İqlim şəraitinin avtomobilin TV-nə təsiri.
İqlim şəraiti, ətraf mühitin ortaillik temperaturu onun minimum və maksimum
qiymətləri yağıntıların miqdarı havanın rütubəti və barometrik təzyiq ilə xarakterizə
edilir. İqlim şəraiti, nəinki avtomobilin texniki vəziyyətini, hətta yolun xarakterinə də
təsir edir.
Avtomobillərin yüksək temperatur şəraitində istismar edilməsi də çətinliklərlə
əlaqədardır, belə ki, cənub rayonlarında havanın temperaturunu 40-50 C çatdıqda
avtomobilin istilik, yük və sürət rejimi də dəyişir.Bunu nəzərə alaraq müasir avtomobil
zavodları “cənub”və “şimal” avtomobillərinin istehsalına geniş yer verir.
İqlim şəraitinə və avtomobilin texniki vəziyyətinə təsiri onunla xarakterizə edilir ki,
temperaturun təsirindən konstruksiya poladların,metal ərintilərinin, plastik kütlələrin
,rezin və digər materialların fiziki- kimyəvi,həmçinin mexaniki keyfiyyətləri də
dəyişir.Bunlardan əlavə, avtomobillərdə işlədilən istismar materiallarının tərkibi və
istismar xüsusiyyətləri iqlim şəraitindən asılı olaraq müxtəlif sərhədlərdə dəyişir.
Havanın temperaturun aşağı düşməsi bir sıra detalların kövrəkləşməsinə(xüsusilə plastik
kütlələrin),rezin materialların işləmə qabiliyyətinin itirilməsinə, soyuducu mayenin
(suyun) donmasına, mühərrikin çətin işə düşməsinə və s. xoşa gəlməyən hallara səbəb
olur.
Havaının nəmlik dərəcəsinin yüksək olması, detalların korroziyaya uğramasına
səbəb olur və nəticədə materialların yorğunluq həddi aşağı düşür, onların elastikliyi və
möhkəmliyi azalır, detalların yeyilmə dərəcəsi yüksəlir və s. zərərli prosesləri yaranır.
Avtomobilin texniki vəziyyətinə təsir göstərən əsas amillərdən biri də mühərrikin istilik
rejimi edir. Bu rejim havanın temperaturu avtomobilin yüklənmə dərəcəsi və sürəti onun
yük altında boşdayanma müddəti, texniki qulluğun aparılması keyfiyyəti ilə müəyyən
27
edilir. İstilik rejimindən asılı olaraq, mühərrikin detallarının yeyilmə dərəcəsi dəyişir
(şəkil 1).
Qrafikdən görünür ki, temperatur 80C-dən aşağı düşən kimi silindrin divarlarının
yeyilmə şiddət kəskin sürətdə artır. Bu aşağı temperaturlarda silindrlərdə yağlama
rejimin dəyişməsi ilə izah edilir.Belə ki, istilik rejiminin pozulması yanacağın fraksiya
tərkibinə təsiri etdiyi üçün normal işçi qarışığı alınmır, maye şəklində qalan yanacaq
silindrin divarlarında yağı sivirir,yeyilmələrin miqdarını artırır.Mühərrikin silindirlərini
korrozion-mexaniki yeyilmədən qorunmaq üçün onların yuxarı hissələrinə gilizlər
qoyurlar.
Aparılan elmi tədqiqatlar göstərir ki, ümumi şəkildə mühərrikin detallarının yeyilmə
dərəcəsi soyutma sistemində suyun və karterdə yağın temperaturu 50C-dən aşağı
düşdükdə böyük sürətlə artır.
Ətraf mühitin temperaturu aşağı düşəndə avtomobilin güc ötürücü mexanizmlərin
də, müqavimətlər yüksəlir.Bu müqavimətlərin qiyməti əsasən, transmissiyanın
aqreqatlarındakı yağların özlülüyü ilə mütənasibdir. Transmissiya yağlarının düzgün
seçilməsi detallarının yeyilməsinin azaltmaqla bərabər, yanacaq sərfini aşağı salır.
Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq
olur. Karbüratorlu mühərriklərdə bu rejim soyutma sistemində suyun temperaturu 80-85
C dizel mühərriklərində isə 85-90 C olduqda əldə edilir. Bununla həm də temperatur
rejimi saxlanılır. Termostatın tətbiq edilməsi, mühərrikin qızma vaxtını və onların
yeyilmə gərginliyini azaldır.
28
Avtomobilin idarə edilməsi onun yol hərəkətinin qaydaları əsasında optimal hərəkət
rejimlərinin seçilməsi başa düşülməlidir.Bundan başqa yolda profilaktika və təmir
xarakterli texniki təsirləri yerinə yetirmək də bu anlayışa daxildir.
İdarə edilmə keyfiyyətindən asılı olaraq avtomobilin aqreqat və mexanizmləri
müxtəlif rejimlərdə işləməli olur.Belə ki, güc ötürücü və hərkət hissələrinin detallarına
düşən dinamiki yüklərin qiyməti, mühərrikin istilik rejimi və s.dəyişir.Eyni markalı
avtomobillər eyni istismar şəraitində işlədikdə , lakin müxtəlif səviyyəli sürücülər
tərəfindən idarə edildikdə təmirlər arası yürüş 1,5-2 dəfə fərqli alınır, texniki sürət 9-
10% dəyişir.Buna görə təcrübəli sürücülər avtomobili idarə etdikdə ona səlis sürətlənmə
verir, ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində
az istifadə edir, mühərrikin işə düşməsi və qızdırılması qaydalarına riayət edir,
həmçinin onun istilik və yağlama rejimlərini gəzləyirlər.
Avtomobilin idarə edilmə kefiyyəti idarə edilmənin üsulu və ustalığı ilə xarakterizə
olunur.İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir.
1.İmpulsiv idarə edilmə üsulu avtomobilə düz ötürmədə sürətlənmə verilir, sonra
sürətlər qutusunun dəstəyi neytral vəziyyətə gətirilir, avtompbil sürətlənmə zamanı
aldığı enerjinin hesabına ətalətlə diyirlənir.Bu üsul əsasən enişlərdə və avtomobili
dayandırmaq lazım gəldikdə istifadə edilir.İmpulsiv üsulun müsbət cəhəti odur ki, 5-6%
yanacaqa qənaət edilir.Lakin sürətlənmə detalların yeyilmə dərəcəsi 25-40 % artır.
2.Sabit sürətlərdə idarə edilmə üsulu-bu üsulun vəziyyəti ondan ibarətdirki, yol şəraitinə
və hərəkət üsullarına müvafiq olaraq avtomobil sabit sürətlərdə sürülür.Bu üsuldan
enişli yollarda istifadə edildikdə mühərrik transmissiyadan ayrılmadığı üçün
avtomobilin mühərrik hesabına tormozlanma zəruriliyi yaranır.Buna görə isə mühərrik
detalların yeyilmə tempi artır.
3.Qarışıq idarə edilmə üsulu-yolun texniki vəziyyətindən asılı olaraq yxarıdakı iki
üsulun müsbət cəhətlərini özündə birləşdirir.
İdarə edilmə ustalığı avtomobilin normal yanacaq sərfini və hərəkətin təhlükəsizliyini
gözləmək şərti ilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə
ustalığının əsas göstəriciləri bunlardır: tormozlardan istifadə olunmanın minimum sayı,
sürət və yük rejimlərinin düzgün seçilməsi, sürətlənmənin səils yerinə yetirilməsi, və s.
İdarə edilmə istalığı yüksək olduğda avtomobilin təmirlər arası yürüşü 60%, yanacaq
qənaətliliyi 30%, texniki sürət 20% artır.
Avtomobilin müəssisə ərazisində texniki vəziyyətinin qorunub mühafizə edilməsi
saxlanma üsulundan aslıdır.Aydındır ki, avtomobil günün müəyyən hissəsini
avtonəqliyyat məssisəsinin ərazisində keçirməli olur. Saxlanma elə təşkil olunmalıdır ki,
avtomobilin texniki vəziyyətinə xələl gəlməsin.
|