Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   73   74   75   76   77   78   79   80   ...   164

 
158 
Knyaz 
Menşikov  Tehrana  göndərilməsinə  baxmayaraq,  müharibə 
labüd  idi. 
Mirəkın  rus  qoşunu  tərəfindən  işğalı  vəziyyəti  daha  da 
gərginləşdirmişdi. Rus qoşunlarının Göyçə ətrafı ərazilərdə möhkəmlənməsi 
Hüseynqulu 
xanı  bərk  qəzəbləndirmişdi.  İrəvan  xanı  qoşunlarını  sərhəddə 
cəmləşdirməyə  başladı.  Hətta  xan  səfirin  xahişi  ilə  şahzadənin  İrəvan 
qo
şununu gölün ətrafından geri çəkmək göstərişinə də məhəl qoymamışdı. 
Hüseynqulu 
xanın Menşikov missiyasının tərkibinə daxil olan və əslən er-
məni  Yefrem  Kovalevə  verdiyi  cavab  onun  bu  məsələdə  qəti  mövqeyinin 
bariz 
nümunəsidir. Hüseyinqulu xan demişdi: «Mən təəccüb edirəm ki, rus 
səfiri bir tərəfdən Nikolay Pavloviçi imperator kimi tanımasını xahiş edərək 
özü 
ilə çoxlu hədiyyə aparır, digər tərəfdən isə rus qoşunu bizim sərhəddi 
işğal  edib.  Mən  şahzadənin  göstərişini  eşitmək  istəmirəm.  Əgər  ruslar 
qo
şunu geri çəkməsələr, burada duran qulluqçularımdan birini Tiflis quber-
natoru,  ikincisini  komendant,  üçüncüsünü 
isə polismeyester təyin edərəm» 
(304,23).  
Beləliklə,  Menşikovun  missiyası  da  heç  bir  nəticə  vermədi.  Hər  iki 
tərəfin güzətə getməməsi müharibənin qaçılmaz olduğunu bir daha göstərdi. 
Digər  tərəfdən  belə  gərgin  vəziyyətdə  rus  qoşununun  Mirək  kəndini  işğal 
etməsi  hər  iki  tərəf  arasında  olan  münasibəti  daha  da  ağırlaşdırmışdı. 
Rusların  hiyləgər  hərəkətindən  bezmiş  şah  sarayı  ilk  olaraq  hərbi 
əməliyyatlara  başladı. 1826-cı  il  iyulun  19-da  Abbas  Mirzənin  koman-
danlığı  ilə  60  minlik  şah  ordusu  Rusiya  işğalı  altında  olan  Azərbaycanın 
şimal hissəsinə hücum etdi (161,165-166; 21,40). Beləliklə, ikinci Rusiya-
İran müharibəsi başladı. 
 
2.5. 
İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı 
 
Qeyd 
etmək lazımdır ki, istər rus qafqazşünaslarının əsərlərində, istər 
sovet 
tarixşünaslığında, istərsə də müasir tarixşünaslıqda ikinci Rusiya-İran 
müharibəsinin başlanmasının əsl günahkarı birtərəfli olaraq Qacar İran dö-
v
ləti olduğu bildirilir. Lakin dövrün mənbələrində bunun tam əksini sübut 
edən  məlumatlara  rast  gəlmək  mümkündür.  Sənədlərə  əsasən  qeyd  etmək 
olar  ki, 
hər  iki  müharibənin  başlanmasında  heç  də  Rusiyanın  az  rolu  ol-
mamışdı.  Ümumiyyətlə,  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanları 
P.D.Sisianov  v
ə  A.P.Yermolovun  şöhrətpərəstliyi,  mənəm-mənəmliyi, 
dik
başlığı,  kobudluğu,  söyüşkənliyi,  güzəştə  getməmələri  dövlətlərarası 
münasibətlərin  gərginləşdirməsində  mühüm  rol  oynamışdı.  Məsələn,  adi 
ordu 
generalı olan P.D.Sisianovun 1805-ci il martın 29-da Qacar  İran dö-
v
lətinin  başçısı  Fətəli  şaha  yazdığı  məktubu,  onun  dikbaşlığına, 


 
159 
mənəmmənəmliyinə  əyani  sübutdur.  O,  məktubda  rus  qoşunlarının 
qələbələri ilə öyünərək şahın qarşıında dörd tələb irəli sürmüşdü: 1. Sizə əsir 
düşən bütün silahlı, silahsız  və  yaxud  yaralı rus əsgərləri təhvil verilməli; 
2.
Yuxarıda deyildiyi kimi, əsir düşən bütün gürcü knyazları, zadəganları və 
tacirləri  təhvil  verilməli; 3. Tiflisin  qarəti  zamanı  Ağa  Məhəmməd  şah 
tərəfindən  İraklidən  qənimət  götürülmüş  bütün  toplar  təhvil  verilməli; 
4.Sizin 
tərəfinizdən keçən əməliyyat  zamanı vurulan ziyana  görə rus pulu 
ilə 1 miliyon rubl ödəməli. Bu tələblərdən sonra o, şaha hədə-qorxu gələrək  
yaz
ırdı: «Onda  İran  sahilləri  rahat  və  sakit  qalacaq,  siz  alihəzrət  Araz  və 
Kür çay
larından şimal ərazilərə toxunmayacağınız təqdirdə Tehran külə dö-
ndərilməyəcəkdir» (12,226-229).  Belə  hədə  qorxu  dolu  məktublar 
Az
ərbaycan xanlarına, xüsusən İrəvan xanına da yazılmışdı.  
Hər  iki  Rusiya-İran  müharibələrinin  başlanmasında  rus  koman-
danlığının əsasən günahkar olması general adyutant Paskeviçin 1826-cı ildə 
çara 
göndərdiyi  iki  məktubundan  da  bəlli  olmuşdu.  Müharibənin 
başlanmasında  A.P.Yermolovu  günahlandıran  Paskeviç  Gəncə  döyüşündə 
əsir  düşmüş  Cavad  xanın  oğlu  Uğurlu  xanın  ifadələrinə  əsasən,  çara 
göndərdiyi  birinci  məktubunda  yazırdı: «1. Gürcüstanda  olan,  Tiflisdən 
keçən  bütün  İran  məmurları  Abbas  Mizəyə  və  şahın  özünə  Yermolovun 
yaramaz 
hərəkətləri, söyüş söyməsi haqqında məlumat verirdilər. 2. İrəvan 
sərdarı  dəfələrlə  general  Yermolovdan  və  polkovnik  Sevarsamidzedən 
məktub  almışdı.  Xüsusilə,  Sevarsamidzedən  alınan  məktubda  yuxarıda 
göstərilən  ədəbsiz  sözlər  öz  əksini  tapmışdı.  Belə  məzmunlu  məktubları 
tərgitməyi  Abbas  Mirzə  Yermolovdan  xahiş  etmişdi. 3. Yermolov  Göyçə 
gölünün 
şimal hissəsində yeni sərhədlərin çəkilməsini tələb edərkən, onun 
y
anına göndərilən məmurların yanında tez-tez şəxsən şahın özünə və bütün 
İran xalqına ədəbsiz söyüşlər söyürdü. Məmurlar geri qayıdarkən bu haqda 
şaha  məlumat  verirmişdilər  və  xalq  arasında  yaymışdılar.  Buna  görə,  din 
xadimləri  ayağa  qalxaraq  şahdan  müharibə  tələb  edirdilər. 4. Keçən  il 
pay
ızda  (1825-E.Q.)  Mazaroviç  axırıncı  dəfə  şahın  qəbulunda  olanda,  şah 
ona  p
adşah  olduğunu  və  padşahla  iş  gördüyünü,  Yermolovun  şıltaqlığına 
görə heç bir arşın torpaq verməyəcəyini, əgər bu rus çarı üçün əhəmiyyət-
siz
dirsə,  onda  o  özü  güzəştə  getsin  cavabını  vermişdi.  Sonra  Yermolovun 
y
anına  Tiflisə  nüfuzlu  məmur  göndərilmişdi.  Lakin  ona  (məmura-E.Q.) 
general  Velyaminovla 
danışıqlar  aparmaq  tapşırılmamışdı. 5. Göndərilmiş 
nümay
əndə  geri  qayıtdı,  bunun  ardınca  Tiflisdən  gələn  rus  ordusu 
mübahisəli  əraziyə  daxil  olaraq  xalqı  oradan  qovdu  və  burada  qışlamağa 
başladı.  Yazda  isə  Rusiya  elçisi  Tiflisə  daxil  olanda,  onun  tərəfindən  ilk 
öncə  polkovnik  Bartolomey  şah  sarayına  göndərildi.  Məmur  Təbrizdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə