Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   85   86   87   88   89   90   91   92   ...   164

 
182 
yarma 
səhifəsi ilə dəyişik salan adyutantın səhvi idi. Yalnız mühasirə topları 
ilə  Bozabdalı  keçən  300  nəfər  əsgərə  malik  kabardin  alayını  iki  gün 
göz
ləmək və Krasovskinin dəstəsilə birləşmək lazım idi» (173,29-31). 
Uşaqan döyüşündə rus qoşunu 1166 əsgər və zabit itirmişdi. Onlardan 
685 
nəfəri öldürülmüş, 347 nəfəri yaralanmış, 134 nəfəri isə əsir düşmüşdü 
(125,145). 
Başqa bir məlumata görə isə, bu döyüşdə rus qoşunu bütün ərzaq 
arabaları ilə birlikdə 24 zabit və 1130 əsgər itirmişdi (304,478). Şerbatov isə 
qeyd  edir  ki,  bu  döy
üşdə  rus  qoşunundan  700  əsgər  ölmüş, 300 isə  yara-
lan
mışdı (416,303). General Krasovski isə öz gündəliyində rus qoşunundan 
1131 
nəfər öldüyünü, yaralandığını və itkin düşdüyünü yazırdı (137,25).  
Rus 
qoşunu Eçmiədzinə sığınsa da, vəziyyəti çox ağır idi. Buna ba-
zmayaraq,  Abbas  Mirz
ə  yeni  bir  səhvə  yol  verdi.  Əgər  o,  ikinci  dəfə  rus 
qoşununa hücum etsəydi onu tamamilə məğlub edə bilərdi. Krasovski bunu 
etiraf 
edərək yazır ki, «…hücum etsəydi məni dəhşətli məğlubiyyətə uğra-
dardı (137,27). Kifayət qədər gücə malik olsa da, o bunu etmədi. Avqustun 
19-da 
gecə Abbas Mirzə qoşunu ilə Uşaqanı tərk edərək İrəvandan 20 verst 
aralı,  Zəngi  çayının  sağ  sahilində  düşərgə  saldı.  Həmin  vaxt  rusların 
göz
lədiyi  mühasirə  topları  Cəngiyə  gəlib  çatmışdı.  Avqustun  19-u  axşamı 
general  mayor  Laptev  Krasovskinin 
dəstəsi  ilə  birləşmək  üçün  kabardin 
alay
ı  və  4  topla  Eçmiədzinə  hərəkət  edərək  Uşaqana  gəldi.  Artıq  Abbas 
Mirz
ə  qoşunu  ilə  buranı  tərk  etmişdi.  Avqustun  20-si  səhər  Krasovski 
Eçmiədzindən çıxaraq burada mayorun dəstəsilə birləşdi. (137,26-28).  
Abbas  Mirz
ənin  mühasirəni  götürüb  geri  çəkilməsinin  səbəbi 
Paskeviçin 
başçılığı  ilə  əsas  qüvvələrin  Krasovskinin  dəstəsinə  köməyə 
gəlməsi ilə bağlı idi. Çünki Eçmiədzin kilsəsi mühasirədə olarkən avqustun 
18-
də general Krasovski Uşaqan döyüşü haqqında məlumat verərək vəziy-
y
ətin  qorxulu  olduğunu,  sursat  və  ərzaq  çatışmazlığını,  qat-qat  üstün  olan 
şah  qoşunlarının  onun  dəstəsini  sıxışdırdığını,  kömək  olmadan  düşərgəyə 
qay
ıda  bilməyəcəyini  ermənilər  vasitəsilə  Paskeviçə  rəsmi  məktub 
göndərmişdi (5,645; 137,48-49). Digər tərəfdən yerli əhalidən xəyanət edən-
lar 
də  olmuşdu.  Bu  xəyanətin  İrəvanda  olan  rus  qoşununun  vəziyyətinin 
Paskev
içə  çatdırılmasında  böyük  rol  oynamışdı.  Belə  ki,  şah  qoşunu  geri 
çəkildikdən  sonra  İsmayıl  xan  Ayrumlının  qardaşı  oğlu  və  kürəkəni  olan 
Səlim xan Ayrumlı bir dəstə ilə Əştərək kəndində saxlanılmışdı. Xanın rus 
qoşununa rəğbət bəslədiyini arxiyepiskop Nersesdən öyrənən general Kra-
sovski  onunla 
əlaqə  yaratmaq  qərarına  gəldi.  O,  gizli  surətdə  Səlim  xana 
məktub  göndərərək  şirnikləndirici  vədlər  vermiş  və  kömək  etməsini,  şah 
qoşununun  vəziyyəti  haqqında  məlumatlandırmasını  xahiş  etmişdi.  Gen-
eralın məktubunu alan Səlim xan öz yaxın adamı ilə rus düşərgəsinə gəlmiş 


 
183 
v
ə onunla danışıqlar aparmışdı. Danışıqlar nəticəsində xan generalın bütün 
göstərişlərini  yerinə  yetirməyə  söz  vermişdi.  Bundan  sonra  o,  Paskeviçə 
məktub göndərərək vəziyyət haqqında ona məlumat verilmişdi. Hətta Səlim 
xan senty
abrın 2-si gecə rus düşərgəsinə gələrək Paskeviçin gizli məktubu-
nu  özü 
ilə  gətirmişdi.  Məktubda  Qarababada  yerləşən  rus  qoşuşunun 
köməyə tələsdiyi bildirilmişdi (3,52).  
İrəvanda rus dəstəsinin məğlubiyyət xəbərini eşidən general-adyutant 
Paskeviç  knyaz Eristovun 
başçılığı ilə Qarababada bir dəstə qoyaraq, 1827-
ci il avqustun 20-
də İrəvana doğru hərəkət etdi. Sentyabrın 3-də rus qoşunu 
Gərni çaya gəlib çatarkən Abbas Mirzə Sərdarabaddan 15 verst aralıda yer-
ləşən  Qaraqala  qalasına,  sonra  isə  Makuya  çəkildi.  Rus  qoşununun  əsas 
qüvv
ələri sentyabrın 5-də Eçmiədzinə gəlib çatdı (5,645; 200,561; 78,227; 
304,491-494; 416,309). 
Sərdarabad qalasının işğalı 
General- adyutant Paskeviç 
əsas qüvvələri ilə Eçmiədzinə gələn günü 
çoxdan  göz
lənilən  mühasirə  topları  da  gəlib  çatdı.  O,  məlumat  alır  ki, 
Sərdərabad  qalasında  çoxlu  ərzaq  ehtiyatı  toplanmışdı.  Baş  komandan 
gələcək yürüşünü təmin etmək üçün ilk zərbəni bu qalaya vurmağa qərara 
aldı (177,138). Onun bu planı çox gizli saxlanılırdı. Hətta Paskeviç Abbas 
Mirz
ənin  sülh  danışıqları  üçün  göndərdiyi  çaparına  inanmamış  və  onu 
cav
absız qoymuşdu (304,493). 1827-ci il sentyabrın 11-də general Paskeviç 
əsas  qüvvələri ilə  Sərdərabad  qalasına  doğru  hərəkət edərək,  səhəri  günü 
bura 
gəlib çatdı. Bu xəbəri eşidən Abbas Mirzə Makuya çəkilir. Hüseynqulu 
xan v
ə qardaşı Həsən xan öz qüvvələri ilə yenə də rus qoşunu ilə təkbətək 
qaldı (5,645-646; 200,561).   
Sərdarabad  qalası  rus  qoşunu  tərəfindən  sentyabrın  14-də  güclü 
mühasirəyə alındı. Mühasirə qoşunlarının başçısı general-leytenant Krasov-
ski 
təyin  edildi  (137,31).  Qalanı  tezliklə  ələ  keçirmək  üçün  rus  koman-
danlığı  hücum  planını  hazırlamışdı.  Hücumu  müvəffəqiyyətlə  həyata 
keçirmək üçün qala güclü top atəşinə tutulmalı idi. Bombardıman qalanın 
cənub  hissəsində  yerləşən  sərdar  bağları  tərəfindən  nəzərdə  tutulmuşdu 
(177,115-139).    
Sərdarabad  qalasına  hücumdan  əvvəl  Paskeviç,  qraf  Suxtelenin 
başçılığı  ilə  bir  dəstə  əsgəri  Osmanlı  sərhəddi  yaxınlığında  yerləşən  Qulp 
duz 
mədənini tutmağa göndərmişdi. Rus komandanlığı burada kifayət qədər 
ərzaq ehtiyatının olması haqqında məlumat almışdı. Qraf Suxtelenin dəstəsi 
tapşırığın öhdəsindən bacarıqla gəldi. Sentyabrın 12-də bu dəstə özü ilə 400 
çetvert 
taxıl  və  500  baş  iribuynuzlu  mal-qara  ilə  geri  qayıtdı  (5,646: 
416,312-313).   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə