Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


Bölmə 4. Avtomobilin, onun aqreqat və mexanizmlərinin diaqnostikası



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Bölmə 4. Avtomobilin, onun aqreqat və mexanizmlərinin diaqnostikası. 

Avtomobilin ümumi diaqnostikası. 

Avtomobildə yerinə yetirilən TQ işlərinin 30-35%-ni nəzarət və nizamlama işləri təşkil 

edir.TQ  zamanı  aparılan yoxlama, nəzarət  ə  nizamlama  işləri ümumilikdə  diaqnostika 

işlərini əhatə edir. 

    Diaqnostika 

zamanı  avtomobilintəmirə  olan  tələbatı  öyrənilir,  Hərəkətin 

təhlükəsizliyi  baxımdan  texniki  istismarın  normalarını  təmin  etməyən  avtomobillər 

müəyyənləşdirir, TQ və CT-in yerinə yetirilmə keyfiyyətinə nəzarət edilir. 

Avtomobilin diaqnostikası zamanı onun bir sıra istismar keyfiyyətləri təyin olunur. Belə 

keyfiyyətlərdən  mühərrikin  gücünü  və  yanacaq  sərfini,  yavaşıma  təcilini,  tormoz 

yolunu,  sükan  çarxının  lyuftunu,  ətraf  mühitə  buraxılan  zəhərli  qazların  miqdarını  və 

s.göstərmək olar. Bu parametrlərin cari qiymətləri təyin edildikdən sonra buraxıla bilən 

normativ qiymətləri ilə müqayisə edilir, əgər varsa konkret nasazlıq aşkar edilir. 

Avtomobilin ümumi diaqnostikasının əsas diaqnostik parametrləri aşağıdakılardır: 

1.Avtomobilin  dartıcı  –iqtisadi  keyfiyyətini  qiymətləndirən  parametrlər  –  təkərlərdə 

yaranan güc və dartıcı qüvvə , sürət və sərbəst diyirlənmə məsafəsi, sürətlənmə vaxtı , 

sürətlənmə təcili, sürətlənmə yolu, yanacaq sərfi , işlənmiş qazlarda CO-nun miqdarı. 

2.Tormozlamanın keyfiyyətini xarakterizə  edən  parametrlər  – ayrı-  ayrı oxlarda  və  ya 

təkərlərdəki  tormozlama  qüvvələri,  tormoz  yolu,  yavaşıma  təcili,  yavaşıma  vaxtı  və 

yavaşıma yolu. 

3.  Hərəkət  hissələrinin  işləmə  qabiliyyətini  qiymətləndirən  parametrlər  –  şinlə  yol 

arasındakı toxunma sahəsinə təsir edən yan qüvvələr. 

    Avtomobilin  ümumi  diaqnostikası  müəyyən  ardıcıllıqla  aparılır.  I  mərhələdə 

avtomobilin iqtisadi göstəriiləri ilə əlaqədar olan parametrlər təyin edilir. II mərhələdə  

elementləri  (mühərrik,  güc  ötürücü  aqreqatları,  idarə  orqanları  və  s.)  ümumilikdə 

diaqnostika edilir.  

III  mərhələdə  aqreqat,  mexanizm  ,  sistem  və  qovşaqlarının,  IV  mərhələdə  isə  ən  sadə 

düyünlərin və detalların texniki vəziyyəti təyin olunur. Burada əsas yeri ilk 3 mərhələ 

tutur. 

     Tədqiqatlar  göstərir  ki,  ANM-dəki  avtomobillərin  30%-ə  qədəri  mühərrikin 

gücündən  tam  istifadə  etmir  və  yanacaq  sərfiyyatı  normadan  artıq  olur.  Diaqnostika 

nəticəsində  bu  mənfi  hallar  aradan  qaldırılır,  hətta  yanacaq  sərfi  xeyli  (12%)  aşağı 

düşür,  mühərrikin  mühərrikin  gücündən  düzgün  istifadə  etdikdə  texniki  sürət  7-8% 

məhsuldarlıq isə 4-5%-ə qədər yüksəlir. 




 

35 


      Aparılan  diaqnostika    işlərinin  nəticələri  göstərir  ki,  avtomobillərdə  mühərrikin 

gücünün  və  yanacaq  sərfinin  dəyişməsinin  əsas  səbəbləri  silindr-porşen  qrupunda 

birləşmələrin kipliyinin pozulması, alışdırma sistemindəki nasazlıqlar və s. olur. 

Avtomobilin kompleks diaqnostikası universal stendlərdə aparılır.  Belə stendlərə misal 

olaraq  LV-  39CDA  və  KS-4856  stendlərini  göstərmək  olar.    Belə  stendlər 

konstruksiyaca  

mürəkkəb  və  xeyli  baha  olduğu  üçün  böyük  ANM-də    və  yaxud  TX  stansiyalarında  

quraşdırılır.  Bu  kompleks  stendlər  bölmələrə  ayrılır.  Bu  diaqnostik  vasitələrin 

manevretməsini  yaxşılaşdırır.  Bölmələrdən  biri  sıradan  çıxdıqda  o  birilərdən  istifadə 

etmək  olur.Bu  diaqnostik  stendlərə  səyyar  tipli  digər  cihazlarda  əlavə  olunur.  Bu 

cihazlar imkan verir ki, postda avtomobili daha dərindən diaqnostikası mümkün olsun. 

Diaqnostik  stendlərdə  avtomobilin  dartıcı-  iqtisadi  göstəriclərindən  başqa  mühərrikin 

silindr-porşen  qrupunun  ,qazpaylama  mexanizminin,  alışdırma  sisteminin  eləcədə 

transmissiya aqreqatlarının texniki vəziyyətini təyin etmək mümkündür. 

Avtomobilin  dartıcı  –  iqtisadi  keyfiyyətini  aparan  təkərlərdəki  gücə  görə  təyin  etmək 

olur. Bunun üçün qaçış barabanlı stenddə aparan təkərlərdəki güc ölçülür 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə