Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   111   112   113   114   115   116   117   118   ...   164

 
235 
arxlar  eyni 
adlı  mahalı  suvarırdı.  Bunlardan  ən  böyüyü  Əştərək,  Uşaqan, 
Xatun 
və  Kəmərli  arxları  idi.  Əştərək  və  Uşaqan  arxlarından  Zeyvə  arxı, 
Şah  arxı,  İnci  arxı  və  Kalderun  adlanan  əlavə  qollar  ayrılırdı. 6. Abaran  
mahalını  Qartan  çayından  çəkilmiş  arxlar  suvarırdı. 7. Seyidli  mahalını 
Anberd  (?) 
çayından  çəkilən  arxlar  su  ilə  təmin  edirdi.  Onlar  bunlardır: 
Ayarlı arxı, Aramlı arxı, Pirağa arxı, Avanlı arxı, Koytul arxı və Qaracalar 
arxı. 8. Parpi çayından Ayarlı və Uşaqan arxları çəkilmişdi. 9. Zəngi çayı isə 
İrəvan şəhərini, Zəngibasar və Qırxbulaq mahallarını su ilə təmin edirdi. Bu 
çayın sahili daşlı kəsəkli olduğundan suvarma arxlarının çəkilməsi çətinliklə 
başa  gəlirdi.  Buna  baxmayaraq,  Zəngi  çayından  bir  neçə  arx  çəkilmişdi. 
Birinci  arx 
İrəvan  şəhərindən  8  verst  aralıdan  axaraq  onun  Qızılqala 
bağlarını  suvarırdı.  İkinci  Dəlmə  arxı  İrəvan  şəhəri  yaxınlığında  olan 
Dərəbağ qəsəbəsinin əks istiqamətində, çayın sağ sahilindən götürülmüşdü. 
O, 
yeraltı  yolla  axaraq  böyük  bulaq  formasında  çıxırdı.  Bu  arxla  Dəlmə 
bağları,  Yeniköy  bağları  və  Eçmiədzin  kilsəsinə  məxsus  torpaqlar 
suvarılırdı. Üçüncü Abuhəyat arxı xeyli şəhər bağlarını suvararaq Qırxbulaq 
çayına tökülürdü. Dördüncü Mamırlı arxı isə bütün «Təpəbaşı» məhəlləsini, 
«
Şəhər»  məhəlləsində  olan  bağların  bir  hissəsini  və  İrəvan  qalasının  bir 
hissəsini  su  ilə  təchiz  edirdi.  Bundan  əlavə  bu  çaydan  götürülən  arxlar 
Zəngibasar  mahalının  kənd  təsərrüfatının  inkişafında  da  böyük  rol 
oynamışdı. Bu mahalı suvaran arxlar bunlardır: Noraqovit, Uluxanlı, Həsən-
avar, Yeniköy, Orta 
və Şirabad. Zəngi çayından Qırxbulaq mahalını suvaran 
arxlar da 
çəilmişdi. 10. İrəvan şəhərinin su ilə təchiz edilməsində Qırxbulaq 
çayının  da  öz  yeri  vardı.  Bu  çaydan  Dəlik  daş,  Dərə,  Şahab,  Kanakir, 
Paşalıq,  Ağakavar  və  Çolmakçi  arxları  çəkilmişdi.  Paşalıq  və  Ağakavar 
arxları  İrəvanın  «Şəhər»,  və  «Dəmirbulaq  məhəllələrində  yerləşən  əkin 
sahələrini, Çolmakçi arxı isə şəhərə bitişik Çolmakçi kəndinin bağ və əkin 
sahələrini suvarırdı. 11. Gərni çayı Gərnibasar mahalının bütün kəndlərini 
suvarırdı. Hər bir kəndin öz arxı vardı. 12.Vediçay Vedibasar mahalını su 
ilə  təmin  edirdi  ( 415,387-393).  Məlumata  görə,  İrəvanın  son  sərdarı 
Hüseynqulu  xan 
xanlığın  süni  suvarma  sisteminin  inkişafında  əvəzsiz 
xidməti  olmuşdu.  Xüsusilə,  İrəvan  şəhərində  təkmilləşdirilmiş  su 
kəmərlərinin və ayrı-ayrı məhəllələrə arxların çəkilməsi onun adı ilə bağlı 
idi (171,457). 
Azərbaycanın digər xanlıqlarında olduğu kimi,  İrəvan xanlığında da 
sudan 
istifadədən dövlət nəzarəti sistemi yaradılmışdı. Əhali arasında suyun 
bölüşdürülməsinə xan tərəfindən təyin olunmuş mirab rəhbərlik edirdi. Fars 
dilində mirab iki sözdən- mir idarə etmək, ab-su deməkdir. Bu vəzifəyə hər 
hansı  bir  şəxs  təyin  oluna  bilərdi  (75,139).  O,  bütün  mahalların  suvarma 


 
236 
təsərrüfatının  başçısı  idi.  Mirablar  müxtəlif  kəndlər  arasında  həm  xüsusi, 
həm də ümumi arx və kanallardan istifadə qaydalarını müəyyən edir və bu 
qaydaların  pozulmasına  imkan  vermirdi.  Eyni  zamanda  onlar  arx  və 
kanalların  işlək  qaydada  olmasının  qayğısına  qalırdılar.  Sudan  istifadə 
qaydasına  görə  bir  sıra  kəndlər  arasında  baş  verən  mübahisələr,  su 
növbəsinin  pozulması  və  özbaşnalıq  kimi  məsələləri  mirablar  həll  edirdi 
(415,941-942; 395,22).  
Miraba 
kəndlərdə su sisteminə rəhbərlik edən cuvarlar tabe idi. Cu-
varlar bir növ suvarma 
sistemində polis vəzifəsini yerinə yetirirdilər. Mirab 
kimi  cuvar  da 
sərdar tərəfindən təyin olunurdu. Bu vəzifə bir illiyə təsdiq 
olunurdu (415,941-942; 395,22).  
Əhali  hər  il  sudan  istifadəyə  görə  vergi  verirdi.  Digər  sahələrdə 
olduğu  kimi  suvarma  sistemində  də  rüşvətxorluq  və  özbaşnalıq  geniş 
yay
ılmışdı. Mirab və cuvarların günahı üzündən su üstündə əhali arasında 
tez-tez 
mübahisələr  olurdu.  Daha  çox  rüşvət  verənlər  sudan  bol  istifadə 
edirdilər.  Varlı  bağ  və  mülk  sahibləri  suya  nəzarət  edənləri  rüşvətlə  ələ 
almışdılar. Məhz onların günahı üzündən sadə xalq su çatışmamazlığından 
daimi 
əziyyət çəkirdi (415,941-942; 395,23). 
İrəvan xanlığının kənd təsərrüfatında maldarlığın əvəzolunmaz yeri 
vardı. Geniş otlaq sahələrinin olması burada maldarlığın inkişafı üçün əlver-
işli şərait yaratmışdı. Maldarlıq üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, 
Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis mahallarında əl-
verişli  otlaqlar  yerləşirdi  (415,523-525).  Maldarlar  daha  çox  xırda  və  iri-
buynuzlu  mal-qara 
saxlayırdı. İrəvan xanlığında maldarlıq ev şəraitində 
saxlanılan, köçmə və köçəri olmaqla üç qrupa bölünürdü. Bütün əhali 
ev 
şəraitində mal-qara saxlayırdı. Hər bir ailənin qoyunu, inəyi və s. ev hey-
vanları var idi. Köçmə maldarlıqda isə vəziyyət bir qədər başqa cür idi. Bu 
sahə  ilə  məşğul  olanların  bir  hissəsi  yaylaq-qışlaq  həyatı  keçirir,  digər 
hissəsi isə kəndlərdə qalaraq əkinçiliklə məşğul olurdular. Köçmə maldarlıq 
ilə əsasən, azəri türkləri məşğul olurdu. Köçəri maldarlıqla məşğul olanların 
isə  daimi  yaşayış  yerləri  yox  idi.  Onlar  yaylaq-qışlaq  həyatı  keçirir  və 
alaçıqlarda yaşayırdılar. Bu sahə ilə kürdlər məşğul olurdu (415,519-523). 
Maldarlıqda iri və xırdabuynuzlu heyvanların, atın, eşşəyin, qatırın və 
dəvənin  öz  yeri  vardı.  Əhali  onlardan  müxtəlif  təlabatlarını  ödəmək  üçün 
istifadə edirdilər. Torpağın şumlanmasında camış və kəllərdən istifadə olu-
nurdu. Bir-
birinə qoşulmuş 10, 12 və daha çox cüt camış və kəllər ağır ko-
tanları dartaraq torpaqda şrım açır və onu səpin üçün hazırlayırdı. Onlardan 
eyni  zamanda 
yığılmış  məhsulun  üyüdülməsində,  habelə  ağır  yüklərin 
daşınmasında istifadə olunurdu. Belə ki, kəllərin qoşulduğu arabalarda çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə