16
div, əjdaha və s.)
39
Azərbaycan dilində işlənməsi yüz illərlə ölçülür.
Onların Azərbaycan dilinə keçməsi Sasanilər dövrünə aid edilir
40
.
Azərbaycan və fars dillərinin qarşılıqlı əlaqələrinin qədimliyini
Azərbaycanda və İranda onlarla paleotoponimlər, xüsusilə
paleooykonimlər, türk və İran mənşəli söz və topoformantların
köməyi ilə əmələ gələn düzəltmə və mürəkkəb toponimlər də
təsdiqləyir
41
.
Azərbaycan dilinə ərəb dilindən bilavasitə söz alınması şübhə
doğurmur. İndinin özündə belə Azərbaycan dilində işlənən ərəb və
fars sözlərinin nisbətini nəzərdən keçirdikdə ərəb sözlərinin
üstünlük təşkil etməsi açıq-aşkar görünür. Bu faktın doğruluğuna
əmin olmaq üçün «Ərəb və fars sözləri lüğəti»ndə sadə hesablama
əməliyyatı aparmaq kifayətdir. Bu barədə bəzi tədqiqatçılar da qeyd
edirlər
42
. Şübhə yoxdur ki, bu məsələdə həlledici rolu din amili oy-
namışdır. Ərəb sözlərinin də əksəriyyətini dinlə bağlı leksik
vahidlər təşkil edir. Bununla belə ərəb sözlərinin hamısının Azər-
baycan dilinə bilavasitə ərəb dilindən keçmədiyi haqqında fikir
mövcuddur. Belə ki, Azərbaycan dilində işlənən ərəb sözlərin də
«ə»ləşməyə və «e»ləşməyə meyl daha çox özünü göstərir. Bu hal
klassik mətnlərdə çox müşahidə edilir. Tədqiqatçıların fikrincə, bu
bir daha göstərir ki, ərəb sözlərinin əksəriyyəti dilimizə fars dili və
fars dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərləri
vasitəsilə keçmişdir
43
.
Azərbaycan və ayrı-ayrı İran dillərinin istər ədəbi dil, istərsə də
dialekt səviyyəsindəki qarşılıqlı əlaqələrini tədqiq edən alimlərin
39
Асланов А.М. Азербайджанский язык в орбите языкового
взаимодействия. Баку, 1989, стр.32.
40
Yenə orada, s.32.
41
Bu barədə bax: Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı, 1983;
Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, 1991; Гейбуллаев Г.А.
Топонимия Азербайджана (историко-этнографическое исследование). Баку,
1986 və s.
42
Ə. Dəmirçizadə «Kitabi Dədə Qorqud» dastanlarında 350 ərəb, 136 fars
mənşəli sözün işləndiyini qeyd edir. Bax: Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili
tarixi. I hissə, Bakı, 1979, s.125.
43
Payizov M.K. Klassik mətnlərdə alınma sözlərin transkripsiyası problemlərinə
dair // Böyük Oktyabr sosialist inqilabının 70 illiyinə həsr edilmiş «Klassik mətn
və transkripsiya məsələləri» elmi-nəzəri konfransının məruzələrinin tezisləri,
Bakı, 1987, s.25.
17
gəldiyi nəticələr göstərir ki, türk dillərinin qədim və orta dövrünə
aid bir çox fonetik, qrammatik və semantik hadisələr İran dillərində
bu günə qədər mühafizə olunmuşdur. Azərbaycan dilinin qədim
dövrü üçün xarakterik olan, indi isə arxaikləşmiş və ya ədəbi dildən
çıxmış çoxlu sayda leksik vahidlər bu ərazidə yaşayan qeyri-türk
xalqlarının dillərində relikt halında qorunmuşdur. Həmin sözlərin
qədim forması türk dillərinin özünə nisbətən daha etibarlı,
dəyişilməz halda saxlanmışdır. Misallara müraciət edək.
Azərbaycan ədəbi dilində işlənməyən, onun dialekt və
şivələrində fonetik və ya semantik cəhətdən müəyyən dəyişikliklərə
uğrayaraq işlənən qəylə, çəkürkə, toğay, bünq, ülqi//ülqü, ğatığ və
s. qədim türk sözləri talış dilində etibarlı şəkildə qorunmuşdur.
Həmin sözlərin talış dilində işlənən formaları VI-VII əsrlərdəki türk
variantlarına daha yaxındır
44
.
Qabağ//qəbəğ «alın», qəjğun//qəzğan «qazan», dəğmə
«damğa», ğeyğülü//qayğulu «yuxulu», sürt «yoxuş» və s. sözlər tat
dilində bugün də işlənir
45
. Türk dillərinin qədim fonetik
hadisələrindən sayılan d ~ c // t ~ c əvəzlənməsinin izləri müasir
Azərbaycan dilində də qalmışdır. Bu qədim fonetik hadisə tat
dilindəki türkizmlərdə saxlanmışdır
46
.
İran dillərində işlənən qədim türk sözləri Azərbaycan-İran
əlaqələrinin qədimliyini təsdiqləyən linqvistik faktlardır. Məhz bu
faktlar əsasında tədqiqatçılar Azərbaycan dilinin yazıyaqədərki
dövrünə aid müəyyən məqamları üzə çıxarır, ayrı-ayrı sözlərin ilkin
semantik strukturunu bərpa edir
47
, Azərbaycanda səlcuqlardan
əvvəl Azərbaycan dilinin fəaliyyət göstərdiyini, sonralar
44
Мамедов Н.Х. Азербайджанско-талышские языковые связи на уровне
лексики // AFM, II buraxılış, Bakı, 1984, s.111-116; Yenə onun. Отражение
древнетюркских лексических элементов в талышском языке // СТ, 1980, №
3, стр.57-68.
45
Ахмедов Т.М. Некоторые древнетюркские слова в татском языке // СТ,
1971, № 6, стр.69-79.
46
Ахмедов Т.М. Лексические взаимоотношения азербайджанского и татс-
кого языков. АКД, Баку, 1969, стр.8.
47
Мамедов Н.Х. Значение данных талышского языка в изучении истории
азербайджанского языка дописьменного периода // СТ, 1984, № 6, стр.15-22.
18
Azərbaycan dilinin bu ərazidə yaşayan tayfalar və xalqlar arasında
ümumi ünsiyyət vasitəsi olduğunu qeyd edirlər
48
.
Azərbaycan dilinin tarixi üçün əvəzedilməz əhəmiyyətə malik olan
belə faktlara İber-Qafqaz dillərindən udin
49
, ləzgi
50
, saxur
51
, gürcü
52
,
şahdağ qrupu dillərində
53
rast gəlmək olar.
Nəhayət, elmi ədəbiyyatda özünə az-çox mövqe qazanmış bir
fikrə də münasibət bildirmək yerinə düşər. Bu məsələnin türk-İran
əlaqələrinin, o cümlədən həmin əlaqələrin tərkib hissələrindən biri
kimi Azərbaycan-İran dil əlaqələrinin tarixi ilə əlaqədar prinsipial
əhəmiyyəti vardır.
Qəbul edilmiş ümumi fikrə görə, «Orta Asiya və daha sonra
ondan qərbə (o cümlədən Zaqafqaziya və Azərbaycana – T.İ.) türk
dilinin yayılması şimal-şərqi və Mərkəzi Asiyanın köçəri
tayfalarının eramızın əvvəlində başlanan, gah zəif- ləyərək, gah
güclənərək bütün sonrakı əsrlər boyu böyük yerdəyişmələri ilə
bağlıdır»
54
. Bununla yanaşı elə gümanlar və fərziyyələr də
mövcuddur ki, guya qeyd edilən dövrdən əvvəl türk-İran qarşılıqlı
dil əlaqələrindən danışmaq əbəsdir. Lakin tarixi və linqvistik faktlar
bu fikri təkzib edir.
48
Рагимов М.Ш. Значение неродственных языков на территории Азербай-
джана в сравнительно-историческом изучении тюркских языков огузской
группы // СТ, 1971, № 2, стр.50-58.
49
Гукасян В.Л. Взаимоотношения азербайджанского и удинского языков.
АДД, Баку, 1973; Yenə onun. Древние тюркизмы в удинском языке // «Извес-
тия» АН Азерб.ССР, серия литературы, языка, истории, 1978, № 2, стр.66-
80.
50
Кубатов А.Б. Лексическое взаимоотношение азербайджанского и лезгинс-
кого языков: на материале кубинских говоров. АКД, Баку, 1973.
51
Асланов А.М. Взаимоотношения азербайджанского и цакурского языков:
на материале закатальско-кахских говоров. АКД, Баку, 1965.
52
Алиева Ф.Г. Тюркизмы в средневековых грузинских источниках (на основе
грузинской летописи «Картлис цховреба»). АКД, Баку, 1992; Гукасян В.Л. Об
азербайджанско-грузинских языковых контактах // СТ, 1980, № 4, стр.22-33.
53
Кубатов А.Б. Взаимоотношения азербайджанского языка и шахдагско-
лезгинской группы языков: на материале литературных языков и диалектов.
АДД, Баку, 1992.
54
Основы иранскогоязыкознания. Древнеиранские языки. М., 1979, стр.45-46.
Dostları ilə paylaş: |