Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   81   82   83   84   85   86   87   88   ...   164

 
174 
istiqamətində  yürüşü  başladı. 1827-ci  il  mayın  12-də  500  nəfər  gürcü  və 
erməni  əyanlarının  müşayətilə  general-adyutant  Paskeviç  güclü  qoşunla 
İrəvana doğru hərəkət edərək, iyunun 8-də Eçmiədzinə gəlib çatdı (5,618; 
304,323-327).  Rus 
qoşununun  sayı  15.000-ə  çatırdı (78,218).  Bu qoşunun 
ardınca  general-leytenant  Krasovskinin  başçılığı  ilə  20-ci  piyada  alayı 
İrəvana  gəldi  (304,332-333).  Rus  qoşununun  tərkibində  çarın  razılığı  ilə 
Tiflisdə ermənilərdən təşkil olunmuş ilk alay da fəaliyyət göstərirdi. Mayın 
17-
də Tiflisdən hərəkət edən bu alaya yolda ikən çoxlu erməni qoşulmuşdu. 
Onların sayı  1000 nəfərə çatırdı (5,618; 304,324; 64,12). 
İrəvana  gələn  baş  komandan  Paskeviç  Benkendorfun  dəstəsini  ağır 
v
əziyyətdə  gördü.  O,  bütün  artilleriyanı  İrəvan  qalası  ətrafına  göndərdi. 
Sonra qala 
rəisi ilə danışıqlara cəhd etdi. Lakin xan qala rəisilə danışıqların 
mənasız olduğunu bildirərək Paskeviçə yazırdı: «Əgər Paskeviç rəislə qalanı 
təslim etmək məqsədilə danışıq aparırsa bu mənasızdır, belə ki, buranın xanı 
olan 
mən qərara almışam ki, (qalanı-E.T.) təslim etməyim» (304,332). 
İrəvan  xanından  mənfi  cavab  alan  Paskeviç  qalanın  mühasirəsini 
gücləndirməyi  qərara  aldı.  Onun  əmri  ilə  hərbi  mühəndis,  general-mayor 
Truzson 
İrəvan  qalasını  güclü  bombardıman  etmək  üçün  onun  şimal 
hissəsində, Zəngi çayının sahilində artilleriya üçün yer düzəltməyə başladı. 
Lakin  qala 
ətrafını  nəzərdən  keçirən  baş  komandan,  tezliklə  onu  ələ 
keçirməyin  qeyri-mümkün  olduğuna  əmin  olaraq  bu  işi  dayandırdı 
(416,266; 78,218; 304,332). 
Digər  tərəfdən  qala  müdafiəçilərinin 
müqav
iməti, havaların isti keçməsi nəticəsində rus qoşununun itkisi günü-
gündən  çoxalırdı.  Paskeviç  çara  yazdığı  məktubda  etiraf  edirdi  ki, «Mən 
təəccüblənirəm ki, günü-gündən qalanın mühasiryə alınması çətinləşir, çün-
ki 
beş gündür burdayam, 400 nəfər xəstə Eçmiədzinə göndərilib. Mən mol-
daviya  kompaniy
asının təcrübəsindən bilirəm ki, xəstəlikdən alayların sayı 
az
alır, qorxuram qoşunun vəziyyəti o dərəcəyə çata ki, mühasirədə heç kim 
tapılmasın» (304,332).  
İrəvan  qalasını  işğal  edə  bilməyəcəyinə  əmin  olan  Paskeviç 
Naxçıvana  yürüş  etməyi  qərara  aldı.  Baş  komandan  uzun  müddət  İrəvan 
ətrafında ləngiməklə, sələfləri Sisiyanov və Qudoviçin səhvlərini təkirarla-
maq 
istəmirdi.  O,  mühasirənin  uzanmasını  rus  qoşunu  üçün  acınacaqlı 
nəticə  verəcəyini  başa  düşürdü.  Digər  tərəfdən,  Paskeviç  qala  müda-
fiəçilərinin Naxçıvandan və Arazın cənubundan kömək alacağından ehtiyat 
edirdi. Bu haqda çara yaz
ırdı: «Beləliklə, məni Arazın cənubuna getmək və 
hər şeydən əvvəl Naxçıvanı işğal etməyə məcbur edən səbəb İrəvan qarni-
zonunu  o 
tərəfdən  hər  hansı  kömək  almaq  imkanından  məhrum  etmək 
idi…» (304,332). 
Baş  komandan  cənuba  yürüşdən  əvvəl  mühasirəni 


 
175 
gücləndirmək  üçün  bir  neçə  göstəriş  verdi.  Mühasirə  başçısı  Benkendorf 
general-leytenant  Krasovski 
ilə  əvəz  olundu.  Onun  başçılıq  etdiyi  20-ci 
piyada  diviziy
ası,  sevastapol,  krım  piyada  alayları, 39 və  40-cı  yeger 
alay
ları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində saxlanıldı (304,332-
333).  
Qalan bütün 
qoşunlar İrəvandan 50 verst aralıda yerləşən Gərni çayın 
ətrafında toplandı. Bir neçə gün hazırlıqdan sonra iyunun 19-da Naxçıvan 
xanlığı istiqamətində yürüş başlayır. 1827-ci il iyunun 26-da Naxçıvan dö-
y
üşsüz ələ keçirildi (78,219-220; 304,342; 29,97).  
Naxçıvanda  yerləşən  rus  qoşunu  iyulun  1-də  Abbasabad  qalasını 
mühasi
rəyə  aldı.  Bu  qala  xanlığın  ən  güclü  qalalarından  biri  idi.  Qalaya 
şahın  kürəkəni  Məhəmmədəmin  xan  başçılıq  edirdi.  Onun  köməkçiləri 
naxçıvanlı  Əmin  xan  və  təbrizli  Rza  xan  idi.  Qalada  3000-4000-ə  qədər 
qarnizon v
ardı (416,279). Qala müdafiəçiləri rus toplarının bombardımanına 
baxmayaraq, 
möhkəm dayanmışdı. Onlar şahzadə Abbas Mirzədən kömək 
almaq 
ümidində idilər. Bu vaxt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli 
Sultan 
Əşrəfi general-adyutant Paskeviçin yanına göndərmişdi. Abbas Mir-
z
ə Lənkəran xanlığını və İrəvan xanlığına məxsus Baş Abaranın Rusiyaya 
«güz
əştə  getmək»  adı  altında  danışıqlar  aparmaqla  vaxt  qazanmağa 
çalışırdı.  Eyni  zamanda  Əşrəfinin  əsas  vəzifəsi  casusluq  olmuşdu.  O,  rus 
qoşununun  sayı,  vəziyyətilə  maraqlanmış  və  müxtəlif  məlumatlar  top-
lamışdı. Lakin danışıqlar baş tutmadı (29,98).  
Kiçik 
fasilədən istifadə edən Abbas Mirzə 16.000 güclü qoşunla Xoy 
istiqamətindən  qalanın  mühasirəsini  yarmaq  üçün  hücuma  başladı.  Bu 
hücumda 
İrəvan xanı Hüseynqulu xanın qardaşı Həsən xan da öz dəstəsilə 
şah  qoşunu  tərəfində  iştirak  etmişdi.  Lakin  şah  qoşunu  Cavanbulaq  çayı 
ətrafında baş vermiş döyüşdə məğlubiyyətə uğradı. Döyüşdə şah qoşunun-
dan  400 
nəfər  öldürüldü, 100 nəfər  isə  əsir alındı.  Əsir  alınanlar  arasında 
şahın  qohumu  olan  3  nəfər  xan  və  xeyli  əsilzadə  vardı  (78,221-223; 
416,284; 304,349-357; 29,99).  
Cavanbulaq  döy
üşündə  Abbas  Mirzənin  məğlubiyyəti  qala  müda-
fiəçilərini ruhdan salmışdı. Nəticədə, güclü müqavimətdən sonra iyulun 7-
də  2700  nəfərdən  ibarət  qala  qarnizonu  təslim  oldu.  Qalanın  rəisi 
Məhəmmədəmin xan qala açarlarını Paskeviçə təhvil verdi. Abbasabad qal-
asına  daxil  olan  rus  qoşunu  2  bayraq, 18 topla  birlikdə  xeyli  qənimət  ələ 
keçirdi. General-mayor, baron Saken 
qalanın komendantı və Naxçıvan vila-
y
ətinin  rəisi  təyin  edildi.  Bir  müddət  burada  qaldıqdan  sonra  general-
adyutant Paskeviç 
qoşuna dinclik vermək, ərzaq ehtiyatını gücləndirmək və 
Rusiyadan 
göndərilən qala dağıdan topları gözləmək üçün dağ kəndi Qarab-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə