Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   80   81   82   83   84   85   86   87   ...   164

 
172 
Onda olan 
məlumata görə, qoşun ərzaqsız idi və bitki kökləri ilə dolanırdı. 
Belə bir vəziyyətdə, Hüseynqulu xan rusların heç bir təklifini qəbul etmədi. 
Hətta qala rəisi ilə danışıqlar da nəticəsiz qaldı (304,311). 
Mühasirə uzansa da, qala müdafiəçiləri rus gözətçi məntəqəsinə tez-
tez hücumlar 
təşkil etməkdə davam edirdi. Aprelin 29-dan 30-a keçən gecə 
İrəvan  süvari  dəstəsi  Zəngi  çayından  keçən  körpünü  qoruyan  rus  gözətçi 
dəstəsinə  qəflətən  hücum  etdi.  Lakin  rus  toplarının  köməyi  ilə  hücum 
müv
əffəqiyyətsizliyə uğradı və irəvanlılar yenidən qalaya qayıtdı (304,311). 
Tez
liklə,  Sərdarabad  qalasından  Həsən  xanın  başçılığı  ilə  süvari 
dəstəsinin İrəvan  qalasına yaxınlaşması xəbəri gəldi. Qala müdafiəçilərinə 
kənardan hər cür köməyin rus qoşunu üçün pis nəticə verəcəyini başa düşən 
general Benkendorf 
Həsən xanı ciddi cəzalandırmağı qərara aldı. Mayın 4-
də baron Frideriksin başçılığı ilə 2 gürcü qrenader alayı, 1 topa malik qara 
dəniz alayına məxsus 200 dəstə Həsən xanın süvarilərinin qarşısını almaq 
üçün 
Gərni çayı tərəfə göndərildi. Lakin  Naxçıvana gedən yolda rus dəstəsi 
qəflətən irəvanlıların hücumuna məruz qaldı. Qəflətən yaxalanmasına bax-
mayaraq, ruslar qalib 
gəldi. Məğlub olan Həsən xan isə dəstəsi ilə Sərdəra-
bada geri 
çəkildi (304,313). 
Məğlubiyyətə baxmayaraq, dörd gündən sonra Həsən xan mayın 7-də 
4  minlik 
qoşunla yenidən yürüşə başlayaraq, Zəngi çayının Araza tökülən 
y
erdə  düşərgə  saldı.  Bu  xəbəri  eşidən  general  Benkendorf  qəfl  hücumla 
Həsən xanın dəstəsini darmadağın etməyə qərara aldı. İlk növbədə poruçik 
Koçebu 
İrəvan  qoşunu  haqqında  məlumat  toplamaq  üçün  kəşfiyyata 
göndərildi. Özü isə mayın 8-də axşam 1200 nəfərlik kazak süvarisi, 1 topa 
malik  iki  b
ölüklə  gizli  olaraq  irəvanlılırın  düşərgəsinə  doğru  hərəkətə 
ba
şladı.  Rus  qoşunu  səhər  tezdən  Zəngi  çayının  mənsəbinə  gəlib  çatdı  və 
qəflətən  İrəvan  qoşununa  hücum  etdi.  Qəflətən  yaxalanmış  Həsən  xan 
dəstəsilə  Abaran  çayının  əks  tərəfinə  keçməyə  çalışdı.  Lakin  rus  dəstələri 
onları  qabaqlayaraq  irəvanlılara  böyük  itki  verdi.  Vəziyyətin  çıxılmaz 
olduğunu  başa  düşən  Həsən  xan  Sərdarabad  istiqamətində  geri  çəkilməyə 
məcbur  oldu.  Rus  qoşunu  onları  qalanın  25  verstliyinə  qədər  təqib  edir 
(416,261).  Döy
üş  İrəvan  qoşunu  üçün  acınacaqlı  qurtardı.  Bu  döyüşdə 
Həsən xanın dəstəsindən 600 nəfər öldürülmüşdü. Ölənlərin arasında Qara-
dağ  və  Xoydan  olan  nüfuzlu  əyanlar  da  vardı. Kürd tayfa  başçısı  Hüseyn 
ağa  və  qarapapaqların  rəisi  Mürsəl  xan  itkin  düşmüşdü.  İrəvan 
süv
arilərindən  53  nəfər  əsir  götürülmüşdü.  Onların  arasında  Hüseynqulu 
xanın  qaynatası  da  vardı  (304,314-315).  Lakin  Şerbatov  əsərində  İrəvan 
qo
şunundan  300  nəfərin  öldüyünü  və  yaralandığını, 54 nəfərin  əsir 


 
173 
düşdüyünü qeyd etmişdi (360,261). Rus qoşunundan isə 2 nəfər ölmüş, 2-si 
isə yaralanmışdı (304,314-315). 
Zəngi çayı ətrafında məğlubiyyətə düçar olan Həsən xan Araz çayının 
cənubunda yerləşən Bəybulaq kəndində düşərgə saldı. O, yerli tayfalardan 
süvari 
dəstələr  toplayaraq  qoşununun  sayını  5000-ə  çatdırdı  (416,262). 
Məğlubiyyətdən  nəticə  çıxaran  Həsən  xan  ehtiyatlı  hərəkət  edirdi.  Onun 
əmrinə əsasən, ayrumlar İbrahim ağanın başçılığı ilə İrəvandan Hamamlıya 
v
ə  Bəykəndinə  gedən  yolu  nəzarətə  götürmüşdü.  Ayrum  dəstələri  rus 
qo
şununu ərzaqdan məhrum etmək üçün taxıl zəmilərini məhv edir və rus 
qo
şununa kömək edən erməni kəndlərini qarət edirdi. Eyni zamanda Həsən 
xan 
hər bir rus əsgərinin başına 100 rubl (10 tümən-E.Q.), xəyanətkar er-
məni  başı  üçün  50  rubl  gümüş  pul  (5  tümən-E.Q.)  vəd  etmişdi.  Bundan 
əlavə,  xan  qala  ilə  əlaqə  saxlamaq,  onları  rus  qoşununun  vəziyyəti  ilə 
məlumatlandırmaq  üçün  gizli  olaraq  adamlarını  oraya  göndərirdi.  V.  Pot-
tonun  yaz
dığına görə, 2-3 gün ərzində rus əsgərləri qalaya girmək istəyən 
yeddi 
xəfiyyə yaxalamışdı (304,315).  
General  Benkendorf  H
əsən  xanın  cəsarətli  fəaliyyətini  rus  qoşunu 
üçün  qorxulu  hesab  edirdi.  Onun 
əmrinə  əsasən,  bütün  süvari  dəstəsi 
irəvanlıların  düşərgəsinə  hücum  edərək,  Həsən  xanın  qoşununu  geri 
çəkilməyə məcbur etdi (304,318). 
Həsən  xanın  məğlubiyyəti  ilə  kənardan  hər  cür  köməkdən  məhrum 
olan  qala 
müdafiəçilərinin  vəziyyəti  də  ürəkaçan  deyildi  və  əhali  ruhdan 
düşməyə  başlamışdı.  Digər  tərəfdən  ermənilər  xəyanətkar  əməllərindən  əl 
çəkmirdi.  Onlar  imkan  düşdükcə  rus  qoşununa  köməklik  göstərirdi.  Hətta 
qalanın çətin vəziyyətdə olmasından istifadə edən 150 nəfər erməni qaçaraq 
rus 
qoşununa  qoşulmuşdu  (5,617).  Lakin  Hüseynqulu  xanın  cəsarətli 
hərəkətləri  qala  müdafiəçilərini  ruhdan  düşməyə  qoymurdu.  Xan  tez-tez 
qala 
müdafiəçilərini  hücuma  həvəsləndirməklə,  bu  çaşqınlığın  qarşısını 
al
mağa və onları ruhlandırmağa çalışırdı. Onun göstərişi ilə bir dəstə İrəvan 
qoşunu  iyunun  6-da  qaladan  çıxaraq  «İrakli  təpəsi»ndə  mövqe  tutmuş  rus 
dəstəsinə hücum etmişdi. Lakin bu cəhd uğursuzluğa düçar oldu (304,319). 
Rus 
qoşununun vəziyyəti daha acınacaqlı idi. Mühasirənin uzanması, 
irəvanlıların güclü müqaviməti, ərzaq çatışmazlığı və havanın isti keçməsi 
general  Benkendorfun 
dəstəsini  əldən  salmışdı.  Ayrı-ayrı  çevik  dəstələrə 
bölünmüş irəvanlıların qəfl hücumları nəticəsində rus qoşunu çoxlu itkilər 
verirdi.  Bu  cür  v
əziyyət  general  adyutant  Paskeviçin  başçılığı  ilə  əsas 
qüvv
ələrin İrəvana gəlişinə qədər davam etmişdi. 
Rus 
qoşunlarının  ön  dəstəsinin  acınacaqlı  vəziyyətə  düşdüyü  belə 
v
əziyyətdə  baş  komandan  Paskeviçin  başçılığı  ilə  əsas  qüvvələrin  cənub 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə