Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   103   104   105   106   107   108   109   110   ...   164

 
219 
torpaq 
sahəsi  adlanır  (75,140).  Mahallarda  bütün  idarə  aparatı-  polis, 
məhkəmə və maliyyə sahələri mirbölüyün tam nəzarətində idi (157,471).  
Kəndlərdə  hakimiyyət  isə  ağsaqqal  funksiyasını  yerinə  yetirən 
kəndxuda  və  məlikin  əlində  idi.  Kəndxuda  fars  sözü  olub  yerin  sahibi 
deməkdir  (75,140).  Kəndxuda  Azəri  türklərin  olduğu  kəndlərə,  məlik  isə 
erməni  kəndlərinə  başçılıq  edirdi.  Kənxuda  və  məliklər  xanlıqda  ən  aşağı 
idarə orqanı sayılsa da, xanın yanında böyük nüfuzu vardı. Kənd ağsaqqal-
ları bir tərəfdən müxtəlif icma, digər tərəfdən xan idarə mexanizmi arasında 
v
asitə  rolunu  oynayırdı.  Onlar  xanın  əmr  və  tələblərinə  tabe  olurdular 
(397,2). 
Ümumiyy
ətlə,  mahal  naiblərindən  tutmuş  sərkərə  qədər  mövqe 
fərqinə baxmayaraq, bu vəzifələr sırf qulluq xarakteri daşıdığından atadan 
oğula  keçə  bilməzdi.  Onların  vəzifədə  qalması  xanın  iradəsindən  asılı idi. 
Bu  v
əzifə  sahibləri  xana  sədaqətlə  və  namusla  qulluq  etdikləri  təqdirdə 
v
əzifədə qalırdılar (397,2). 
Elatlar 
arasında  hakimiyyət  elbəyilərin  əlində  idi.  Elbəyilər  xan 
tərəfindən təyin edildiyindən, elatlar arasında sərdarın əmrlərinin icraçıları 
idi.  Onlar 
hərbi xidmətdən başqa bütün mükəlləfiyyət və vergilərdən azad 
idilər. Elatlara rəhbər xan tərəfindən təyin edilirdi. Hüseynəli xanın əmri ilə 
sepgi v
ə Məhəmməd xanın əmri ilə isə zilani kürd tayfalarına başçılıq etmək 
üçün  xüsusi 
təliqələr  vermişdi.  Təliqələrdən  birində  yazılırdı: «…ali 
mərtəbəli  sepgi  Mirzəağanı  bütün  kürd  tayfasının  Ağası  vəzifəsinə  təyin 
etdik. Mirz
əağa bütün bacarıq, istedadı ilə həmin köçərilərin işlərini nizama 
salmalı,  onların  idarə  edilməsi  işində  çalışmalı  və  bir  dəqiqə  də  olsa  bu 
məqsədə  qəflət  səhlənkarlıq  etməməlidir».  Məhəmməd  xan  da  eyni 
məzmunda təliqə ilə zilani kürdlərinə başçı təyin etmişdi  (39,55,111-112; 
415,457).  
X
anlığın idarə olunmasında məhkəmələr mühüm yer tuturdu. İrəvan 
xanlığında  məhkəmə  sistemi  iki  qismə  bölünürdü:  şəriət  və  mülki 
məhkəmələr.  Mülki  məhkəmə  özü  məhkəmeyi-ali  və  əsnaf 
məhkəmələrindən ibarət idi. Bu məhkəmələr içərisində şəriət məhkəmələri 
əsas yeri tuturdu. Şəriət məhkəmələrində  müxtəlif mübahisəli məsələlərə- 
ev
lənmə  və  boşanma,  qəyyumluq,  vərəsələr  arasında  mülkiyyəti  bölmək, 
müqav
ilə  bağlanması,  pozulması  və  s.  işlərə  baxılırdı  (415,454-455).  Bu 
məhkəmələr dini qaydalar əsasında həyata keçirildiyindən bu bölməyə qazı 
nəzarət edirdi. Məhkəmələrdə din xadimlərinin nüfuzu böyük idi. Ona görə 
də  məhkəmələr  dünyəvi  əyanların  idarə  etdiyi  hökuməti-cəbri  və  din 
xadimlərinin  nəzarətində  olan  hökuməti-ədliyyə  olmaqla  iki  hissəyə 
bölünürdü (415,453).  


 
220 
Şəriət  məhkəmələrində  baxılan  işlərin  icrası  quran  və  tarixdə  baş 
v
ermiş hadisələr toplusu əsasında həll edilirdi. İ.Şopen yazırdı: «Hakimiy-
y
ətin xəlifənin əlində cəmləşdiyi islamın ilk dövrlərində Quranın mətninin 
say
sız  şərhi  çətin  deyildi.  Bu  ibtidai  dövrün  patriarxal  həyatında  mülki 
hissəyə  aid  bütün  azsaylı  iddialar  rahat  və  asanlıqla  Quranın  qaydaları 
əsasında  həll  edilirdi.  Lakin  əhalinin  artması,  insanlar  arasında  münasi-
bətlərin tədricən mürəkkəbləşməsi nəticəsində Quran baş verən hadisələrin 
həlli  üçün  kifayət  etmirdi.  Onda  hörmətli  imamlar,  müctəhidlər  və  s. 
tərəfindən təfsir, şərh və söylənilmiş hadisələrin toplanmış çoxcildli müsəl-
man qay
dalarının ikinci hissəsi yarandı. Belə olduqda Roma qaydaları kimi 

səlmanların  elmi  cəhətdən  toplanmış,  xüsusi  öyrənilməsi  tələb  olunan 
hüquqi 
hissəsi  hazırlanırdı,  icraedici  idarə  qayğısı  ilə  yüklənmiş  dünyəvi 
hakimiyy
ət  ədliyyənin,  ədalət  məhkəməsinin  bir  hissəsini  bütünlüklə 
həyatlarını bu işə həsr etmiş ruhanilərə verməyə məcbur idilər» (415,453). 
Şəriət  məhkəmələrinə  Şeyx-ül-islam,  qazi  və  bir  neçə  axund  və  molla 
başçılıq  edirdi.  Məhkəmələrdə  müxtəlif  mübahisələrə-qatı  cinayət  işinə, 
oğurluq  mülki  iddialara,  kəbin  kəsmə  və  boşanmaya,  mübahisə  edən 
qohumları barışdırmaq, qəyyumluq işinə, hər hansı əmlakı varislər arasında 
bölü
şdürmək,  müqavilələrin  bağlanması,  icra  edilməsi  və  pozulması  və  s. 
məsələlərə  baxılırdı  (415,454; 201, c.3,  səh.24).  Şəriət  məhkəmələrinin 
əhəmiyyətini  başa  düşən  xanlar  qazilik  vəzifəsinə  savadlı  və  qayda-
qanunları yaxşı bilən şəxsləri dəvət edirdi. 1783-cü ildə Hüseynəli xan xalq 
arasında  alim  kimi  tanınmış  Seyid  Məhəmmədi  baş  qazi  təyin  etmişdi. 
Sənəddə  qeyd  edilir  ki, «O,  müstəqil  əzəmətli  qazilik  taxtına  oturaraq 

naqişələri mübarək şəriət qanunları əsasında həll etsin» (39,75-76).  
Məhkəmə işi tələsik, sadə qaydada icra edilirdı. İstintaq məhkəmənin 

bahisə edən tərəflərin dindirilməsi əsasında aparılırdı. Məhkəmə üzvləri 
əvvəlcə  iddiaçının,  sonra  cavabdehin  və  sonra isə  hər  iki  tərəfin qarşılıqlı 

bahisələrinə  qulaq  asırdı.  Bunun  ardınca  əvvəlcə cavabdehin,  sonra  isə 
iddiaçının  şahidləri  dindirilirdi.  Əgər  gətirilən  dəlillər  lazımi  səviyyədə 
ol
madıqda,  hər  iki  tərəfin  şahidlərinə  and  içdirirdilər.  İş  aydınlaşdıqda 

bahisə edənlər buradan kənar edilir, məhkəmə üzvləri isə qanun əsasında 
öz 
aralarında  məsləhətləşmə  keçirirdi  (359,454).  Məhkəmədə  bəzi 
məsələlərin həllinin müxtəlif yolları vardı. Əgər işin  araşdırılması Quranla 
ay
dınlaşırdısa, onda məsələ çətinlik çəkmədən həll olunurdu. Yox əgər bu 
məsələni Quran həll edə bilmirdisə, onda məhkəmə üzvləri toplanmış tarixi 
rəvayətlər  toplusuna  müraciət  edirdilər.  Bunlardan  «Cəmi  Abbasi», «Ağıl 
Yəqin» və s. qeyd etmək olar. Lakin bunlar da mübahisəli məsələnin həllinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə