249
atxanalar daxmadan, iki gil
səhəngdən və məmulatı rəngləmək üçün iki
çubuqdan
ibarət idi (415,859). İrəvan xanlığının əksəriyyət mahallarında
boyaqxanalar
fəaliyyət göstərirdi. Belə boyaqxanalar İrəvan şəhərində,
Dərəçiçək, Göyçə mahallarında, Zəngibasar mahalının Uluxanlı kəndində,
Gərnibasar və Vedibasar mahallarının İmamşahlı, Çikdamlı, Yuva, Artaşat
(
Qəmərli-E.Q.), Arxlı, Vedidərə, Dəvəli, Aralıx kəndlərində, Şərur ma-
halının Ərəb Yengicə və Muğanlı kəndlərində, Sürməli mahalının Qırmızı
və Panik kəndlərində, Dərəkənd-Parçenis mahalının Qulp və Molla Qəmər
kəndlərində, Talın mahalının Məsdərə kəndində, Sərdarabad mahalının
Kürdqulu
kəndində, Körpübasar mahalının isə Eçmiədzin və Əkərək
kəndlərində yerləşirdi (415,859).
Boyaqxanaların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş qaydalara
tabe idi.
Belə ki, sahibkar və yaxud icradar özü üçün yeni emalatxana o hal-
da aça
bilərdi ki, qonşu mahalda fəaliyyət göstərən boyaqxanaya ziyan ver-
məsin. Bununla yanaşı məhsulların satışında da qaydalara riayət olunmalı
idi. Sahibkar
məhsulunu müəyyən olunmuş qiymətlə sata bilərdi. Məsələn,
rənglənmiş, əyrilmiş yun və yun parçanın 1 arşını 4 şahıya (8 gümüş rubl),
əyrilmiş pambıq və pambıq parçanın arşını isə 2 şahıya (4 gümüş qəpik)
satılırdı (415,860).
Əhalinin məşğuliyyət sahələrindən biri də sabun istehsalı idi. Sabun
bişirənlər sabunçu adlanırdı. Azad şəkildə sabun istehsalına qadağalar
qoyulsa da, bu
sahədə müəyyən irəliləyiş gözə çarpırdı. Bu sahə icarəyə ver-
ilirdi. Buna
görə də, İrəvanda sabun baha başa gəlirdi. Xanlıqda sabunun
bişirilməsində əsasən, İrəvan şəhəri və Gərnibasar mahalının Şeyxzadəli
kəndinin əhalisi məşğul olurdu. Şeyxzadəli kəndinin kişi və qadınlardan
ibarət 474 nəfərinin demək olar ki, hamısı sabun bişirirdi. Onlar bişirdikləri
sabunu
özləri satırdılar. Sabun istehsalında Şeyxzadəli kəndi ilə İrəvan
şəhəri arasında xüsusi rəqabət gedirdi. Belə ki, şəhərdə sabun istehsal
edənlərin hüququnu qorumaq üçün sabun istehsalını icarəyə götürmüş
icarədarın icazəsi olmadan kənddə bişirilən sabun məhsulları burada satıla
bilməzdi. Digər tərəfdən, istehsal edilən sabun keyfiyyət cəhətdən aşağı idi.
Xanlıqda bişirilən sabun qara olurdu və çox pis qoxu verirdi (415,856).
İrəvanlılar gön-dəri istehsalı ilə də məşğul olurdular. Bu sənətkarlıq
sahəsi ilə məşğul olanlar Dərəkənd mahalının bir sıra kəndlərində və İrəvan
şəhərində Zəngi çayının sahilində yerləşən 32 dükanda cəmləşmişdi
(415,858).
Xanlıqda yüksək keyfiyyətli dəri emal edilirdi. Bacarıqlı ustalar
dərini aşılayaraq onu lazımi şəkilə salırdılar. Bundan əlavə, onlar xüsusi
bitki toxumunun
köməyilə dərini yumuşaldaraq qara, qırmızı və sarıya bo-
yayırdılar. Burada ustalar yerli dəridən əlavə, Bəyazid və Makudan
250
gətirilmiş dərilərdən xammal kimi istifadə edirdilər. İrəvan ustaları bir il
ərzində irili- xırdalı 29 min dəri emal edirdilər. Böyük dəri 3 rubla, kiçiyi
isə 80 qəpiyə satılırdı (415,857).
İrəvan şəhərində dəri emal edən emalatxanalar iltizama verilirdi. Bu-
rada emal
edilmiş dərilər xüsusi damğalanırdı. İltizam sahibi belə dəridən
töycü pulu
alırdı. Məsələn, üç damğalanmış qoyun və keçi dərisinin hər bi-
rindən iltizam sahibi 1 şahı (2 gümüş qəpik), camış və kəl dərisindən isə 2
şahı (4 gümüş qəpik) alırdı (415,827). Emal edilmiş dərinin əsas satış yeri
bazarlar idi. Lakin onu satmaq üçün
sərt qaydalar mövcud olmuşdu. Belə ki,
damğalanmamış dəri satışa çıxarıla bilməzdi (415,827).
Xanlıqda sənətkarlıq sahələrindən biri də şüşə istehsalı idi. Ümumiy-
yətlə, İrəvan xanlığında şüşə çox primitiv şəkildə hazırlanırdı. İ.Şopen şüşə
istehsal
edən emalatxanalar, orada tətbiq edilən texnalogiya və əldə edilmiş
məhsul haqqında çox dəyərli məlumat vermişdi. Onun yazdığına görə, «so-
ba
yandırılmış sümük ovuntusu, xüsusilə, at dırnaqları ilə qarışdırılmış gil
boru
ilə birləşdirilmiş təknə şəklindədir. Məhlul təknədə əridilirdi. Od yux-
arıdan, məhlul ilə tavan arasından keçirdi. Hər qaynama adətən dörd gün
davam edirdi. Bu vaxt
ərzində 25 pud şüşə məhlul əldə olunurdu. Qayna-
maya
isə 2
1
/
2
kub sajen odun
işlədilirdi» (415,858). Beşinci gün ustalar
şüşənin istehsalına başlayırdı. Hazır olmuş məhluldan 100, 150 və 200 ədəd
şüşə alınırdı (415,858).
Şüçə üçün lazım olan xammal kvarslı qum, soda və bir qədər marqans
qarışığından əldə edilirdi. Bacarıqlı ustalar şüşəyə yeddi cür rəng- tünd
qırmızı, qırmızı, çəhrayı, göy, mavi, yaşıl və narıncı əlavə edə bilirdi. Daha
şəffaf şüşə əldə etmək üçün potaşdan (qələvi ağ maddə-E.Q.) istifadə olu-
nurdu. Soda
isə şüşəni göy rəngə boyayırdı. Pəncərə və butulka şüşəsi
hazırlamaq üçün sodaya üstünlük verilirdi (415,858). Lakin işğaldan sonra
bu
sahə ilə məşğul olan emalatxanalar məhv edilmişdi.
İrəvan xanlığında sənətkarlıq növlərindən biri də dulusçuluq idi.
Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul
olurdular (43,169).
İrəvan xanlığında da vəziyyət belə idi. Demək olar ki,
«
hər bir mahalda dulusçuluq emalatxanaları fəaliyyət göstərirdi» (415,862).
Emalatxanalarda
məişətdə istifadə olunan qabları hazırlamaq üçün peçlər
quraşdırılmışdı. Bu peçlərdə su və şərab saxlamaq üçün küplər, məişətdə
istifadə olunan müxtəlif gil qablar, lazım gəldikdə kərpic də bişirilirdi.
Xanlıqda bişirilmiş kərpic baha qiymətə satılırdı. Bir ildə kərpicdən gələn
gəlir 12-14 min gümüş rubl idi (415,862). Təəssüf ki, İrəvan xanlığında
«
sənətkarlıq istehsalının ən qədim sahələrindən olan» dulusçuluq emalatxa-
nalarının sayı haqqıqda məlumata rast gəlmədik.
Dostları ilə paylaş: |