231
Belə ki, 1829-1832-ci illər kameral siyahıyaalınma həyata keçirilən zaman
y
alnız İrəvan şəhərində 10 funt xam ipək istehsal olunmuşdu (415,753).
Xanlığın əhalisi tütün istehsalı ilə də məşğul olurdu. Yerli əhali
adətən tütündən özləri istifadə edirdi, çox az qismi isə satışa çıxarılırdı. Bu
bitkinin
becərilməsi ilə Sürməli mahalının Arhacı kəndinin əhalisi daha çox
məşğul olurdu. Xanlıq dövründə təkcə bu kənd 40 xalvardan daha çox
məhsul əldə etmişdi (415,745). Məlumata görə, xanlıqda hər il orta hesabla
60 xalvar tütün istehsal edilirdi (201, c.4,
səh.280).
Yerli
əhali küncüt və kətan əkini ilə də məşğul olurdu. Küncüt aran
y
erlərdə, kətan isə həm aran, həm də dağlıq yerlərdə əkilirdi. Küncüt və
kətandan əsasən yağ əldə edilirdi. Bu yağlardan yeməklərin bişirilməsində
v
ə çıraqların yandırılmasında istifadə olunurdu (415,741-742). Xanlıqda hər
il orta hesabla 24 xalvar küncüt, 12 xalvar
kətan istehsal edilirdi (201, c.4,
səh.280).
Kənd təsərrüfatının daha inkişaf etmiş sahələrindən biri də bağçılıq və
bostançılıq idi. Əlverişli iqlim şəraiti burada meyvəçiliyin inkişafına lazımi
şərait yaratmışdı. Bütün xanlıq meyvə bağları ilə zəngin idi. Bu bağlar üç
qrupa bölünürdü. Birincisi,
həyətyanı bağ, yaxud bağça adlanırdı. Adətən
sahəsi az olan, meyvə bağı adlandırılan bağçalar hər bir evin ətrafında yer-
l
əşirdi. İkincisi, şəhərətrafı iri bağlar idi ki, əhalinin məskunlaşmadığı yerdə
y
erləşirdi (395, c.1, səh.24; 415,749). Bu meyvə bağlarında alma, şaftalı,
ərik, gavalı, alça, gilas, xurma, heyva, əncir, qoz, nar, tut və digər yerli
meyv
ələr yetişdirilirdi. (201, c.4, səh.281; 415,749). Bəzi meyvələrin
mü
xtəlif növləri vardı. Məsələn, şaftalının kərdi və yarma, almanın
kərbəlayı, cəfər, vahab, cənnət, hacı hüseynəli, akska və il, armudun
hac
ımehdi, malaça, qışarmudu və sini növləri el arasında daha məşhur
ol
muşdu (395,26-27). Nəhayət, üçüncüsü üzüm bağları idi. İrəvanda
mü
xtəlif növ üzüm yetişdirilirdi. Bunlara qaraşanı, ağsabi, əsgəri, kişmiş-
badana,
qırmızı-qulami, xallı, misqali, qırmızı-kişmiş, zeyni, kişmiş və s.
cü
rbəcür üzüm növləri daxil idi (415,750-751). Üzümdən yüksək keyfiyyətli
şərab və sirkə hazırlanırdı. Sirkəni əsasən, azəri türkləri emal edirdi
(415,751-752).
Meyv
ə bağlarının inkişafına xüsusi fikir verən İrəvan xanları bağ sa-
hələrinin artırılmısına və bu sahələri müxtəlif ölkələrdən gətirilmiş meyvə
ağacları ilə zənginləşdirməyə çalışırdılar. Sonuncu İrəvan hakimi
Hüseynqulu xan
İrandan və Hindistandan meyvə ağacları gətizdirmişdi
(415,950).
Xan
bağlarına bağbanbaşı nəzarət edirdi. Xəzinəyə məxsus bütün
meyv
ə bağları mart ayından başlayaraq icarəyə verilirdi. İcarədarlar
232
bağların otunu təmizləyir və meyvəsini yığırdılar. Lakin bununla belə, mey-
v
ə dərilərkən oğurluğun qarşısını almaq üçün icarədarların işinə xanın
bağbançıları nəzarət etməli idi. Payızda yığım qurtardıqdan sonra bütün
bağlar bağbanbaşına təhvil verilirdi (415,959). Bağlar təhvil verildikdən
sonra
onları qaydaya salmaq məqsədilə yerli kəndlilər bu işə cəlb edilirdi.
Bu
iş oktyabr ayında icra olunurdu (415,959-960).
Təəssüf ki, İrəvan xanlığı dövründə bağ sahələri və onların sayı
haqqında heç bir statistik məlumat əldə etmək mümkün olmadı. Əldə olunan
məlumatlar yalnız işğaldan sonrakı dövrə aiddir. 1829-1832-ci illərdə Rusi-
y
anın xanlıq ərazisində həyata keçirdiyi kameral siyahıyaalınmada İrəvan
şəhərində və onun 12 mahalında yerləşən bağların sayı, onların tutduğu sahə
v
ə gəlirləri haqqında xeyli dəyərli məlumat verilmişdir. Həmin kameral si-
y
ahıyaalınmaya əsasən aşağıda tərtib etdiyimiz 4.1 cədvəli bağlar haqqında
mü
əyyən təsəvvür yaradır:
cədvəd 4.1.
Şəhər və
mahalların adı
Ba
ğla-
rın sayı
Tutduq-
ları sahə,
xalvar
Gəlir
Üzüm
Meyv
ə
xalvar
Batman
xalvar
Batman
İrəvan şəhəri
1,473
1,233
2.608
34
2,982
3
Qırxbulaq
259
172
390
-
150
-
Zəngibasar
199
38
80
-
115
-
Gərnibasar
54
36
1
-
68
50
Vedibasar
76
15
-
-
19
50
Şərur
248
78
2
-
320
-
Sü
rməli
375
110
95
-
279
-
Dərəkənd-
Parçenis
96
21
10
-
76
20
Saatlı
80
16
9
50
72
60
Talın
4
4
-
-
-
-
Seyidli-
Ağsaqqallı
9
2
1
/
4
-
-
3
-
Sərdarabad
62
34
160
-
245
-
Körpübasar
395
225
1.806
-
799
-
Yekun
3,330
1,975
1
/
2
5,161
84
5,129
83
İ.Şopen. Rusiya imperiyasına birləşdirilmə dövründə «Erməni
vilay
əti»nin tarixi abidəsinin vəziyyəti. SPb, 1852, s.747
Dostları ilə paylaş: |