Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   95   96   97   98   99   100   101   102   ...   164

 
203 
məlik idarə edirdi. Azərbaycan kəndlərini idarə edən başçıya naib, erməni 
kəndini idarə edənlərə isə məlik deyilirdı  (397,2.) 

stəqil  xanlıq  yarandığı  zaman  onun  mahalları  haqqında  statistik 
məlumat  olmadığından  uzun  illər  yarımmüstəqil  bir  qurum  kimi  fəaliyyət 
göstərmiş İrəvan əyalətinin inzibati-ərazi quruluşunu nəzərdən keçirməklə, 
bizi 
maraqlandıran məsələlərə aydınlıq gətirmək olar. Bununla da müstəqil 
xanlıq yaranana qədər onun ərazisinin tarixi sərhədlərinin siyasi hadisələrlə 
əlaqədar  necə  dəyişdiyini  izləmək  mümkündür.  Qeyd  etmək  lazımdır  ki, 
İrəvan  bir  əyalət  kimi  uzun  müddət  Səfəvi  imperiyasının  Çuxursəd 
bəylərbəyliyinin  tərkibində  mövcud  olaraq  mürəkkəb  tarixi  yol  keçmişdi 
(422,101; 233,117; 391,88). Bu 
əyalət  XVI  əsrin  əvvəllərindən  başlayan 
Səfəvi-Osmanlı müharibələri zamanı daima əldən ələ keçərək bu və ya digər 
ölkənin ərazisinə qatılmışdı. Müxtəlif dövrlərdə İrəvan əyalətinin mahalları 
haqqında  müəyyən  məlumata  Osmanlı  mənbələrində  də  rast  gəlmək  olar. 
Belə  ki,  İrəvan  mahalları  haqqında  ilkin  məlumat  verən  mənbə  «İrəvan 
əyalətinin  müfəssəl  dəftəri»dir.  Bu  mənbəyə  görə, 1578-1590-cı  illərdə 
Səfəvi-Osmanlı  müharibəsindən  sonra  Osmanlı  Türkiyəsinin  tərkibinə 
qat
ılan  İrəvan  əyaləti  10  nahiyədən  (mahaldan)  ibarət  olmuşdur.  Bunlar  
İrəvan,  Gərni,  Vedi,  Aralıq,  Talın,  Ərmus,  Ərmavi,  Abnik,  Abaran  və 
Şərabxana  idilər  (33,8).  Lakin  XVII  əsrin  əvvəllərində  bu  əyalət  yenidən 
Səfəvi dövləti tərəfindən geri qaytarılaraq, XVIII əsrin 20-ci illərinə qədər 
Çuxursəd bəylərbəyliyi adı altında mövcud olmuşdu. Mərkəzi İrəvan şəhəri 
olmaqla bu 
bəylərbəyliyə Naxçıvan və Maku əraziləri də daxil idi. (391,88). 
XVII 
əsirin axırı-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin iqtisa-
di v
ə siyasi böhran keçirdiyindən, Osmanlı dövləti XVIII əsrin 20-ci illərin 
əvvəllərində  Azərbaycana  müdaxilə  etdı.  Nəticədə,  İrəvan  ərazisi  yenidən 
bu  döv
lət  tərəfindən  işğal  edildi. 1728-ci  ildə  osmanlılar  tərəfindən  tərtib 
edilən  ikinci  «İrəvan  əyalətinin  müfəssəl  dəftəri»nə  görə,  həmin  əyalətin 
inzibati-
ərazi quruluşu belə olmuşdu: İrəvan şəhəri, Qırxbulaq, Körpü, Ma-
ku, 
Xınzırək,  Gərni,  Vedi,  Dərəçiçək,  Abaran,  Göyçə,  Məzrə,  Sürməli, 
İğdır,  Aralıq,  Şərur,  Sədərək,  Zərzamin  və  Şoragöl  (33,9).  Mənbədən 
göründüyü kimi, 
həmin illərdə əyalətin ərazisi osmanlıların apardığı inziba-
ti-
ərazi  islahatı  nəticəsində  xeyli  genişlənmiş  və  18  nahiyəyə  (mahala) 
bölünmü
şdü.  Maku  və  Naxçıvanın  bəzi  əraziləri  İrəvan  əyalətinə 
birləşdirilmişdi. 
Sonralar 
görkəmli sərkərdə Nadirin apardığı müharibələr nəticəsində 
Az
ərbaycanın digər əraziləri ilə bərabər İrəvan əyaləti də osmanlılardan geri 
alınmışdı. Onun apardığı inzibati-ərazi dəyişikliyi nəticəsində İrəvan ayrıca 
əyalət kimi Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil edilmişdi. Erməni 


 
204 
katolikosu A. Kretatsi Nadir 
şah Əfşarın dövründə İrəvan əyalətinin 9 ma-
hala  - 
İrəvan, Körpü, Qırxbulaq, Şoragöl, İğdır, Gərni, Abaran, Şirakavan 
(
Talın-E.Q.)  və  Geqarkuniyə  (Göyçə  mahalı-E.Q.)  bölündüyünü  göstərirdi 
(186,249). Görünür ki, 
şahın apardığı inzibati-ərazi islahatı nəticəsində Ve-
di, 
Dərəçiçək,  Məzrə,  Sürməli,  Aralıq,  Şərur  mahalları  İrəvan  əyalətinin 
tərkibinə daxil edilməmişdi  
İrəvan  müstəqilləşdikdən  sonra  öz  tarixi  torpaqlarına  yiyələnə 
bilmişdi. Belə ki, İrəvan xanlığı ərazi baxımından xeyli geniş əraziləri əhatə 
edirdi. Bir 
mənbəyə görə, XVIII əsrin ikinci yarısında İrəvan xanlığında 12 
mahalın  olması  (62,58),  digər  bir  məlumata  görə  isə  onun  mahallarının 
say
ının 20-ə çatdığı göstərilmişdi (410,126). Rus qoşunlarının baş koman-
danı general Paskeviçin  1827-ci il iyunun 27-də qraf  Nesselrodeyə ünvan-
ladığı məktubunda İrəvan xanlığında 16 mahalın olmasını yazırdı (218,547). 
Onun bu 
məlumatı xüsusilə əhəmiyyətlidir. Yuxarıda deyilənləri nəzərə al-
saq  general  Paskeviç  çox  güman  ki, 
İrəvan  xanlığının  mahalları  sırasına 
Makunu  da  daxil 
etmişdi. Lakin  bu  tip  mənbələrdə  İrəvan  xanlığının  ma-
hal
larının  sayı  haqqında  məlumat  verilsə  də  onların  adları,  əhatə  etdiyi 
əraziləri göstərilməmişdi.  
İrəvan  xanlığının  mahalları  haqqında  İ.Şopenin  əsəri  bizə  daha 
dol
ğun məlumat verir. Onun «Rusiyaya birləşdirmə dövründə Erməni vila-
y
ətinin tarixi abidəsinin vəziyyəti» adlı əsərində göstərilirdi ki, son İrəvan 
xanı Hüseynqulu xanın (1806-1827) dövründə İrəvan xanlığının 15 mahalı 
olmuşdu  (415,441-446).  Müəllif  1829-1832-ci  illərdə  apardığı  kameral  si-
y
ahıyaalınmada İrəvan xanlığının mahallarının sayını göstərməklə bərabər, 
onların  sərhədlərini  də  təsvir  etmişdir.  İ.Şopen  yazırdı  ki, «Xanlıq  böyük 
hissəsi  axar  çaylarla  sərhədlənən,  inzibati  bölgü  təşkil  edən  bir  şəhər, 15 
mahal  v
ə dairəyə bölünürdü» (415,441). Bu mahallar əsasən Araz çayının 
hər  iki  sahilində  qərarlaşmışdı. 13 mahal  Arazın  sol sahilində, 2-i  isə  sağ 
sahilində yerləşmişdi. Mahallar çaylar və bu çaylardan çəkilmiş süni arxlar 
v
asitəsilə  bir-birindən  ayrılırdı.  Beləliklə,  İ.Şopenin  qeyd  etdiyi  İrəvan 
xanlığının mahalları aşağıdakılardır: 
1.
 
Qırxbulaq mahalı                     9. Saatlı mahalı 
2.
 
Zəngibasar mahalı                  10. Talın mahalı 
3.
 
Gərnibasar mahalı                  11. Seyidli-Ağsaqqallı mahalı 
4.
 
Vedibasar 
mahalı                    12. Sərdarabad mahalı 
5.
 
Şərur mahalı                           13. Körpübasar mahalı 
6.
 

rməli mahalı                       14. Abaran mahalı            
7.
 
Dərəkənd-Parçenis mahalı    15. Dərəçiçək mahalı    
8.
 
Göy
çə mahalı    


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə