Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   77   78   79   80   81   82   83   84   ...   164

 
166 
qəzəbləndirmişdi.  Bu  nümayəndə  heyəti  Rusiya  ilə  Qacar  İran  dövləti 
aras
ında mübahisəli sərhəd məsələlərini həll etmək üçün 1826-cı ilin apre-
lində  Tehrana  göndərilmişdi.  Geri  qayıdarkən  knyaz  Menşikov  İrəvandan 
keçməli olmuşdu. Hüseynqulu xan knyazı və onun adamlarını altı həftəyə 
qədər  İrəvanda  tutub  saxlamışdı.  Səfirin  İrəvanda  tutulub  saxlanılması 
haqqında  müxtəlif  səbəblər  göstərilirdi.  Lakin  bu  səbəblər  arasında  ən 
inandırıcısı,  Hüseynqulu  xanın  İrəvan  qoşunları  tərəfindən  tutulmuş 
ərazilərin  səfir  tərəfindən  tanınmasına  nail  olmaq  istəyi  idi  (304,26-27). 
Səfarətliyin  İrəvanda  saxlanılması  Rusiya  hökumətinin  ciddi  narazılığına 
səbəb olmuşdu. Səfirin azad edilməsi üçün ingilis nümayəndələri, şahzadə 
Abbas Mirz
ə və Allahyar xan da Hüseyinqulu xana müraciət etmişdi. Məhz 
onların işə müdaxiləsi nəticəsində Rusiya nümayəndə heyəti azad edilmişdi 
(304,26-28). 
Hüseynqulu 
xanın  rus  qoşununa  qarşı  mübarizədə  müvəffəqiyyətli 
addımlarını görən çar I Nikolay İrəvan xanlığını işğal etmək üçün 1826-cı il 
avqustun 1-
də A.P.Yermolova xüsusi fərman göndərdi. O yazırdı ki, «tezli-
klə  sizdən  sərdar  yoxdur  və  İrəvan  əyalətinin  (xanlığı-E.T.)  rus  qoşunu 
tərəfindən  tutulması  xəbərini  gözləyirəm» (110,356; 151,642-643).  Lakin 
baş komandan çarın bu fərmanını icra edə bilmədi. Bunun bir neçə səbəbi 
var idi. 
Əvvəla, hərbi kompaniya başlanandan yerli əhalinin köməy ilə şah 
qoşunları  rusları  Şimali  Azərbaycan  xanlıqlarından  müvəqqəti  sıxışdırıb 
çıxara  bilmişdi.  Baş  komandan  bu  xanlıqları  geri  qaytarmadan  İrəvana 
hücum 
etmək  niyyətində  deyildi.  O,  şah  qoşununu  qəti  zərbə  vurmaqla 
məhv etmək istəyirdi. Mənbənin verdiyi məlumata görə, «Yermolov Abbas 
Mirz
ənin  əsas  qüvvələri  ilə  qəti  döyüşə  girməyərək,  vəziyyətə  uyğun 
hərəkət etmək niyyətində idi. O, şahzadənin diqqətini Şuşadan yayındıraraq 
onu 
ölkənin içərilərinə çəkməyə cəhd edirdi və əlavə kömək gəldikdən son-
ra 
düşmənə  qəti  zərbə  vurmaq  istəyirdi» (173,25). Digər  tərəfdən, 
A.P.Yermolov Hüseynqulu 
xanı özünə ciddi rəqib sayırdı. O yaxşı bilirdi ki, 
bacarıqlı  sərkərdə  olan  İrəvan  xanı  İrəvan  və  Sərdarabad  kimi  güclü, 
möhkəmləndirilmiş  qalalara  malikdir.  Onda  olan  məlumata  görə,  xan  və 
onun 
adamları hər iki qalanı güclü qarnizonla, ərzaqla təmin edərək uzun-
müddətli  mühasirəyə  hazırlaşmışdı.  Vəziyyəti  real  qiymətləndirən  baş  ko-
mandan 
başa düşürdü ki, İrəvan xanlığını işğal etmək üçün sursat və ərzaqla 
təmin olunmuş güclü qoşun lazımdır. Buna görə də, A.P.Yermolov İrəvan 
xanlığına  hücumu  1827-ci  ilin  yazına  kimi  təxirə  salmağı  qərara  almışdı 
(113,379). 
Müharibənin ilk aylarında ağır məğlubiyyətə uğrayan rus qoşunu çox 
keçmədi ki, bölgədə hərbi üstünlüyü ələ ala bildi. 1827-ci ilin əvvəllərində 


 
167 
Şimali Azərbaycan xanlıqları yenidən rus qoşununun əlinə keçdi. Lakin baş 
komandan A.P.Yermolov bu 
qələbələri davam etdirə bilmədi. Çarın fərmanı 
ilə  o,  vəzifəsindən  uzaqlaşdırıldı.  Hadisələrin  canlı  şahidi  olan  hərbiçinin 
yaz
dığına  görə, «Yermolov  yüksək  rütbəli  əyanlarla  münasibətdə  güzəştə 
getmirdi  v
ə kobud idi. Öz inamını onlara sərt yazır və deyirdi, tez-tez çar 
saray
ı baxışları ilə fikir ayrılığı olurdu (173,8). Çarın göstərişlərini ləng yer-
inə  yetirməsi,  hərbi  əməliyyatlar  üçün  mərkəzdə  tərtib  olunmuş  layihələri 
qəbul  etməməsi,  general-adyutant  Paskeviç  və  baş  qərargah  rəisi  general-
adyutant  Dibiç  kimi 
sərkərdələrlə  yola  getməməsi  onun  baş  komandan 
fəaliyyətinə son qoydu (304,274-281).  
Üçüncü 
İrəvan döyüşü 
1827-ci il 
martın 29-da general-adyutant Paskeviç Qafqazda yerləşən 
rus 
qoşunlarının  baş  komandanı  təyin  olundu  (304,283; 64,5). Onun  baş 
komandan 
təyin  olunması  müharibənin  gedişində  bir  qədər  dəyişikliyə 
səbəb oldu. O, ilk zərbəni İrəvan xanlığına endirməyi qərara aldı. Yeni baş 
komandan 
İrəvan xanlığının strateji əhəmiyyətini çox gözəl dərk edirdi. Bu 
xanlığı  işğal  etməklə  hərbi  əməliyyatların  gedişində  dönüş  yaratmaq  və 
sələfinin  bu  müharibədə  tutduğu  taktikanın  səhv  olduğunu  sübut  etmək  
istəyirdi. 
1827-ci ilin aprelin 
əvvəllərində Paskeviçin əmri ilə rus qoşunlarının 
ön 
dəstəsi  general  Benkendorfun  komandanlığı  altında  erməni  arxiyepis-
kopu  Nersesin 
müşayəti  ilə  Borçalıdan  İrəvana  doğru  hərəkətə  başladı 
(218,547; 304,287; 64,10). 
Beləliklə, rus qoşunları İrəvan xanlığına üçüncü 
dəfə  genişmiqyaslı  hücuma  keçdi.  Aprelin  13-də  heç  bir  müqavimətə  rast 
gəlməyən  rus  qoşunu  Eçmiədzin  kilsəsinə  gəlib  çatdı.  Onlar  burada  er-
mənilər  tərəfindən  təntənə  ilə  qarşılandı  və  şərəflərinə  ziyafət  verildi 
(129,113; 416,233; 304,287).  
Lakin 
Eçmiədzinə gəlib çatan general Benkendorfun qoşunu tezliklə 
ağır  vəziyyətə  düşdü.  Yürüşə  başlayanda cüzi  ərzaq  ehtiyatına  malik  olan 
rus 
qoşunu bu təlabatı təmin etmək üçün ermənilərə böyük ümid bəsləyirdi. 
Ermənilər  rus  komandanlığını  həm  maddi,  həm  də  hərbi  cəhətdən  kömək 
edəcəklərinə söz verməklə bu dəfə də rus komandanlığını inandıra bilmişdi. 
Baş  qərargah  rəisi  Dibiç  çara  yazırdı  ki, «Erməni  arxiyepiskopu  Nerses 
Sizin  ali 
məktubunuzu dərin minnətdarlıqla qəbul etmişdi. Məktub kilsədə 
erməni dilində oxunub və çap olunacaqdır. O, erməni xalqının sədaqət və 
səyinə  söz  verirdi.  Rus  qoşunlarının  İrəvan  xanlığına  yürüşü  zamanı  yerli 
ermənilərdən  lazımi  qədər  ehtiyat  tapılmasına  ümid  edir  və  mən  buna 
in
anıram» (304,287). Lakin  bu  ermənilərin  növbəti  yalanı  idi.  Onların 
məqsədi bu yalanı uydurmaqla rus qoşunlarının İrəvan xanlığına hücumunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə