Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   87   88   89   90   91   92   93   94   ...   164

 
186 
taqlıqdan götürülən palçıqla daha da hündürləşmiş, Qırxbulaq çayına qədər 
qalaya 
bitişik  şəhərətrafı  dağıdılmışdı.  Qalaya  paralel  daş  divar  və  hətta 
ev
lər  sökülmüş,  bağlarda  olan  bütün  ağaclar  qırılmışdı.  Qalanın  şimal 
hissəsində yerləşən gözəl karvansara və bir çox evlər də sökülmüş, yalnız 
şəhərətrafında yerləşən məscid qalmışdı. Bundan əlavə qala qarnizonu 2.000 
nəfərdən 4.000 nəfərə çatdırılmış, Həsən xan başda olmaqla Sərdarabad qala 
qarnizonunun 
sağ qalan üzvləri onlara qoşulmuşdu. Sərdarabad qalasından 
qaçan 
Həsən xan İrəvan qalasına gələrək rəhbərliyi öz üzərinə götürmüşdü 
(177,143).  
İrəvan xanı Hüseynqulu xan isə şah qoşunu geri çəkildikdən sonra bir 
dəstə  atlı  qoşunla  ailəsi  ilə  birlikdə  Araz  çayını  keçərək  Maku  qalasına 
sığınmışdı.  Lakin  o,  İrəvan  qalasının  işğalını  eşitdikdən  sonra  Təbrizə 
get
mişdi (5,649; 177,68; 396,35).  
Sərdarabad kimi qalanın süqutu İrəvan qalası müdafiəçilərinə böyük 
təsir göstərmiş və onları ruhdan salmışdı. Lakin xanın qardaşı Həsən xanın 
qalaya  daxil 
olması  müəyyən  qədər  onları  ruhlandırmışdı.  Hətta  onun 
göstərişi ilə sentyabrın 24-də qala müdafiəçiləri toplardan rus qoşununa atəş 
açmağa başladı. Lakin bu atəşlər rus qoşununa heç bir təsir göstərməmişdi 
(116,565; 304,505). 
Qalanın ətrafında mühasirə işləri görən rus qoşunu müxtəlif yerlərdə 
toplar y
erləşdirməyə başladı. Sentyabrın 25-i şəhərin şərq tərəfində yerləşən 
«
Müxənnət  təpəsi»ndə  top  yerləşdirən  rus  qoşunu  qalaya  bir  neçə  bomba 
atdı. Beləliklə, qalanın bombardıman edilməsi başladı. Səhəri günü qalanın 
şərq hissəsində yerləşən şəhər ətrafında qala divarlarından 300 sajen aralıda 
y
erləşən  təpədə  yeni  6  top  və  4  mortir  (qısalüləli  top-E.Q.)  quraşdırıldı 
(116,565).  
Senty
abrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutulur. Qala 
müdafiəçiləri  də  toplardan  rus  qoşununa  cavab  verirdi.  Lakin  təcrübəli 
topçuların  olmaması  üzündən  onların  atdığı  mərmilər  rus  qoşununu  bir  o 
qədər  də  narahat  etmirdi.  Digər  tərəfdən,  topçuların  bəzisi  ermənilər 
olduğundan, onlar xəyanət edərək topu rus qoşununa tərəf deyil, boş yerlərə 
atırdılar. Qalaya sığınmış ermənilərin xəyanəti bununla bitmirdi. Ermənilər 
gizli 
surətdə qalada baş verən hadisələri, qala müdafiəçilərinin sıx yerləşdiyi 
y
erləri rus komandanlığına çatdırırdı (396,36). Buna görə də, rusların atdığı 
mərmilər  hədəfə  dəyirdi.  Həmin  gün  atılan  mərmilər  qala  daxilində  baş 
məscidə,  sərdarın  sarayını  zədələdi.  Bütün  gecə  bombardıman  davam 
etdirildi (304,506-507). 
Qala 
müdafiəçilərinin inadkarlığını görən rus qoşunu hər gün qalanın 
müxtəlif  yerlərində  mühasirə  toplarının  sayını  artırırdı.  Sentyabrın  27-si 


 
187 
gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yer-
ləşdirildi.  Həmin  gün  qala  18  topdan  güclü  atəşə  tutuldu.  Atılan  top 
mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yeri vaxtında 
hörə  bildi.  Səhəri  günü  həmin  toplardan  qalanın  bombardımanı  davam 
etdirildi.  Top 
mərmiləri  qala  daxilində  böyük  dağıntı  törətmişdi.  Bom-
bard
ıman  nəticəsində  qalanın  divarına,  qüllə  və  tikililərə  böyük  ziyan 
dəymiş, mazğallar tələf olmuş, ruslara əks cavab verən bir neçə top sıradan 
çıxmışdı (116,565; 177,152). Bombardıman qalaya sığınmış dinc əhaliyə elə 
təsir  göstərdi  ki,  onlar  Həsən  xanı  və  qarnizonu  məzəmmət  edərək  təslim 
olmağa  tələb  etməyə  başladılar.  Lakin  Həsən  xan  bir  bəhanə  ilə  rus 
qoşununun  geriyə  cəkiləcəyi  və  Abbas  Mirzədən  əlavə  kömək  gələcəyini 
bildirərək  onları  sakitləşdirməyə  çalışırdı  (116,565; 304,508). Öz 
növ
bəsində xanın adamları sentyabrın 28-də gecə və gündüz rus qoşununu 
tüfənglərdən güclü atəşə tutmaqda davam edirdi (177,152-153).  
Lakin  senty
abrın  29-da  rus  qoşunu  qalanın  qarşısında  yeni  toplar 
quraşdırdı.  Onlardan  atılan  mərmilər  qalanın  cənub  şərq  hissəsindəki 
qülləni, ona bitişik səddi və bir neçə mazğalı dağıdır. Həmin gün Paskeviç 
qalanı könüllü təslim etmək üçün Həsən xanın yanına elçi göndərdi. O, qal-
anın könüllü təslim olunacağı təqdirdə, qarnizona azad surətdə istədiyi yerə 
geri 
çəkilməsinə söz verirdi. Düşünmək üçün Həsən xana 6 saat vaxt verildi. 
Lakin xandan heç bir cavab 
gəlmədi (116,565; 304,509).  
Senty
abrın  30-da  qalanın  bombardımanı  davam  etdirildi.  Əhalinin 
təzyiqinə məruz qalan Həsən xan vaxt qazanmaq üçün rus komandanlığı ilə 
danışıqlara  başlamağa  məcbur  oldu  və  həmin  günü  günorta  Paskeviçin 
y
anına  elçi  göndərdi.  O,  baş  komandana  xanın  adından  yazılmış  məktub 
gətirmişdi. Məktubda Həsən xan Abbas Mirzənin fikirini öyrəndikdən sonra 
qalanı  təslim  edə  biləcəyini  bildirmişdi.  Lakin  Paskeviç  şahzadənin  va-
sitəçiliyi olmadan, şərtsiz tabe olunmasını tələb etdi. Əks təqdirdə o, xanı 
rus 
qoşununun  gücü  ilə  qorxudurdu.  Elçi  bu  cavabla  da  geri  qayıtdı 
(116,566; 177,159).  
Lakin 
Həsən xan təslim olmaq fikirində deyildi. Onun inadkarlığını 
görən bir qrup dəstə qiyam qaldırdı. Qiyam yatırılır və onun bir neçə təşki-
latçısı Həsən xanın əli ilə öldürülür (177,165).     
Xandan  heç  bir  cavab  almayan  rus 
qoşunu  bombardımanı  davam 
etdirir.  Okty
abrın  1-i  bütün  gecə  40  topdan  qala  fasiləsiz  olaraq  atəşə  tu-
tuldu.  Qalaya 
mindən  çox  mərmi  atıldı.  Qala  daxilində  çoxlu  tikinti 
dağıntıya məruz qalmışdı (177,566; 304,511). 
Güclü 
bombardıman axır ki, öz bəhrəsini verdi. Oktyabrın 1-də səhər 
saat 8-
də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə