Avtomobilin özünü (bortovoy) diaqnostikası.
Avtomobilin elektrik avadanlıqlarında baş verən imtinaların analizi göstərir ki, bunların
əsas səbəbkarı zavod – hazırlayıcıdır. Özünü diaqnostikanın (bortovoy diaqnostika) əsas
məsələsi avtomobilin elektrik avadanlıqlarının və elektron sistemlərinin çıxış
parametrlərini normativ qiymətlərdən meyl etməsini(dəyişmələrini) təyin etmək , bu
dəyişmələrin
avtomobilin
digər
sistem
və
mexanizmlərinə
təsirini
müəyyənləşdirməkdir.Bu məqsədlə avtomobilin elektron sistemində diaqnostik cihazları
birləşdirmək , özünü diaqnostika mərkəzi məntəqəsinə giriş nəzərdə tutulur və ora –
bortovoy kompyuter, kontrelyor, kiçik EHM qoşulur.
Elektron sistemin bortovoy diaqnostikasını mühərrikin bortovoy diaqnostikası ilə
əlaqəli sınaqdan keçirən xüsusi avadanlıqlar tətbiq olunur. Həmin avadanlıqlar universal
adapter vasitəsilə elektron idarəetmə sisteminə (EİS) qoşulur.
Müasir avtomobillərdə elektron sistemin dominant (üstün) rolu ona xidmətə daha çox
diqqət ayrılmasını tələb edir. Çünki avtomobilin əsas funksiyaları elektron sistemdən
asılıdır və ona görə də bu sistemin etibarlılığı yüksək səviyyədə , dəqiq təmin
olunmalıdır. Bu problemlərin həlli üçün elektron sistemlərin özünü diaqnostikası
nəzərdə tutulur.