinin  (F)  detalların  səthinə  təsir  edən  xarici  qüvvələrin 

normalına (N) nisbəti kimi təyin edilir.  

f=

𝐹

𝑁



 

    Sürtünmə  əmsalının  qiyməti    materialın  keyfiyyətindən,səthlərin  yerdəyişmə 

sürətindən,onlara  düşən  yükdən,  yağlarının  fiziki  kimyəvi  xüsusiyyətlərindən,verilmə 

üsulundan və sairdən asılıdır. Sürtünmə əmsalının qiymətini aşağı salmaq üçün sürtünən 

səthlərin  arasına  yağ  vurulur.  Sürtünən  səthlərin    arasında    yağın  iştirakına  görə 

detallarıda 3 növ sürtünmə müşahidə edilir: a)quru ; b)mayeli; v)sərhəd sürtünmələri. 

     Əgər  sürtünmə  və  qarşılıqlı  əlaqədə  olan  detalların  bilavasitə  materialları  arasında 

gedirsə,belə sürtünməyə 



quru sürtünmə

 deyilir. Quru sürtünməyə ilişmə muftasındakı 

tormoz sistemindəki sürtünmələri misal göstərmək olar. 



 

11 


       Əgər sürtünmə detalların səthləri arasında olan yağın layları  arasında gedirsə,yəni 

yağ  qatının  qalınlığı  sürtünən  səthlərin  çıxıntılarının  hündürlük  cəmindən 

böyükdürsə,bu halda əmələ gələn sürtünməyə 

mayeli sürtünmə

 deyilir. Mühərrikin və 

transmissiya aqreqatlarının detallar arasındakı  sürtünmə mayeli sürtünməyə misalıdır.  

       Sərhəd  sürtünməsi  elə  səthlər  arasında  əmələ  gələn  sürtünməyə  deyilir  ki,  həmin 

səthlərbir-  birlərindən  həddindən  çox  nazik  yağ  təbəqəsi  ilə  ayrılırlar.  Bu  yağ 

təbəqəsinin  qalınlığı  təxminən  0,1  mkm-na  bərabər  olur  və  özü  də  sürtünən  səthlərin 

materiallarının molekulyar ilişmə qüvvələrinin  təsirindən detalların üzərinə hopdurulur. 

      Praktiki olaraq avtomobil detallarından qarışıq sürtünmə gedir. Sürtünmə prosesinin 

nəticəsində yeyilmə prosesi əmələ gəlir.  

Detalların forma, çəki və ölçülərinin tədricən dəyişməsinə 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə