3
Bölmə 1.Diaqnostika , predmeti və sistemi.
Diaqnostikanın əsas anlayışları.
Diaqnostikaya aid verilən materialların şərhindən aydın görünür ki, diaqnostika
sözü mürəkkəb bir termin olmaqla bərabər bir sıra texniki anlayışlarla (texniki vəziyyət,
işləmə qabiliyyəti, resurs, imtina və s.) sıx əlaqədardır.Diaqnostika məsələlərinin
şərhinə keçməzdən əvvəl həmin anlayışlarla tanış olaq.
Məlumdur ki, hər hansı bir mexanizmi bir biri ilə qarşılıqlı hərəkətdə olan
elementlərdən ibarətdir. Elementlərin arasında əlaqə müəyyən həndəsi kəmiyyətlər ilə
qiymətləndirilir. Həndəsi kəmiyyətləri (araboşluqlar, yerdəyişmələr və s.) ümumi halda
texniki qurğunun xüsusi halda isə hər hansı bir elementin normal işləmək qabiliyyətini
xarakterizə edir. Bu həndəsi kəmiyyətlərə də texniki vəziyyətin parametrləri və yaxud
sadəcə qurğunun struktur parametrləri deyilir.Struktur parametrləri, müvafiq fiziki
kəmiyyətlər ilə ölçürlər.
Mürəkkəb konstruksiya kimi avtomobildə bir- birinə nəzərən müəyyən texniki şərtlər
əsasında yerləşdirilmiş və qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir ki, bu əlaqələr
struktur parametrləri ilə qiymətləndirilir. Istismar zamanı avtomobilin aqreqat və
mexanizmlərinin struktur parametrləri özlərinin nominal qiymətlərindən buraxıla bilən
sərhəd qiymətlərinə qədər dəyişirlər.Struktur parametrlərinin cari və nominal qiymətləri
arasında fərq nəzərdən keçirilən elementin işlənmə keyfiyyətinin nominala görə
dəyişməsini göstərir, yəni onun nasazlıq dərəcəsini əks etdirir. Strukturu parametrin cari
qiyməti ilə buraxılan sərhəd qiyməti arasındakı fərqi nəzərdən keçirilən elementin qalıq
resursunu(ehtiyat xidmət müddətini) müəyyənləşdirir. Avtomobilin və yaxud onun hər
hansı bir elementin istismara başladığı andan son həddinə qədər işləmə müddətinə onun
resursu
deyilir.
Göstərilən hər 2 halda elementin texniki vəziyyəti təyin edilir. Sadə mexanizmlərin
texniki vəziyyəti bir, mürəkkəb konstruksiyaların texniki vəziyyəti isə kompleks
parametrlərlə qiymətləndirilir.
-Avtomobilin texniki imkanlarını qiymətləndirən parametrlərin texniki istismarın
normalarına müvafiq gəlmə dərəcəsi, onun texniki vəziyyətini təyin edir. Avtomobil
texniki cəhətdən sazdırsa bu o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə
verilmiş normativ qiymətlərinə uyğundur.
Digər maşın mexanizmləri kimi avtomobilində texniki vəziyyəti, istismar prosesində
sabit qalmır, yürüş artdıqca müxtəlif amillərin təsirindən pisləşir.Bunun qarşısını almaq
üçün texniki istismarda müxtəlif vasitələrdən istifadə edilir.
4
Parametrləri texniki sənədlərdə göstərilmiş qiymətlər hüdudunda olmaq sərti ilə
avtomobilin öz funksiyasını yerinə yetirə bilmə qabiliyyətinə onun
Dostları ilə paylaş: