İstismar şəraitinin ATV-nə təsiri
Avtomobilin istismar şəraiti bir çox amillərlə xarakterizə edilir. Bunların hər birinin
ayrılıqda ATV-nə təsirini öyrənmək üçün bütün amilləri şərti olaraq aşağıdakı qruplara
bölmək olar:
yol şəraiti ; iqlim şəraiti ; avtomobilin idarəedilmə üsulu.
Yol şəraitinin avtomobilin TV-nə təsiri.
Avtomobilin istismar edildiyi
yol şəraiti
dedikdə, yolun tipi yol örtüyünün texniki
vəziyyəti, yolun mailliyi havanın tozlanma dərəcəsi və hərəkət gərginliyi nəzərdə
tutulur. Yol şəraitindən asılı olaraq dirsəkli valın dövrlərin sayı mühərrikinin gücündən
və burucumomentindən istifadə dərəcəsi dəyişir.Yol şəraiti, həmçinin güc ötürücü
aqreqatların,avtomobilin hərəkət hissələrinin və asqıların elastiki elementlərinin işləmə
rejiminə də çox təsir edir.
Elmi təcrübələr göstərir ki, yaxşı vəziyyətdə olan torpaq yollarda avtomobilin
texniki sürəti asfalt-beton yollardakı sürətindən 1.3-1.4 dəfə azdır. Pis yollarda
avtomobilin texniki sürətini aşağı düşmə səbəbləri onun dinamiki keyfiyyətlərinin tam
istifadə edilə bilməməsi ilə izah izah olunur.
Mühərrikin işləmə rejiminin onun detallarının yeyilməsinə ciddi təsiri var(şəkil1).
Qrafikdən görünür ki,minimum yeyilmə dərəcəsi dirsəkli valın 1200-2000 dövrlərində
əldə edilir.Yuxarı dövrlər də yeyilmənin artması, mühərrikin temperatur rejiminin və
yağlama şəraitinin pozulması ilə izah edilir.Aşağı dövrlərdə yeyilmənin yüksək olması
25
isə onunla əlaqədardır ki, yağın hissələr arasına vurulma sürəti kiçik olduğundan,
sürtünən səthlərdə tam mayeli sürtünmə təmin edilmir.
Avtomobilin müxtəlif yol şəraitində işlədilməsi dirsəkli valın dövrlər sayının tez-tez
dəyişməsinə səbəb olur. Bu isə karbüratorlu mühərriklərdə işçi qarışığının hazırlanma
texnologiyasını pozur, sorma borusunun divarlarında maye yanacaq qatı çökür.Əgər
mühərrikin qərarlaşmış rejimində bu yanacaq qatının miqdarı verilən benzinin 1-2%-ə
çatır.Bu yanacağın müəyyən hissəsi silindlərə keçir, buxarlana bilmir, silindir
divarlarından yağı sivirir, karterə tökülür, yağı durulaşdırır.yağın keyfiyyəti pisləşdiyi
üçün detallar yeyilir, onların ğömür uzunluğu azalır.
Avtomobilin pis yollarda (karyerlərdə, daşlıq, dağlıq və nahamar yerlərdə) istismarı
ilə əlaqədar olaraq detallarının yeyilmə dərəcəsinin yüksək olması onunla izah edilir ki,
qeyri – müntəzəm iş rejiminin təsirindən zərbəli yüklər meydana çıxır, sürtünən
səthlərin yağlanma rejimi pozulur, mexanizmlərdə səslər əmələ gəlir və s. Məsələn,
silindr-porçen qrupunun detallarının yeyilməsinin əsas səbəbi sürtünən səthlərin üzərinə
hava ilə daxil olan tozun ən kiçik hissəciklərinin düşməsidir. Çarxqolu –sürgüqolu və
qazpaylama mexanizmlərində yeyilmə şiddətinin artmasına səbəb abraziv hissəciklərin
göstərdiyi təsirdir.
Yol şəraiti, avtomobilin elastik elementlərinin işləmə müddətinə də böyük təsir göstərir.
Tədqiqatlar göstərir ki, asfalt- beton, yollarda istismar edilən avtomobillərin ressorunun
ömür uzunluğu 150-160 min.km olduğu halda,nahamar, torpaq və daşlı yollarda
ressorun xidmət yürüşü 15-16 min.km olur. Göründüyü kimi ressorun işləmə müddəti
26
orta hesabla 10 dəfə azalır.Bu fərq ressor lövhələrində tez-tez dəyişən xarakterli
gərginliklərin təsiri ilə izah olunur.
Yolun texniki vəziyyəti tranmissiya aqreqatlarının işləmə qabiliyyətinə də mənfi
təsir göstərir.Avtomobil çətin keçilən yol şəraitində istismar edildikdə onun kiçik
ötürmələrdə işlədilmə müddəti artır, tez-tez ilişmə muftası və ötürmələr qutusundan
istifadə olunur ki, bunun nəticəsində aqreqatların ömür uzunluğu qısalır. Yol şəraiti
transmissiya aqreqatlarının detallarının yeyilməsinə də öz təsirini göstərir.Avtomobilin
asfalt-beton yoldakı yeyilmələrini vahid qəbul etsək , onda çınqıl yollardakı yeyilmələri
2,41, torpaq yollardakı yeyilmələri isə 1,98-ə bərabər olur.
Yol şəraiti, avtomobilin tormoz sistemi və sükan idarəsinə, aparan təkərlərin
yastıqlarına və hərəkət hissələrinə də öz təsirini göstərir. Burada zərərli halların qarşısını
almaq üçün imkan daxilində optimal hərəkət sürəti seçilməli və normal yağlama şəraiti
təmin etməli, detalların normadan çox yüklənməsinin qarşısını almalı və sair bu kimi
tədbirlər yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |