Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   74   75   76   77   78   79   80   81   ...   164

 
160 
keçərkən  şahzadə  rus  qoşunlarının  sərhəddi  keçdiyini  və  Abaranda  qala 
tikmələri haqqında İrəvan sərdarından məlumat aldı. Bu xəbərdən təsirlənən 
şahzadə o saat polkovnik Bartolomeyi yanına çağırıraraq deyir ki, ruslar bir 
tərəfdən nümayəndə, digər tərəfdən isə qoşun göndərirlər. Buna görə cənab 
Bartolomey 
işi  dayandırmaq  üçün  geri  qaytarıldı.  O,  Araz  çayı  yanında 
knyaz 
Menşikovla qarşılaşır və ondan qalanın tikintisini dayandırmaq üçün 
kağız  alaraq  Tiflisə  gəlir.  Lakin  artıq  bütün  qoşunlar  Göyçə  sahilində  da-
y
anmışdı.  Müharibə  başlayır  və  bizimkilər  (ruslar-E.Q.) 300 nəfər  itki 
v
erərək geri çəkilir» (11,140-142).  
O,  ikinci 
məktubda  isə  həm  P.D.Sisyanov,  həm  də  A.P.Yermolov 
haqqında  maraqlı  məlumat  verilmişdi.  Məktubda  yazırdı:  «Buradakı 
başçıların  (Qafqazdakı  rus  qoşunlarının  baş  komandanları-E.Q.) 
şöhrətpərəstliyi  Rusiyaya  baha  başa  gəlmişdi.  Sisianovun  şöhrətpərəstliyi, 
böyük  qabliyy
ətlə, qələbə və hiylələrlə himayəçiliyə keçirdiyi dörd xanlıq 
Rusiyaya 10 il 
müharibəyə başa gəlmişdi. İndiki başçının  (Yermolov-E.Q.) 
şöhrətpərəçtliyi  isə  yeni  müharibəyə  gətirib  çıxarmışdı.  Bunu  əsirlərin 
dəyişilməsi üçün razılıq əsasında yanına adam göndərdiyim Abbas Mirzə də 
təsdiq  edir. …Mənim  fikirimcə  burada  müharibənin  başlanmasında  Yer-
molovun 
müxtəlif  hiylələri  səbəb  olmasilə  hamı  razıdır.  Döyüşdə  əsir 
alınmış gəncəli Uğurlu xan qorxudan bunu təsdiq etmiş və sonra məxfi ifadə 
v
ermişdi…  Digər  iranlılar  və  azərbaycanlılar  indiki  qızışan  müharibə 
haqqında belə izahat verirdilər: Düzdür müharibəni biz (şah hökuməti-E.Q.) 
başlamışıq.  Lakin  Yermolovun  bizə  münasibətini  görərək  müharibəyə  on 
ildir ki, haz
ırlaşırıq. Bizi silahlı olmağa məcbur edirdilər, sizin dayanmadan 
hücumunuzdan  qorxaraq 
qoşun  saxlamağa  məcbur  idik…(11,16-17). 
Müharibənin  başlanmasında  rus  qoşunlarının  baş  komandanı  Yermolovun 
mənfi keyfiyyətlərinin böyük rolundan bəhs edən bu sənədlərdən əlavə, had-
isələrin canlı şahidləri də bu haqda məlumat vermişlər. Belə şahidlərdən biri 
yaz
ır  ki, «Sülh  münasibətlərinin  olduğu  vaxt  iranlılar  müharibə  elan 
etmədən İrəvan tərəfdən qəflətən bizim torpaqlara yürüş etdilər. Çoxları bu 
müharibənin  səbəbını  şöhrət  qazanmaq  arzusunda  olan  Yermolovun  fit-
nəkarlığında görürdü… O, şah sarayı ilə ədəbsiz rəftar edirdi, tez-tez onlara 
sataşır və hər cəhətdən ingilislərin İranda nüfuzuna mane olmağa çalışırdı. 
Şübhəsiz  o,  bizə  lazım  olan  İrəvan  xanlığına  paxıllıqla  baxırdı.  Bundan 
əlavə, o dövrdə sərhəd xəttində yaşayan və İrəvan xanı tərəfindən müdafiə 
olunuan  
köçəri  tatarlara  (Azəri  türkləri-E.Q.)  və  qarapapaqlılara  həddini 
bildirmək istəyirdi» (173,9-10). Beləliklə, qeyd edilən sənədlərdən görünür 
ki, 
müharibənin başlanmasında Rusiya tərəfinin də az günahı olmamışdı.         


 
161 
İrəvan  torpaqlarını  geri  qaytarmaq  üçün  Hüseynqulu  xan  Rusiya ilə 
Qacar 
İranı  arasında  başlayan  hərbi  əməliyyatlardan  yararlanmaq  qərarına 
gəldi. 1826-cı il iyulun ortalarında İrəvan qoşunu dörd istiqamətdə Şuragöl 
v
ə  Pəmbəyə  yürüşə  başladı.  Bu  zaman  İrəvan  qoşunlarının  sərhəddə 
düzümü 
belə  idi:  Hüseynqulu  xanın  başçılığı  ilə  6  topa  malik  2  batalion, 
3000 süvari 
dəstə Mirəkdə, İrəvan xanının qardaşı Həsən xanın başçılığı ilə 
5000 
nəfərlik qoşun Gümrü istiqamətində, 1000 nəfərə yaxın digər dəstə isə 
Göy
çə gölü ətrafında cəmləşmişdi (5,470).  
İlk yürüş 1826-cı il iyulun 16-da səhər tezdən başladı. Hüseyinqulu 
xanın başçılığı ilə 5 min nəfərlik İrəvan qoşunu Mirək kəndində yerləşən rus 
göz
ətçi məntəqəsinə hücum etdi. Həmin vaxt kənddə polkovnik knyaz Se-
varsamidzenin 
başçılığı ilə 3 topa malik 650 nəfərdən ibarət rus qoşunu var 
idi. 
İrəvanlıların qəfl hücumu polkovniki çaşdırdı. O, vaxt qazanmaq üçün 
bir 
ermənini  məktubla  xanın  yanına  göndərərək,  ondan  bu  hücumu  da-
y
andırmağı  xahiş  etdi.  Lakin  elçiyə  xəbər  verilir  ki,  xan  knyazla  danışıq 
aparmağa  ehtiyac  bilmir  və  onun  özünü  məhv  etmək  niyyətindədir. 
Hüseynqulu  xan  Sevarsamidzeni 
öldürənə  3  min  çervon  miqdarında 
mükafat 
təyin  etmişdi.  İrəli  atılan  İrəvan  süvariləri  ilk  hücumda  9  kazakı 
əsir götürdü. Hüseyinqulu xan rusların Gümrü ilə əlaqəsini kəsməklə onları 
məhv  etmək  niyyətində  idi.  Lakin  knyaz  xanın  bu  niyyətini  başa  düşərək 
düşərgəni tərk etmək qərarına gəldi. Beləliklə, o, İrəvan qoşununun təqibi 
altında  qoşunla  Gümrüyə  gəlib  çatdı  (110,355; 304,34-37).  Bu  hücumda 
xeyli rus 
əsgəri öldürüldü, rus alayına məxsus 450 at və ruslara sığınmış 200 
erməni ailəsi irəvanlılar tərəfindən ələ keçirildi (5,470).   
İkinci  İrəvan  qoşunu  Həsən  xanın  başçılığı  ilə  Şuragöl  sərhəddində 
cəmləşmişdi. Onun süvari dəstəsi eyni vaxtda Kiçik Qarakilsə kəndində yer-
ləşən  rus  gözətçi  məntəqəsinə  hücum  etdi.  Bu  əməliyyatda  İrəvan  qoşunu 
kəndi ələ keçirərək onu yandırmış, 150 nəfər əsir almış, çoxlu mal-qara və 
ruslara 
məxsus ilıxını qənimət götürmüşdü. Digər tərəfdən xan şuragöllüləri 
İrəvana  köçürmək  üçün  hiyləyə  əl  atdı.  Xanın  adamları  əyalətin  ruslar 
tərəfindən guya İrəvana güzəşt ediləcəyi şayəsini yaymağa başladı. Şuragöl 
hakimi  Budaq  Sultan  bu 
çağrışa  müsbət  cavab  verdi.  Əhalini  köçürmək 
üçün 
Həsən  xan  sultanın  yanına  Hamo  və  Qafar  xanın  başçılığı  ilə  300-ə 
qədər  atlı  dəstəsi  göndərdi.  Lakin  İrəvan  xanı  əhalini  öz  tərəfinə  çəkə 
bilmədi. Yalnız Budaq Sultana yaxın altı ailə İrəvana köçürüldü (215,353-
354; 110,355). 
İyulun  16-da  İrəvan  xanlığının  min  nəfərdən  ibarət  digər  dəstəsi 
Böyük 
Qarakilsə kəndindən 18 verst aralıda, Qəmzəçəmən çayı kənarında 
y
erləşən rus gözətçi məntəqəsinə hücum etdi. Burada yerləşən məntəqə ta-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə