Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   76   77   78   79   80   81   82   83   ...   164

 
164 
götürmüşdü. Rus dəstəsi kəndə köməyə gələndə artıq irəvanlılar buranı tərk 
etmişdi (5,472).  
Hüseynqulu 
xanın  başçılığı  ilə  digər  bir  dəstə  Göyçə  gölünü 
dolanmaqla 
Şəmşəddil  əyalətinə  doğru  hərəkət  edərək,  Zəyəm  çayı  sa-
hilində yerləşən yüksəklikdə düşərgə salmışdı. İrəvan xanı Carda yerləşən 
gürcü 
şahzadəsi Aleksandırın və Şəki xanının qüvvələri ilə birləşərək bura-
dan Kaxetiyaya hücum 
etmək niyyətində idi (113,379). Zəyəm çayı ətrafın-
da dayanan Hüseynqulu xan v
əziyyətdən istifadə edərək Şəmşəddil, Borçalı 
v
ə  Qazax  əhalisinə  məktub  göndərərək  onları  rus  qoşununa  qarşı  müba-
riz
əyə çağırırdı (112,375). O, Qazax əhalisinə göndərdiyi məktubda yazırdı: 
«Ruslarla  bizim 
aramızda  sülh  olanda  xahiş  edirdiniz  ki,  sizi  və  ailənizi 
rusların əlindən qurtaraq… Artıq bu vaxt yetişib». (151,618-619). Tezliklə, 
İrəvan xanının bu çağırışı əhali tərəfindən rəğbətlə qarşılandı.  
Rus 
komandanlığı  Hüseynqulu  xanın  xalq  arasında  nüfuzunun  art-
masından  qorxaraq  və  onun  hərəkətinin  təhlükəli  olduğunu  başa  düşərək 
əks-tədbirlər görməli oldu. 1826-cı il sentyabrın 12-də A.P.Yermolov 2 ba-
taliyon, 12 top v
ə 400 kazak dəstəsi ilə Qazax və Şəmşəddilə doğru hərəkət 
etdi.  Qeyd 
etmək lazımdır ki, 1826-cı il sentyabrın 13-də Abbas Mirzənin 
başçılığı  ilə  şah  qoşunu  və  Paskeviçin  başçılığı  ilə  rus  qoşunu  Gəncə 
ətrafında üz-üzə gəlmişdi. Bu döyüşdə şahzadə məğlub olaraq cənuba doğru 
çəkilmişdi (114,380; 41,83). Bu xəbəri və eyni  zamanda A.P.Yermolovun 
güclü 
qoşunla  Həsənsu  çayına  yaxınlaşdığını  eşidən  Hüseynqulu  xan  rus 
qoşunu  ilə  toqquşmadan  ehtiyat  edərək  əvvəl  Göyçə  ətrafına,  sonra  isə 
İrəvan qalasına çəkildi. Onun ardınca xanlığın şimal hissəsindəki kəndlərin 
əhalisi rus qoşununun qorxusundan dağlara çəkildi (112,375-376, 113,379; 
416,85-86; 151,688). 
Hacı Murad İbrahimbəyli əsərində guya rus qoşunu ilə 
irəvanlılar  arasında  döyüş  olduğunu  və  bu  döyüşdə  İrəvan  qoşununun 
məğlubiyyətə uğradığını qeyd edir (161,194). Əslində Hüseynqulu xan rus 
qoşunu ilə qarşılaşmaqdan  ehtiyat edərək  döyüşsüz  geri  çəkilmişdi.  Lakin 
A.P.Yermolov 
İrəvan xanının geri çəkilməsindən və əhalinin qorxmasından 
istifadə edə bilmədi. O, 1826-cı il sentyabrın 17-də çara yazdığı məlumatda 
bunun 
səbəbini  belə  izah  edirdi: «Mən  ərzaq  və  atların  çatışmamasından, 
qışın  yaxınlaşmasından,  xüsusilə,  düşmənin  güclü  qarnizona  malik  İrəvan 
v
ə Sərdarabad kimi möhkəm qalalara sığınmasından ehtiyat edərək bu had-
isədən istifadə etmədim...» (416,86-87). 
Lakin 
İrəvan  qoşununun  rusların  nəzarəti  altında  olan  kəndlərə 
hücumları davam edirdi. Hüseynqulu xanın qardaşı Həsən xanın başçılığı ilə 
üç minlik 
digər qoşun sentyabrın 2-də İrəvan sərhəddi tərəfdən Lori düzün-
də  yerləşən  kəndlərə  hücum  edərək  çoxlu  mal-qara  ələ  keçirmişdi.  Bu 


 
165 
xəbəri eşidən Sevarsamidze onları təqib etmək üçün dəstə göndərdi. Kiçik 
toqquşmadan  sonra  irəvanlılar  geri  çəkildi.  Nəticədə,  ələ  keçirilmiş  mal-
q
aranın bir hissəsi geri qaytarıldı. Bu toqquşmada ruslardan 2 əsgər, 4 kazak 
öldürülmüş  və  İrəvan  qoşunu  1000  ədəd  iribuynuzlu  mal-qara  qənimət 
götürə bilmişdi (5,473-474; 112,375).  
İrəvan  qoşunun  qəfl  hücumlarla  Cəlaloğlu  qalasına  sığınan  rus 
dəstələrini  tez-tez  narahat  etməsi  A.P.Yermolovu  qəti  tədbir  görməsinə 
səbəb  oldu.  O,  ilk  növbədə  sərhəd  qoşunlarının  başçısı  knyaz  Sevarsami-
dzeni  v
əzifədən götürərək, onun əvəzinə bu vəzifəyə general-mayor Denis 
Davudovu 
təyin  etdi.  Baş  komandan  ona  Həsən  xanın  qoşununa  qarşı 
genişmiqyaslı  hücuma  keçməsi  haqqında  göstəriş  verdi.  General-mayor 
D.Davudov  1826-
cı  il  sentyabrın  15-də  1000  nəfər  gürcü  süvarisinin 
müşayətilə Cəlaloğluna gəldi. O, qalada 3 topa malik 4 piyada rotası, 400 
süvari  qoyaraq, 12 topa  malik  3  batalyon  v
ə  900  süvari  dəstəsi ilə  Həsən 
xana 
qarşı hücuma keçdi (5,474). Yolda ikən bu qoşuna erməni könüllüləri 
də  qoşulmağa  başladı.  Sentyabrın  19-da  rus  qoşunu  Mirək  kəndinə  doğru 
hərəkət edir. Həsən xan öz süvari dəstəsilə döyüşdən yayınaraq geri çəkildi. 
Yolları  üzərində  olan  əkin  sahələrini  və  otlaqları  yandıraraq  geri  çəkilən 
İrəvan  qoşunu  Mirək  yaxınlığında  dayandı.  Sentiyabrın  21-də  burada 
tərəflər arasında döyüş baş verdi. Rus qoşununun ciddi cəhdinə baxmayar-
aq, 
İrəvan qoşunu inadla döyüşərək çox müvəffəqiyyətlə müdafiə olunurdu. 
Döy
üş qaranlıq düşənə qədər davam etdi. Axşam düşməsindən istifadə edən 
İrəvan qoşunu geri çəkilir.  
Senty
abrın  22-də  general-mayor  D.Davudov  qoşunla  İrəvan 
xanlığının  ərazisinə  daxil  olaraq  heç  bir  müqavimətə  rast  gəlmədən 
E
çmiədzin  kilsəsindən  bir  qədər  aralıda  yerləşən  Sudakənd  kəndinə  gəlib 
çatdı.  Rus  qoşununun  hücumundan  vahiməyə  düşən  sərhəd  kəndlərinin 
əhalisi  evlərini  tərk  edərək  xanlığın  içərilərinə  və  əlçatmaz  dağlara 
çəkilmişdi. Lakin general-mayor D.Davıdov  yürüşü davam etdirə bilmədi. 
Tez
liklə, o, baş komandan A.P.Yermolovdan geri qayıtmaq əmri aldı. Rus 
qoşunu  sentyabrın  23-də  Gümrüyə, 29-da  isə  oradan  Cəlaloğlu  qalasına 
qay
ıtdı. Rus qoşunlarının bu yürüşü sərhəddə yerləşən kəndlərə baha başa 
gəlmişdi. Geri qayıdan rus qoşunu 8 kəndi qarət edərək tamamilə dağıtmışdı 
(114,381; 416,87; 151,687).      
Qısa  vaxt  ərzində  Pəmbək  və  Şuragölün  İrəvan  qoşunu  tərəfindən 
azad 
edilməsi, rusların işğalı altında olan ərazilərə müdaxiləsi Rusiya hakim 
dairələrini  ciddi  təşvişə  salmışdı.  Digər  tərəfdən,  knyaz  Menşikovun 
başçılığı  ilə  şah  sarayına  göndərilmiş  nümayəndə  heyətinin  İrəvanda 
Hüseynqulu  xan 
tərəfindən  tutulub  saxlanması  Rusiya  hakim  dairələrini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə