Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   78   79   80   81   82   83   84   85   ...   164

 
168 
tez
ləşdirmək idi. Rus komandanlığının ermənilər tərəfindən aldadılaraq ər-
zaq 
çatışmazlığından ağır vəziyyətə düşdüyünü və onlara olan ümidin boşa 
çıxdığını general adyutant Paskeviç də etiraf etmişdi. Onun 1828-ci il noy-
abrın  16-da  yazdığı  məxfi  məktubda  Benkendorfun  dəstəsinin  vəziyyətini 
belə  təsvir  edirdi: «Onu  (Benkendorfu-E.T.)  müşayət  edən  arxiyepiskop 
Nerses y
ürüşü sürətləndirmək üçün inandırmışdı ki, onun dəstəsi Eçmiədzin 
kilsəsində iki aylıq ərzaq ehtiyatı tapacaqdır. Lakin nə orada, nə də bütün 
xanlıqda heç bir taxıl ehtiyatı tapılmadı. Nerses tərəfindən aldadılmış bütün 
qoşun  o  dərəcədə aclıq  keçirirdi  ki,  əsgərlər  bitki  kökləri ilə  qidalanmağa 
başlamışdı…» (221,259). Daha sonra baş komandan erməni əhalisini qorxaq 
v
ə yalançı adlandıraraq, onlara olan ümidin boşa çıxmasından bəhs edərək 
qeyd  edirdi  ki, «ancaq 
dağlıq  mahalların  bir  neçə  kəndində  ermənilər  şah 
qoşunu  əleyhinə  silahlı  müqavimət  göstərməyə  cəsarət  etmişdilər.  İrəvan 
xanlığında bir neçə erməni bizim qoşuna qoşulmuşdu. Ümumiyyətlə, bütün 
əhali  sərdar  tərəfindən  dağlara  köçürülmüşdü.  Belə  ki,  mən  onlardan  (er-
məni əhalisindən-E.T.) heç bir yardım görmədim» (221,259). Erməni əhalis-
inin  y
ardımına bəslənən ümidin boşa çıxması Paskeviçin başçılığı ilə əsas 
qüvv
ələrin  aprelin  24-ə  planlaşdırdığı  İrəvan  xanlığına  yürüşün  təxirə 
salınmasına səbəb oldu (304,287). 
Bacarıqlı, uzaqgörən sərkərdə olan Hüseynqulu xan rus qoşunlarının 
tez
liklə  İrəvan  xanlığına  hücum  edəcəyini  bildiyindən  əvvəldən  müdafiə 
haz
ırlığı  görmüşdü.  İrəvan  qalası  daha  da  möhkəmləndirilmişdi.  Bu 
məqsədlə  ingilis  mühəndislərinin  məsləhətlərindən  də  istifadə  edilmişdi 
(11,173). 
Xanın əmri ilə bütün taxıl ehtiyatı kəndlərdən qalaya daşınmışdı. 
Qala  qarnizonu  daha  da 
gücləndirilmişdi.  Dövrün  məlumatına  görə,  təkcə 
İrəvan  qalasında  olan  qarnizonun  sayı  5000-ə  çatırdı.  Qalada  26  top  yer-
ləşdirilmişdi (185,28). Yerli əhalinin bir hissəsi Arazın cənubuna köçürül-
müş,  bir  hissəsi  əlçatmaz  dağlara  çəkilmiş,  digər  hissəsi  isə  qalalara 
sığınmışdı.  Xüsusilə,  Qırxbulaq  və  Göyçə  mahallarının  əhalisi  kütləvi 
surətdə  Arazın  cənubuna  köçmüşdülər  (11,176).  Məlumata  görə,  təkcə 
İrəvan qalasına 18 min sakin köçürülmüşdü (416,322). Məhz bu səbəbdən 
rus 
qoşununun  kəndlərdən  ərzaq  toplamaq  cəhdi  heç  bir  nəticə  vermədi. 
Digər  tərəfdən  ayrı-ayrı  çevik  dəstələrə  bölünmüş  İrəvan  qoşunu  Benken-
dorfun 
dəstəsinə qəfl hücumlar edərək onlara itkilər verirdi (304,300-301).  
Erməni  əhalisinin  xəyanətini  dərk  edən  Hüseynqulu  xan  Eçmiədzin 
ki
lsəsinə  qarşı  müəyyən  tədbirlər  görmüşdü.  Rus  qoşunu  gələnə  qədər 
kilsədə  400  nəfərdən  ibarət  qarnizon  yerləşdirilmişdi.  Lakin  bu  qüvvələr 
sonradan geri 
çəkilmişdi. Digər tərəfdən kilsədə bir neçə nəfər arximandr və 
rahib 
saxlanılmış, qalanları qalaya göndərilmişdı. Erməni din xadimlərindən 


 
169 
çox  az 
hissəsi  qaça  bilmişdi.  Kilsədə  olan  bütün  ərzaq  ehtiyatı  qalaya 
da
şınmış,  ətrafda  yerləşən  erməni  kəndləri  isə  tamamilə  qarət  olunmuşdu 
(11,216-217; 416,233).  
Bundan 
əlavə, Hüseynqulu xan kömək üçün şah sarayına da müraciət 
etmişdi.  Əvvəlcə  şah  hökuməti  İrəvan  qalasını  müdafiə  etmək  üçün  hərbi 
qüvv
ə göndərməyi qərara almışdı. Lakin Qacar komandanlığının rus qoşun-
larının  hücum  istiqaməti  haqqında  məlumatı  olmadığından,  bütün 
qüvv
ələrin  bir  istiqamətdə  cəmləşməsinin  əleyhinə  olaraq  kömək 
göndərməmişdi (5,616). Beləliklə, irəvanlılar xanlığı öz qüvvələri hesabına 
qorumağa qərara aldı.  
Eçmiədzin  kilsəsində  düşərgə  salan  rus  qoşunu  aclıqdan  əziyyət 
çəkirdi.  Bunun  qarşısını  almaq  üçün  general  Benkendorf  Sərdarabad  qal-
as
ına hücum etməyi qərara aldı. General İrəvan xanlığının qərb hissəsində 
y
erləşən bu qalaya hücum etməklə iki məqsəd güdürdü. Birinci, bu qalanı 
tutmaqla  burada  v
ə  onun  ətraf  kəndlərindən  qoşun  üçün  ərzaq  toplamaq, 
ikinci, bu hücum 
baş tutmadıqda, bu təlabatı Qars paşalığından əldə etmək 
ümidində idi (304,302). 
Sərdarabad  qalası  xanlıqda  İrəvan  qalasından sonra ikinci  ən  böyük 
qala  idi.  General  Benkendorf 
Sərdarabad  qalasını  qəflətən  ələ  keçirməyi 
qərara aldı. O, 1827-ci il aprelin 16-da səhər 5 alay və 4 topla Sərdarabad 
qalasına doğru hərəkət etdi. General Benkendorf rus qoşununun hərəkətini 
iz
ləyən  irəvanlıların  diqqətini  əsas  qüvvələrdən  yayındırmaq  üçün  Şirvan 
alay
ının üç bölüyünü İrəvan yoluna göndərdi. Lakin qala müdafiəçiləri rus 
qoşununun bu niyyətindən vaxtında xəbər tuta bilmişdi. Sərdarabad qalasın-
dan  10  verst 
aralı  Həsən  xan  1000  süvari  dəstəsi  ilə rusların  ön  dəstəsinə 
hücum  etdi.  Döy
üş  nəticəsində  xanın  dəstəsi  məğlub  olaraq  qalaya  doğru 
geri 
cəkildi. Bu döyüşdə irəvanlılardan 100 nəfər ölən və yaralanan olmuş, 
İsmayıl xan və kürd Hüseyn ağanın qardaşı oğlu əsir düşmüşdü (416,243). 
Onları təqib  edən rus  qoşunu  həmin  günü  axşam  qalaya  yaxınlaşdı. 
Lakin  qala 
müdafiəçiləri  toplardan  atəş  açmaqla  onlara  aman  vermirdı. 
Plan
ının  baş  tutmadığını  görən  Benkendorf  qala  rəisinin  yanına  könüllü 
təslim olmaq üçün elçi göndərdi. Qala rəisi Benkendorfun bu tələbini rədd 
edərək bildirir ki, «qalanı təslim etməkdənsə, onun dağıntıları altında dəfn 
olunmasına  razı  olardı» (304,304-305).  İrəvanlılardan  rədd  cavabı  alan 
Benkendorf aprelin 16-dan 17-
ə keçən gecə qalanı güclü top atəşinə tutmağa 
əmr  etdi.  Qala  toplardan  güclü  atəşə  tutuldu.  Lakin  qala  müdafiəçiləri 
ruslara 
əks  zərbə  endirməklə  lazımi  cavab  verirdi.  Digər  tərəfdən  ətraf 
kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Hətta rus qoşunu su və odun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə