Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Diaqnostikanın üsulları. 

Avtomobilin,  onun  aqreqat  və  mexanizmlərinin  texniki  vəziyyətini  daha  dəqiq  və 

düzgün  təyin  etmək  üçün  diaqnostikanın  müxtəlif  üsullarından  istifadə  olunur.Bunun 

üçün  diaqnostik  üsulda  elə  bir  parametr  seçilməlidir  ki,  bu  diaqnostik  parametrlərin 

qiyməti obyektin texniki vəziyyətini daha düzgün qiymətləndirməyə imkan versin. 

Avtomobilin  kompleks  şəkildə  işləmə  qabiliyyətini  qiymətləndirmək  üçün  işçi 

proseslərin  parametrlərinə  görə  diaqnostika  üsulundan  istifadə  olunur.  Məsələn, 

mühərrik  üçün  belə  parametrlər  onun  gücü  və  yanacaq  sərfi  ,  tormoz  sistemi  üçün 

tormozlama  yolu, transmissiyanın aqreqatları üçün mexaniki itgilər , yəni f.i.ə ola bilər. 

Birləşmələrin  kipliyinə  görə  diaqnostika    üsulundan  mühərrikin  porşen  –  silindr 

qrupunun  ,  soyutma  və  yağlama  sistemlərinin  ,  şinlərin  ,  avtomobilin  hidro  və 

pnevmosistemlərinin texniki vəziyyətini təyin edilməsində istifadə edilir. 

Həndəsi  ölçülərinə  görə  diaqnostika  üsulu  reduktorların,  sükan  idarəsinin  ,  tormoz 

mexanizminin,yastıqlarının,  şkvorenlərin  işləmə  qabiliyyətinin  təyin  edilməsində 

istifadə olunur. 

Mühərrikin  və  transmissiya  aqreqatlarının  ümumi  halda  texniki  vəziyyətlərinin 

öyrənilməsi üçün rəqsi proseslərə görə diaqnostika üsulundan istifadə olunur. 

Kipliyə görə diaqnostika üsulunda  -  silindr qrupunun kipliyi kompressometr cihazı ilə 

ölçülür.  Kompressometr  silindrlərin  alışdırma  şamlarının  və  ya  forsunkaların  yuvaları 

vasitəsilə  birləşdirilir.  Kompressiya  silindr  –  porşen  qrupu  detallarının  texniki 

vəziyyətindən asılı olduğu  kimi klapanların kipliyindən də çox asılıdır. 

Karterə  keçən  qazların  miqdarı  dinamometrik  stendlərdə  təyin  edilir.  Qazların  həcmi 

qaz sayğacı və ya reometr adlanan cihazla ölçülür. 

Klapanların  bağlı  vəziyyətində  sıxılmış  havanın  silindrlərdən  uçması  klapanların 

hemetikiliyinin pozulması hesabına baş verir. Klapanların kipliyi fonendoskop vasitəsilə 

ölçülür. 

Karterdə  yağın  səviyyəsi  birləşmələrin  kipliyinin  pozulması  nəticəsində  sızmaların 

hesabına da azala bilər. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə