235
arxlar eyni
adlı mahalı suvarırdı. Bunlardan ən böyüyü Əştərək, Uşaqan,
Xatun
və Kəmərli arxları idi. Əştərək və Uşaqan arxlarından Zeyvə arxı,
Şah arxı, İnci arxı və Kalderun adlanan əlavə qollar ayrılırdı. 6. Abaran
mahalını Qartan çayından çəkilmiş arxlar suvarırdı. 7. Seyidli mahalını
Anberd (?)
çayından çəkilən arxlar su ilə təmin edirdi. Onlar bunlardır:
Ayarlı arxı, Aramlı arxı, Pirağa arxı, Avanlı arxı, Koytul arxı və Qaracalar
arxı. 8. Parpi çayından Ayarlı və Uşaqan arxları çəkilmişdi. 9. Zəngi çayı isə
İrəvan şəhərini, Zəngibasar və Qırxbulaq mahallarını su ilə təmin edirdi. Bu
çayın sahili daşlı kəsəkli olduğundan suvarma arxlarının çəkilməsi çətinliklə
başa gəlirdi. Buna baxmayaraq, Zəngi çayından bir neçə arx çəkilmişdi.
Birinci arx
İrəvan şəhərindən 8 verst aralıdan axaraq onun Qızılqala
bağlarını suvarırdı. İkinci Dəlmə arxı İrəvan şəhəri yaxınlığında olan
Dərəbağ qəsəbəsinin əks istiqamətində, çayın sağ sahilindən götürülmüşdü.
O,
yeraltı yolla axaraq böyük bulaq formasında çıxırdı. Bu arxla Dəlmə
bağları, Yeniköy bağları və Eçmiədzin kilsəsinə məxsus torpaqlar
suvarılırdı. Üçüncü Abuhəyat arxı xeyli şəhər bağlarını suvararaq Qırxbulaq
çayına tökülürdü. Dördüncü Mamırlı arxı isə bütün «Təpəbaşı» məhəlləsini,
«
Şəhər» məhəlləsində olan bağların bir hissəsini və İrəvan qalasının bir
hissəsini su ilə təchiz edirdi. Bundan əlavə bu çaydan götürülən arxlar
Zəngibasar mahalının kənd təsərrüfatının inkişafında da böyük rol
oynamışdı. Bu mahalı suvaran arxlar bunlardır: Noraqovit, Uluxanlı, Həsən-
avar, Yeniköy, Orta
və Şirabad. Zəngi çayından Qırxbulaq mahalını suvaran
arxlar da
çəilmişdi. 10. İrəvan şəhərinin su ilə təchiz edilməsində Qırxbulaq
çayının da öz yeri vardı. Bu çaydan Dəlik daş, Dərə, Şahab, Kanakir,
Paşalıq, Ağakavar və Çolmakçi arxları çəkilmişdi. Paşalıq və Ağakavar
arxları İrəvanın «Şəhər», və «Dəmirbulaq məhəllələrində yerləşən əkin
sahələrini, Çolmakçi arxı isə şəhərə bitişik Çolmakçi kəndinin bağ və əkin
sahələrini suvarırdı. 11. Gərni çayı Gərnibasar mahalının bütün kəndlərini
suvarırdı. Hər bir kəndin öz arxı vardı. 12.Vediçay Vedibasar mahalını su
ilə təmin edirdi ( 415,387-393). Məlumata görə, İrəvanın son sərdarı
Hüseynqulu xan
xanlığın süni suvarma sisteminin inkişafında əvəzsiz
xidməti olmuşdu. Xüsusilə, İrəvan şəhərində təkmilləşdirilmiş su
kəmərlərinin və ayrı-ayrı məhəllələrə arxların çəkilməsi onun adı ilə bağlı
idi (171,457).
Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da
sudan
istifadədən dövlət nəzarəti sistemi yaradılmışdı. Əhali arasında suyun
bölüşdürülməsinə xan tərəfindən təyin olunmuş mirab rəhbərlik edirdi. Fars
dilində mirab iki sözdən- mir idarə etmək, ab-su deməkdir. Bu vəzifəyə hər
hansı bir şəxs təyin oluna bilərdi (75,139). O, bütün mahalların suvarma
236
təsərrüfatının başçısı idi. Mirablar müxtəlif kəndlər arasında həm xüsusi,
həm də ümumi arx və kanallardan istifadə qaydalarını müəyyən edir və bu
qaydaların pozulmasına imkan vermirdi. Eyni zamanda onlar arx və
kanalların işlək qaydada olmasının qayğısına qalırdılar. Sudan istifadə
qaydasına görə bir sıra kəndlər arasında baş verən mübahisələr, su
növbəsinin pozulması və özbaşnalıq kimi məsələləri mirablar həll edirdi
(415,941-942; 395,22).
Miraba
kəndlərdə su sisteminə rəhbərlik edən cuvarlar tabe idi. Cu-
varlar bir növ suvarma
sistemində polis vəzifəsini yerinə yetirirdilər. Mirab
kimi cuvar da
sərdar tərəfindən təyin olunurdu. Bu vəzifə bir illiyə təsdiq
olunurdu (415,941-942; 395,22).
Əhali hər il sudan istifadəyə görə vergi verirdi. Digər sahələrdə
olduğu kimi suvarma sistemində də rüşvətxorluq və özbaşnalıq geniş
yay
ılmışdı. Mirab və cuvarların günahı üzündən su üstündə əhali arasında
tez-tez
mübahisələr olurdu. Daha çox rüşvət verənlər sudan bol istifadə
edirdilər. Varlı bağ və mülk sahibləri suya nəzarət edənləri rüşvətlə ələ
almışdılar. Məhz onların günahı üzündən sadə xalq su çatışmamazlığından
daimi
əziyyət çəkirdi (415,941-942; 395,23).
İrəvan xanlığının kənd təsərrüfatında maldarlığın əvəzolunmaz yeri
vardı. Geniş otlaq sahələrinin olması burada maldarlığın inkişafı üçün əlver-
işli şərait yaratmışdı. Maldarlıq üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək,
Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis mahallarında əl-
verişli otlaqlar yerləşirdi (415,523-525). Maldarlar daha çox xırda və iri-
buynuzlu mal-qara
saxlayırdı. İrəvan xanlığında maldarlıq ev şəraitində
saxlanılan, köçmə və köçəri olmaqla üç qrupa bölünürdü. Bütün əhali
ev
şəraitində mal-qara saxlayırdı. Hər bir ailənin qoyunu, inəyi və s. ev hey-
vanları var idi. Köçmə maldarlıqda isə vəziyyət bir qədər başqa cür idi. Bu
sahə ilə məşğul olanların bir hissəsi yaylaq-qışlaq həyatı keçirir, digər
hissəsi isə kəndlərdə qalaraq əkinçiliklə məşğul olurdular. Köçmə maldarlıq
ilə əsasən, azəri türkləri məşğul olurdu. Köçəri maldarlıqla məşğul olanların
isə daimi yaşayış yerləri yox idi. Onlar yaylaq-qışlaq həyatı keçirir və
alaçıqlarda yaşayırdılar. Bu sahə ilə kürdlər məşğul olurdu (415,519-523).
Maldarlıqda iri və xırdabuynuzlu heyvanların, atın, eşşəyin, qatırın və
dəvənin öz yeri vardı. Əhali onlardan müxtəlif təlabatlarını ödəmək üçün
istifadə edirdilər. Torpağın şumlanmasında camış və kəllərdən istifadə olu-
nurdu. Bir-
birinə qoşulmuş 10, 12 və daha çox cüt camış və kəllər ağır ko-
tanları dartaraq torpaqda şrım açır və onu səpin üçün hazırlayırdı. Onlardan
eyni zamanda
yığılmış məhsulun üyüdülməsində, habelə ağır yüklərin
daşınmasında istifadə olunurdu. Belə ki, kəllərin qoşulduğu arabalarda çox
Dostları ilə paylaş: |