Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   75   76   77   78   79   80   81   82   ...   164

 
162 
mamilə dağıdıldı, 15 əsgər öldürüldü və Tiflis piyada alayına məxsus ilıxı 
ələ keçirildi (110,355). Gümrüdə mövqe tutmuş Sevarsamidzenin gördüyü 
tədbirlər də bu hücumun qarşısını ala bilmədi. O, podporuçik Çavçavadzen-
in 
başçılığı  ilə  30  nəfər  piyada  və  50  nəfər  borçalılardan  ibarət  süvari 
dəstəni  köməyə  göndərdi.  Lakin  bu  dəstə  də  darmadağın  olundu,  pod-
poruçik ancaq 19 
nəfər borçalı süvarisi ilə geri qayıtdı (5,471; 304,50).  
Dördüncü 
İrəvan  qoşunu  Sadıqlı  kəndində  yerləşən  gözətçi 
məntəqəsini dağıdaraq, Balıqçayın kənarında yerləşən rus məntəqəsini hər 
tərəfdən  mühasirəyə  aldı.  Balıqçay  gözətçi  məntəqəsi  rus  komandanlığına 
çox vacib idi. Çünki bu 
məntəqə İrəvan və şah qoşunlarının Qazax, Borçalı, 
Şəmşəddil əyalətlərinə gedən yolun üzərində bir maneə idi. Burada  kapitan 
Pereverzyevin 
başçılığı ilə Tiflis alayının bir bölüyü yerləşmişdi. Bu gözətçi 
məntəqəni  gücləndirmək  üçün  A.P.Yermolov  iyulun  26-da  tiflis  alayının 
160 
nəfərdən ibarət bir dəstəsini kapitan Voronkovun başçılığı ilə Balıqçaya 
göndərdi.  Bu  dəstə  oraya  ərzaq  və  artilleriya  aparırdı.  İyulun  27-də  onlar 
məntəqəyə  çatmamış  1000  nəfərdən  ibarət  İrəvan  süvarisi  tərəfindən 
mühasirəyə  alındı.  Döyüş  nəticəsində  kapitan  Voronkovun  dəstəsi 
irəvanlılar tərəfindən məhv edildi. Onlardan 17 nəfər yaralanaraq əsir düşür, 
38 
nəfər qaça bilir, qalanları isə öldürülür (111,363). Rus komandanlığı bu 
məğlubiyyətin  səbəbini  dəstədə  olan  qazaxlılardan  ibarət  süvarilərin 
xəyanətində görürdü. Qazax distansiyasının pristavı Snejevskinin rəhbərliyi 
altında olan 40 nəfərdən ibarət qazax süvari dəstəsi rusları aldadaraq onları 
birbaşa  irəvanlıların  üzərinə  aparmış  və  ilk  atəş  açılan  kimi  döyüş  mey-
dan
ından  qaçmışdılar  (5,471; 304,50). Kapitan  Voronkovun  dəstəsinin 
məhv  edilməsi,  ərzaq  və  sursatın  irəvanlılar  tərəfindən  ələ  keçirilməsi 
Balıqçayda olan rus dəstəsini çıxılmaz vəziyyətə saldı. Vəziyyətin qorxulu 
olduğunu başa düşən kapitan Pereverzyev buranı tərk etmək qərarına gəldi. 
Onun  
əmri ilə 2 topa malik 300 nəfər piyada dəstə iyulun 28-də gecə ikən 
Balıqçayı tərk edərək Böyük Qarakilsə kəndinə çəkildi. (5,471; 304,52).  
Çox 
qısa  vaxt  ərzində  Hüseynqulu  xanın  qoşunu  Gümrü  və  Böyük 
Qarakils
əni  çıxmaqla,  sərhəd  boyu  bütün  rus  gözətçi  məntəqələrini  ələ 
keçirdi.  Lakin  Hüseynqulu  xan  bu 
qələbəni axıra çatdıra bilmədi. Belə ki, 
İrəvan xanı Göyçə ətrafında dayanaraq Abbas Mirzəni gözləməyə başladı. 
Şahzadə  1826-cı  il  iyulun  19-da  güclü  qoşunla  Cənubi  Qafqaza  hücum 
et
mişdi. O, Gəncəni geri alacağı təqdirdə Hüseynqulu xan qoşunu ilə onunla 
birləşərək Tiflisə yürüş etməli idi. Göyçə ətrafında şah qoşununu gözləmək 
xanın  bağışlanılmaz  səhvi  idi.  Digər  tərəfdən  rus  gözətçi  məntəqələrini 
mühasirəyə alan ayrı-ayrı İrəvan qoşunu arasında əlaqə yox idi. Bundan isti-
fadə edən rus dəstələri isə itki verməsinə baxmayaraq birləşə bilmişdi. 


 
163 
İrəvan qoşununun bütün sərhəd boyu hücuma keçməsi sərhəddə yer-
ləşən rus qoşununu pis vəziyyətə saldı. Bu xəbəri alan A.P.Yermolov knyaz 
Sevarsamidzey
ə nəyin bahasına olur olsun Pəmbək və Göyçəyə gedən yol 
üz
ərində  yerləşən  Böyük  Qarakilsə  kəndini  əldə  saxlamasını əmr  etdi.  Bu 
əmri alan knyaz iyulun 18-də Gümrüdə polkovnik baron Fridriksin başçılığı 
ilə 4 topa malik 700 nəfər dəstə, bundan əlavə Bəykəndində, Hamamlıda, 
Cəlaloğlunda və Balıqçayda kiçik dəstələr  yerləşdirərək Böyük Qarakilsə 
kəndinə doğru hərəkət etdi. Rus qoşununun bir hissəsinin Güirüdən getməsi 
irəvanlıları  daha  da  ruhlandırdı.  Onlar  Gümrünü  sıx  mühasirəyə  aldılar. 
İrəvanlılar  hər  tərəfdən  ərzaq  gələn  yolları  bağlamışdı.  İrəvan  qoşununun 
güclü 
təzyiqi altında acınacaqlı vəziyyətə düşən rus qoşunu baron Fridriksin 
əmri  ilə  Böyük  Qarakilsəyə  geri  çəkilməyə  məcbur  oldu.  Geri  çəkilərkən 
Bəykəndində və Hamamlıda yerləşən dəstələr də onlara qoşuldu (5,471-472; 
151,620).  
Rusların bütün qüvvəsi Böyük Qarakilsə kəndində cəmləşmişdi. Bu-
rada  4  batalion, 20 topa  malik  3 bölük  v
ə 370 nəfərdən ibarət süvari dəstə 
v
ardı.  İyulun  29-da  Sevarsamidze  əlavə  kömək  almasına  baxmayaraq,  rus 
qoşunlarının  vəziyyəti  acınacaqlı  idi.  Kənd  hər  tərəfdən  İrəvan  qoşunu 
tərəfindən güclü mühasirəyə alınmışdı. Digər tərəfdən ərzaq çatışmamazlığı 
rus 
qoşununu  əldən  salmışdı.  Vəziyyətin  acınacaqlı  olduğunu  görən 
A.P.Yermolov  bütün  qüvv
ələri  Cəlaloğlu  qalasına  çəkilməyi  əmr  etdi. 
Avqustun  1-
də  rus  qoşunu  tikililəri  yandıraraq  geri  çəkildi.  Arxadan  rus 
qo
şununu təqib edən irəvanlılar onlara xeyli itki verdi. Döyüşlərin birində 
İrəvan xanının Borçalılara yazdığı  məktubunu aparan bir azərbaycanlı dö-
y
üşçü  ələ  keçirildi.  Sevarsamidzenin  əmri  ilə  o  asılmaqla  cəzalandırıldı. 
Nəhayət, avqustun 15-də rus qoşunu Cəlaloğlu qalasına gəlib çatdı (5,471-
472; 151,620).  
Beləliklə, İrəvan qoşunu iki həftə ərzində bütün Pəmbək və Şuragölü 
rus 
qoşunundan təmizləyir. Bu əməliyyatın nəticəsini osmanlı mənbəyi belə 
təsvir edir: «İrəvan sərdarı və qardaşı Həsən xan Abadan qalasını azad edib, 
oradan 
qaçıb  Qarakilsəyə  sığınan  rusları  qılıncdan  keçirərək  yeddi  yüz 
tərəkəməni İrəvan, Gümrü qəzasının dörd kəndini əcəm tərəfə köçürür, daha 
dörd 
kəndi isə Qars paşalığında Maqazberd bəyi Şərif ağaya təslim etmişdi 
(57,111-112). 
İrəvanlıların bu genişmiqyaslı yürüşü nəticəsində rus qoşunu 
158 
nəfər əsgər və zabit itirmişdi (125,143).  
Pəmbək  və  Şuragöl  sultanlıqları  rus  qoşunlarından  azad  edildikdən 
sonra 
İrəvan  qoşunu  qonşu  əyalətlərə  də  hücumlar  təşkil  etməyə  başladı. 
Bozabdalda y
erləşən İrəvan gözətçi dəstəsi almanların məskən saldığı Yeka-
terinenfeld 
kəndinə  hücum  edərək,  buranı  qarət  etmiş  və  300  nəfəri  əsir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə