19
İranşünaslıqda qəbul edilmiş bölgüyə əsasən
55
qədim İran
dilləri qrupuna aid edilən Avesta dilində
56
bi sıra türk mənşəli
sözlərin
işləndiyi göstərilir
57
.
Avestada türkizmlərə misal göstərilən sözlər sırasında
k
ā
ra
diqqəti cəlb edir. Bu söz «xalq, kütlə, qara camaat» mənasında
işlənmişdir
58
.
K
ā
ra sözü qədim fars dilində yuxarıda göstərilən
mənadan əlavə «ordu» anlamında da işlənmişdir
59
. Midiya tarixi
üzrə mütəxəssislər «ordu» mənasının bilavasitə «xalq» mənası ilə
bağlı olduğunu qeyd edirlər, çünki «
k
ā
ra termini altında ordunun
ancaq qara camaatdan təşkil edilmiş hissəsi başa düşülürdü»
60
. Bəzi
alimlər isə onların üst-üstə düşdüyünü qeyd edirlər. «Midiya xalqı»
və «Midiya qoşunu» anlayışları, görünür, əsasən biri-birinə uyğun
gəlirdi. Silahlı xalq – icma üzvləri – eyni zamanda qoşun idi»
61
.
Analoji hala türk dillərində də rast gəlinir
62
. Türk dillərində, o
cümlədən Azərbaycan dilində həmin sözün məna dairəsi çox
genişdir. «
Qara qədim İran dilinə türk dillərindən keçmişdir.
Dilimizdə
qara sözü rəng mənasından başqa «nəhəng», «iri»
(qarayazı), «xalq kütləsi» (qara camaat), «iri buynuzlu heyvan»
(mal-qara və ya qara mal), «kabus» (qara basmaq) və s. mənalar
verir. Dilçilikdən yaxşı məlumdur ki, alınma sözün bu qədər geniş
məna dairəsi və saysız-hesabsız derivatları ola bilməz»
63
.
55
Оранский И.М. Иранские языки в историческом освещении. М., 1979, с.10-11.
56
«Авестийский» (авестский) язык – под этим термином понимают язык
авесты – собрания священных зороастрийских текстов. Bax: [54, s.12].
57
Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında // AFM, I buraxılış,
Bakı, 1983, s.78; Hüseyni Ə. «Avesta»da qədim Azərbaycan sözləri // AFM, I
buraxılış, Bakı, 1983, s.137-138.
58
Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında // AFM, I buraxılış,
1983, s.78.
59
Tolman H.C. Ancient Persian Lexicon and texts. Nashville, 1908, p.80.
60
Мамедов Н.Х., Мамедов И.Т. Об относительной хронологизации
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.45.
61
Алиев И.Г. Мидия – древнейшее государство на территории
Азербайджана // Очерки по древней истории Азербайджана, Баку, 1956,
стр.145.
62
Древнетюркский словарь. Л., 1969, стр.423.
63
Aslanov V.İ. XII əsrə qədərki Azərbaycan dili haqqında // AFM, I buraxılış,
Bakı, 1983, s.78-79.
20
Türk və İran dillərində eyni məfhumu bildirən sözlərin identik
semantik inkişafı müşahidə edilir. Bu faktın özü bir daha həmin
dillərin tarixi əlaqələrinin qədimliyinə sübutdur. Çünki dildə identik
semantik inkişaf hadisəsi eyni regionun (ərazinin) xalqlarının
əsrlərlə qonşuluq şəraitində yaşamağının nəticəsi kimi meydana
çıxır. Bu zaman dillərin qohum və ya qeyri-qohumluğu nəticəyə
təsir göstərmir. Bu baxımdan görkəmli monqolşünas Q.D.Sanjeyev
çox düzgün olaraq qeyd edir: «Bunu da nəzərə almamaq olmaz ki,
müxtəlif regionlara nisbətən, eyni bir ərazinin dillərində onların
qohum və ya qohum olmayan dillərlə əlaqələrinin xarakterindən
asılı olmayaraq oxşar proseslər baş verir. Bu və ya digər dillərin
əlaqələrinin öyrənilməsində belə proses və hadisələrin nəzərə
alınması nəinki lazımdır, hətta çox vacibdir»
64
. Misallara müraciət
edək.
Bəy sözünün inkişafını izləyən tədqiqatçılar onun türk və İran
dillərində oxşar semantik proseslər keçirdiyini göstərirlər: «İran
(
baga-,
baγa «dövlət, var, sərvət» (Avesta) və
baga «allah, tanrı,
ağa» (qədim fars) və türk dillərinin (
bay «varlı, zəngin»,
bayat
«tanrı, ağa») materialları göstərir ki, bütün hallarda tamamilə oxşar
«var, dövlət, qismət, səadət» → (xoşbəxtlik, səadət verən) → «tanrı,
ağa» semantik modelinin ifadəsi baş verir»
65
. Bu dillərdə
bəy
sözünün ümumi leksik arxaizmlərə malik
olduğu da qeyd edilir
66
.
Eyni semantik hadisə türk
ala və İran
pisə sözlərində də
müşahidə edilir
67
. Belə hallar çoxdur. Görünür, belə sözlərin oxşar
semantik inkişafının nəticəsidir ki, dialekt və şivələrimizdə, bəzən
ədəbi dildə də, eyni mənalı vahidlər calaqlanmış, hibrid halda
işlənməkdədir.
Bu faktlar türk-İran dil əlaqələrinin tarixi barədə yuxarıda qeyd
edilən fikri təkzib edərək göstərir ki, onlar (türk-İran dil əlaqələri)
heç də elmi ədəbiyyatda artıq təsbit olunmuş kanonik
64
Санжеев Г.Д. О тюркско-монгольских лингвистических параллелях // СТ,
1973, № 6, стр.73.
65
Мамедов Н.Х., Мамедов И.Т. Об относительной хронологизации
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.45.
66
Yenə orada, s.46.
67
Оранский И.М. Этимологические заметки // Вопросы иранской и общей
филологии (к 70-летию проф. В.И.Абаева), Тбилиси, 1977, стр.216-221.