Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   66   67   68   69   70   71   72   73   ...   164

 
144 
qo
şunundan isə 4 nəfər öldürülmüş, 17 nəfər isə yaralanmışdı (373,736-737; 
306,197-199).           
Osmalı ərazisidən keçməklə Pəmbək  və Şuragölə hücum planı boşa 
çıxdıqdan  sora  Hüseynqulu  xan  Abbas  Mirzənin  qorxusundan  İrəvana  
qay
ıtmağa ehtiyat etdi. O, dəstəsilə Arpaçayın Araza töküldüyü yerdə yer-
ləşən  Hacı  Bayramlı  kəndində  düşərgə  saldı.  Hüseynqulu  xan  buradan 
Koroğlu qalasına getmək niyyətində idi  (375,743-744; 41,76). 
Bu  vaxt 
Hamamlı  döyüşündə  məğlub  olan  şah  qoşunu  Abbas  Mir-
zənin  komandanlığı  altında  İrəvanda  mövqe  tutmuşdu.  Şahzadə  qardaşı 
Məmmədəli xana qışı burada gözləməyə təklif etsə də, o bununla razılaşmır 
və  qoşunu  ilə  Arazın  cənubuna  çəkildi.  Abbas  Mirzə  isə  rus  qoşununun 
ba
şsız qalmış İrəvana hücum edəcəyindən ehtiyat edərək bir müddət burada 
qalmalı  oldu.  O,  burada  mövqe  tutmasından  istifadə  edərək  müdafiə  təd-
birlərinə  başladı.  Şahzadə  ingilis  mühəndislərinin  köməyi  ilə  İrəvan  qal-
asının  müdafiəsini  möhkəmlədirdi.  Qalanın  müdafiəsi  üçün  5.000  qoşun 
saxladı. Hətta onların ərzaq tədarükü ilə də məşğul oldu (376,744). Bundan 
əlavə,  Abbas  Mirzə  ehtiyat  tədbirlərinə  əl  atdı.  O,  ingilis  mühəndislərinin 
təhriki ilə İrəvana hücum edərkən qus qoşunlarının sığındıqları Eçmiədzin 
kilsəsinin ətraf hasarlarının sökülməsini əmr etdi. Hasarın böyük hissəsi şah 
qoşunu  tərəfindən  dağıdıldı.  Lakin  qışın  yaxılaşmasi,  rus  qoşunlarının 
İrəvana hücum etməyəcəyınə əmin olan şahzadə burada qalmağı  məsləhət 
bilmədi  (375,743-744).  O,  İrəvanı  tərk  etməmişdən  əvvəl,  Hacı  Bayramlı 
kəndində dayanmış Hüseynqulu xana geri qayıtmasına icazə verdi. Ona üç 
dəfə xəbər yollandıqdan sonra xan İrəvana qayıtmışdı (376,744). 
Şah  qoşunları  cənub  istiqamətində  geri  çəkilsə  də,  İrəvan  xanı  rus 
qo
şununa  qarşı  mübarizəni  davam  etdirdi.  Hüseynqulu  xan  İrəvana 
qayıtdıqdan  sonra  da,  osmanlı  paşaları  ilə  birlikdə  Şuragölə  və  Pəmbəyə 
hücum 
planından  əl  çəkmədi.  O,  tezliklə,  Ərzurum  hakimi  Emin  paşa  ilə 
əlaqə  yarada  bildi.  Hücum  planını  müzakirə  etmək  üçün  onlar  arasında 
görüş  təyin  edildi.  Bu  görüş  1811-ci  il  avqustun  30-da  Arpaçayın  sağ  sa-
hilində  yerləşən  Maqizberd  qalasının  yaxınlığında  olmalı  idi.  Lakin  Emin 
paşa buraya yaxınlaşarkən sui-qəsd nəticəsində öldürüldüyündən görüş baş 
tutmadı. Nəticədə Hüseynqulu xan əliboş İrəvana qayıdır (306,289).   
Şah  qoşunlarının  Gəncə,  Qarabağ  və  Şirvana  hücumları  da  heç  bir 
nəticə  vermədi.  Qacar  qoşunları  ilk  dövrdə  ayrı-ayrı  cəbhələrdə 
müvəffəqiyyət qazansa da, sonradan rus qoşunun təzyiqləri nəticəsində geri 
çəkilməyə məcbur olmuşdu. Məğlubiyyətə məruz qalan şah hökuməti artıq 
nüfuz 
dairəsində olan əraziləri əldə saxlamağa cəhd edirdi. Belə ərazilərdən 
biri 
İrəvan xanlığı idi. Hüseynqulu xan başda olmaqla İrəvan qoşunlarının 


 
145 
və  eyni  zamanda  İrəvan  xanlığının  ərazisindən  istifadə  edərək  şah  qoşun-
larının tez-tez rus dəstələrinin yerləşdiyi sərhəd məntəqələrinə hücumu rus 
komandanlığının əks tədbirlər görməsinə səbəb oldu. 1811-ci ilin payızında 
rus 
komandanlığı  İrəvana  gizli  ekspedisiya  göndərməyi  qərara  aldı.  Ek-
spedisiyanın göndərilməsinin bir neçə səbəbi var idi. Birincisi, şah qoşun-
larının  Qarabağ,  Şəki,  Şirvana  olan  hücumlardan  yayındırmaq  və  onların 
bütün 
diqqətini  İrəvan  qalasının  müdafiəsinə  yönəltmək;  ikincisi,  İrəvan 
əhalisini qarətçi və dağıdıcı yürüşlə qorxudmaqla müqavimətini zəiflətmək 
idi.  Rus 
komandanlığının verdiyi əmrə görə, rus qoşunu İrəvan  kəndlərini 
dağıtmalı,  əhalinin  bir  hissəsini  qıraraq  əmlakını  və  mal-qarasını  qarət 
etməli, digər hissəsini isə Kartli-Kaxetiya ərazisinə köçürməli idi. 1811-ci il 
oktyabrın 27-də baş komandan markiz Pauliççi (1811-ci ilin sentyabrı-1812-
ci  il 
fevralı)  general mayor Lisaneviçə bu haqda yazırdı: «… Xüsusən bu 
ekspedisiyanı sizə həvalə edirəm ki, imkan daxilində dağıntı törətməklə əha-
li 
arasında dəhşətli qorxu yaratmağa cəhd edəsiniz və bu irəvanlıların yad-
daşında uzun müddət qalsın. Ən çox da nə qədər mümkündürsə daha çox 
ailə əsir götürmək və mənim fikirimcə səyyar ərzaq anbarı yaratmaq üçün 
lazım olan heç olmasa 4 min mal-qara ələ keçirməyə cəhd edəsiniz. Bundan 
başqa,  irəvanlılardan  pul  təzminatı  almağı  yaddan  çıxarmayın» (321,120). 
Bundan 
əlavə, Lisaneviçə İrəvan xanı ilə gizli sülh danışıqları aparmaq üçün 
səlahiyyət  də  verilmişdi.  Ona  tapşırılmışdı  ki,  əgər  xan  Rusiya  dövlətinin 
təbəəliyini qəbul edərsə və İrəvan qalasında rus qoşununu yerləşdirilməsinə 
razılaşarsa onunla gizli əlaqə yaratsın (321,120; 322,121).  
1811-ci  il 
noyabrın əvvəllərində general mayor Lisaneviçin başçılığı 
altında 4 batalyon və 200 süvaridən ibarət rus qoşunu yürüşə başladı. Yürüş 
gizli 
həyata  keçirilməsinə  baxmayaraq,  irəvanlılar  bundan  vaxtında  xəbər 
tuta  bildi.  Bu 
xəbər  əhali arasında  bərk  vahimə  yaratdı. Yerli əhalinin bir 
hissəsi kəndlərini buraxaraq əlçatmaz dağlara sığındı, bir hissəsi isə Arazın 
cənubuna  çəkildi.  Rus  qoşunu  heç  bir  maneəyə  rast  gəlmədən  10  gündən 
sonra  Abarana 
gəlib  çatdı.  Yerli  İrəvan  qoşunu  Qarasu  çayı  sahilində  rus 
qoşunu  ilə  kiçik  toqquşmadan  sonra  qalaya  çəkildi.  Lakin  general  mayor 
Lisaneviç 
yürüşü  davam  etdirə  bilmədi.  Şah  qoşununun  və  eyni  zamanda 
Hüseynqulu 
xanın  dəstəsinin  açıq  döyüşdən  qaçması  general  mayor  Lisa-
neviçi 
ehtiyatlı olmağa  məcbur etdi. Digər tərəfdən, Hüseynqulu xan vaxt 
qazanmaq 
və  xanlığı  rus  qoşunlarının  qarətindən  qurtarmaq  üçün  general 
mayor  Lisaneviçin 
yanına  sülh  xahişi  ilə  adam  göndərdi.  Lakin  qışın 
yax
ınlaşması,  yolların  qarla  örtülməsi,  digər  tərəfdən  irəvanlıların  güclü 
müqaviməti rus qoşununun geri qayıtmasına səbəb oldu. Bu yürüşdə İrəvan 
qoşunundan  xeyli  adam  ölmüş  və  17  nəfər  əsir  götürülmüşdü.  Əhalinin 2 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə