Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   82   83   84   85   86   87   88   89   ...   164

 
176 
abaya 
çəkilərək  burada  düşərgə  saldı.  O,  yürüşü  davam  etdirərək  Təbrizə 
hücum 
etmək  niyyətində  idi.  Lakin  İrəvanda  baş  verən  hadisələr  bu  planı 
pozdu  (200,561; 177,112; 78,220-225; 416,287; 304,359-360,424; 169,28; 
29,99-100). 
Naxçıvanda müvəffəqiyyət qazanmasına baxmayaraq, İrəvan qalasını 
mühasirəyə  alan  rus  qoşununun  vəziyyəti  günü-gündən  ağırlaşırdı. 
Hav
aların  həddən  artıq  isti  keçməsi,  irəvanlıların  güclü  müqaviməti  rus 
qo
şununda itkilərin sayını çoxaltmışdı. Digər tərəfdən, xəstəlik qoşunu bür-
ümüşdü.  General-leytenant  Krasovski  gündəliyində  həmin  günlərdə 
Eçmiədzin  kilsəsində  yaradılan  hərbi  xəstəxanada  700-dən  çox  xəstənin 
olduğunu qeyd etmişdi (137,6). Xəstəlik tək əsgərlər arasında deyil, həm də 
z
abitlər  arasında  da  yayılmışdı.  Qala  dağıdan  topların  olmaması  da  rus 
qo
şununun  vəziyyətini  çətinləşdirirdi.  Rusiyadan  göndərilən  bu  cür  toplar 
avqust ay
ında gəlib çatmalı idi.    
Güclü müqav
imət və alınmaz İrəvan qalası qarşısında aciz qalan gen-
eral-leytenant  Krasovski 
mühasirəni  götürməyə  qərara  aldı.  Bu  iş  gizli 
surətdə həyata keçirildi. İrəvan qalasını mühasirəyə alan dəstələr 1827-ci il 
iyunun  21-
də  gecə  yarısı  Eçmiədzinə  geri  çəkildi.  Eçmiədzin  kilsəsində 
cəmləşən  rus  qoşunu  iyulun  1-ə  qədər  onun  müdafiəsini  gücləndirməklə 
məşğul olur. Bu qısa vaxt ərzində kilsə əlavə ərzaqla, odunla və mal-qaranın 
y
emlənməsi üçün otla təmin olundu. General-leytenant Krasovski polkovnik 
Lindenfeldin 
başçılığı  ilə 1  alay, 5 top  və 100 nəfərdən ibarət  erməni  atlı 
dəstəsini kilsədə qoyaraq, qalan qoşunla Eçmiədzindən 35 verst aralı, Aba-
ran çay
ı sahilində yerləşən dağ kəndi Cəngi kəndinə çəkilərək, iyulun 1-də 
burada 
düşərgə saldı. Lakin rus qoşunu geri çəkilərkən irəvanlılar tərəfindən 
təqibə məruz qalmışdı. İki min İrəvan süvarisi Məhəmməd xanın başçılığı 
ilə  rus  qoşununa  arxadan  hücumlar  edirdi.  Təqibə  və  cüzi  itkilərə  bax-
mayaraq,  general-leytenant  öz 
dəstəsilə  Cəngi  kəndinə  gəlib  çatdı.  Rus 
qoşununun  düşərgəsindən  10  verst  aralıda  Alagöz  dağının  ətəyində  isə 
İrəvan süvariləri dayanaraq  onlara nəzarət edirdi (137,6; 78,225; 304,452-
453).                   
Lakin  rus 
qoşununun  dincliyi  uzun  sürmədi.  Belə  ki,  iki  aylıq 
mühasirədən  sonra  rus  qoşununun  geri  çəkilməsi  irəvanlılar  üçün 
göz
lənilməz və tam zamanında olmuşdu. Mühasirənin uzanması, havaların 
isti 
keçməsi,  ərzaq  ehtiyatının  tükənməsi  və  rus  qoşununun  qalanı  bom-
bar
dıman etməsi müdafiəçilər arasında ölüm hallarını çoxaltmışdı. Belə ağır 
vaxtda 
mühasirənin  götürülməsi  əsl  toy-bayram  idi.  Xan  bu  münasibətlə 
şəhər  nümayəndələrini  və  kənd  başçılarını  qəbul  edərək  şənlik  keçirmişdi 
(304,454).  Lakin 
bacarıqlı  sərkərdə  olan  Hüseynqulu  xan  rus  qoşununun 


 
177 
müv
əqqəti  geri  çəkildiyinə  əmin  olaraq  sayıqlığını  itirmirdi.  O,  fasilədən 
istifadə edərək qalanın müdafiəsini möhkəmləndirməkdə davam edirdi.  
İrəvan xanı kiçik qarnizonla müdafiə olunan Eçmiədzin kilsəsini ələ 
keçirmək  niyyətinə düşdü. İyulun 2-də xanın başçılığı ilə 4 min süvari, 2 
piyada 
sərbaz  batalyonu, 6 topla  Eçmiədzinə  doğru  hərəkət  edərək  onu 
mühasirəyə  aldı  (137,7).  Hüseynqulu  xan  ilk  əvvəl  kilsəni  könüllü  təslim 
etmək  üçün  qarnizon  rəisi  Lindenfeldə  məktub  göndərərək  bildirir  ki,  rus 
qoşunu  artıq  Gürcüstana  geri  qayıdıb  və  qarnizon  heç  bir  yerdən  kömək 
göz
ləməsin.  Arxiyepiskop  Nersesə  inanmasınlar,  çünki  o,  yalançıdır.  Xan 
oların təhlükəsizliyinə zəmanət verir, qarnizonun istənilən tərəfə sərbəst geri 
çəkilməsini təklif edirdi. Müqavimət göstəriləcəyi halda kilsə güclə tutula-
caq,  onda  heç 
kimə aman verilməyəcəkdir (304,454). Lakin qarnizon rəisi 
xanın könüllü təslim olmaq tələbini rədd etdi (137,7).  
Mənfi  cavab  alan  Hüseynqulu  xan  kilsənin  ətraf  aləmlə  əlaqəsini 
kəsmək üçün bütün yol və cığırları nəzarətə götürdü. Bu xəbəri eşidən gen-
eral-leytenant Krasovski iyulun 3-
də 1200 nəfərdən ibarət Krım batalyonu, 
40-
cı yeger alayı, 300 kazak dəstəsi və 4 topla Eçmiədzinə doğru hərəkət 
etdi.  Rus 
qoşununun  yaxınlaşdığını  eşidən  Hyseynqulu  xan  mühasirəni 
götürərək yenidən İrəvan qalasına çəkildi. General Krasovski bir gün burada 
qaldıqdan sonra yenidən Cəngi kəndinə  qayıtdı (137,7). 
Hüseynqulu  xan 
mühasirəni götürüb İrəvan qalasına çəkilsə də sakit 
day
anmadı. Avqustun 1-də onun başçılığı ilə süvari və piyadadan ibarət 4 
min 
qoşun, 6 topla Uşaqan kəndi yaxınlığında Eçmiədzindən Cəngi kəndinə 
hərəkət edən, xəstələrlə dolu rusların yük arabalarına hücum edərək, onlara 
itki  verdi.  Lakin  o,  general-leytenant  Krasovskinin 
əlavə  qoşunla  köməyə 
gəldiyini eşidərək yenidən İrəvan qalasına qayıdır (137,8). 
Öz  qüvv
əsinə  arxayın  olmayan  Hüseynqulu  xan  Abbas  Mirzə  ilə 
əlaqə  yaratmaq  qərarına  gəldi.  O,  şahzadənin  diqqətini  İrəvana  yönəltmək 
üçün  ona  
şirnikləndirici  məktub  yazdı.  Məktubun  məzmunu  belə  idi: 
«
İrəvan  mühasirədən  azad  edilib,  rus  qoşunu  dağlara  sıxışdırılıb.  Onların 
dəstəsi çox az və dağınıqdır. İndi Eçmiədzini tutmaqdan, Bozabdal dağları 
ilə hərəkət edən mühasirə toplarını əldə etməkdən, Krasovskini məhv edərək 
Gürcüstana  yol  açmaqdan  asan  heç 
nə  yoxdur» (304,456). Hüseynqulu 
xanın  məktubu  Abbas  Mirzəyə  böyük  təsir  göstərdi.  O,  Krasovskinin 
dəstəsini  məğlub  edərək  Tiflisə  yol  açmaqla  Paskeviçin  başçılığı  ilə  rus 
qo
şunlarının Təbrizə hücum planını pozmaq niyyətinə düşdü. Abbas Mirzə 
10  min  piyada, 15 min  süvari  v
ə 24 topla qəflətən İrəvan xanlığına doğru 
hərəkət  edərək  avqustun  4-də  Eçmiədzin  kilsəsindən  15  verst  aralıda 
gecələmək üçün dayandı. Bir neçə gün burada qaldıqdan sonra şah qoşunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə