Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   115   116   117   118   119   120   121   122   ...   164

 
245 
Lakin  mülk 
sahibləri  tam  sərbəst  deyildi  və  onlara  qadağalar 
qoyul
muşdu. Belə ki, bəzi  mülklər xalisə hüququna malik deyildilər, yəni 
sadəcə mülk adlandırılsalar da, onların sahibləri olan mülkədarlar xəzinəyə 
vergi 
ödəyirdilər. Buna əsasən, mülkədar hər hansı kənd, torpaq və yaxud 
rəiyyət  üzərində  özünü  sahib  saya  bilməzdi.  Mülk  ona  sadəcə  gəlirindən 
istifadə etmək, xəzinənin gəlirindən məvacib almaq əsasında verilirdi. Sa-
kinlərə təsir göstərməsi ona bilavasitə ciddi  qadağan edilirdi. Onun hüququ 
yalnız  məhsul  yığıldıqdan  sonra  mülkədər  kəndindən  anbara  toplanan 
vergidən özünün payına çatan hissəni tələb etməsi ilə məhdudlaşırdı. Əgər 
mülkədar  özü  təsərrüfatla  məşğul  olmaq  istəsə  sərdardan  icazə  almalı  və 
onun 
razılığı ilə işləmək üçün rəiyyət tutmalı idi. Mülkədarın istifadə etdiyi 
mülk  onun 
yaşadığı  kəndin  ərazisində  olduqda  və  torpaqlar  icma  üzvləri 
arasında bölüşdürüldükdə, o da mülk sahibi hüququnda deyil, başqa kəndli 
kimi,  pay 
alırdı (415,926-927). Bu mülkdən gələn gəlirin müəyyən hissəsi 
xəzinəyə ödənilirdi (415,927-928; 187,25).  
İrəvan xanlığında elə mülklər vardı ki, onların sahibləri məhsulun 
4
/
30
 
hissəsini almaqla kifayətlənirdi. Lakin kəndlərin vəziyyətindən asılı olaraq 
mülk 
sahiblərinin  gəliri  də  müxtəlif  idi.  Məsələn,  mülkədarların  bəhrəkər 
kəndlərindən  yığılan  ümumi  məhsuldan  gələn  gəliri 
23
/
30

yarıkər 
kəndlərindən isə 
12
/
30
 
hissəsini təşkil edirdi (415,928). 
5.
Vəqf  torpaqları.  İrəvan  xanlığında  dini  idarələrə  məxsus  torpaq 
sahibliyi 
də mövcud olmuşdu. Buna «vəqf» deyilirdi. Vəqf ərəb sözü olub 
allah  yolunda 
məscidlərə  və  yaxud  kilsəyə  hədiyyə  edilmiş  var-dövlət, 
torpaq 
payı və yaxud mülk idi. Bunun üçün vəqfnamə əsasında mülkiyyət 
sahibi öz 
mülkündən istifadə etmək hüququnu məscidin, kilsənin və yaxud 
şəxsin  xeyrinə itirirdi (229,439-440).  Bu  mülkiyyət  forması  bağışlanmalar 
yoli 
ilə  formalaşırdı.  Vəqf  mülkiyyəti  torpaq  sahələri,  kəndlər,  bağlar, 
dəyirmanlar,  arxlar,  mal-qara  və  s.  ola  bilərdi  (415,679-681).  İrəvan 
xanlığında məscidlərlə bərabər, erməni kilsəsinə məxsus vəqf mülkiyyəti də 
mövcud idi.  
Vəqf  təsərrüfatının  idarə  edilməsi  İrəvan  xanlarının  nəzarətində  idi. 
Onların sərəncamı ilə xalq arasında nüfuzu olan din xadimlərindən biri vəqf 
idarəsinin  başçısı  təyin  edilirdi.  Məsələn,  İrəvan  xanı  Məhəmməd  xan 
(1784-1805) Molla 
Əli adlı bir din xadimini vəqf torpaqlarının başçısı təyin 
edərək,  onun  vəzifələrini  göstərmişdi.  Onun  adına  verilən  təliqədə  yazırdı 
ki, «Molla 
Əli bütün vəqf mülklərini şəxsən, müstəqil idarə etməli, onlara 
aid  bütün 
məsələlərin həllində çalışmalı, bu barədə mövcud olan dəftər və 
kitablara 
rəhbərlik etməlidir. O, öz şəninə, cəsarətinə, bacarığına uyğun vəqf 
mülklərinin bərpasına çalışmalıdır. Vəqf mülklərinin bütün gəlirlərini top-


 
246 
ladıqdan  sonra  ona  verilən  təliqədə,  tədris  haqqındakı  təliqədə  qeyd 
etdiyimiz  kimi 
xərc  edib,  gəlir  və  məxaricə  dair  ayrılan  siyahını  bizim 
nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinlərinə, həmin torpaqlarda vergi 
yığan məmurlarına Molla Əliyə və onun mülazimlərinə tabe olunmasını əmr 
edirik (39,52-53). 
Həm məscidlərə, həm də Eçmiədzin kilsəsinə aid «vəqf» 
torpaqlarından gələn gəlir dini idarələrə, təhsilə və ruhanilərin özlərinə xər-
clənirdi.  Molla  Əliyə  verilən  təliqədə  vəqf  gəlirlərinin  xərclənməsi  belə 
müəyyən  olunurdu: «Molla  Əliyə  vəqf  torpaqlarından  toplanılan  gəlirin 
aşağıda göstərilən kimi üç hissəyə ayırıb xərcləməyi  tapşırdıq: 1.Mədrəsə 
əhalisinin  gündəlik  işlərinə; 2.Mədrəsənin  qulluqçularının  və  mədrəsənin 
sayir 
xərclərinə; 3.Özünün  illik  maaşına,  dərs  ləvazimatına,  dini 
mübahisələrin təşkilinə və mədrəsənin mühüm lazımi işlərinə (39,54).  
Din 
xadimləri vergi və mükəlləfiyyətdən azad idi. Bundan əlavə, xan 
əhali  arasında  hörməti  olan  din  xadimlərinə  torpaq  sahəsi  və  kəndlər 
bağışlayırdı.  Bağışlanmış  kəndlərdən  gələn  gəlir  onların  özlərinə  çatırdı 
(201, c.3, 
səh.30).  
Lakin 
məscidlərdən  fərqli  olaraq,  kilsənin  gəlirləri  xanlıq  dövründə 
İrəvan xanlarının nəzarətində idi. Belə ki, Eçmiədzin kilsəsinə tiyul verilmiş 
kəndlərdən xan hər il 400 tümən vergi alırdı (415,678, 931).  
6.Camaat 
torpaqları.  Bu  kənd  icmalarının  ixtiyarında  olan  torpaq 
sahələri  idi.  Buraya  adətən,  yerli  əhalinin  istifadə  etdiyi  əkin  sahələri,  ot-
laqlar, 
meşələr, boş sahələr, qəbirsanlıq və s. ərazilər daxil idi. 
 
 
 
 
4.3. Duz 
istehsalı 
İrəvan  xanlığının  iqtisadi  həyatında  böyük  rol  oynayan  istehsal  sa-
hələrindən  biri  də  duz  istehsalıdır.  Xanlığın  ticarətində  və  ixracatında  bu 
sahə xüsusilə fərqlənirdi (201, c.4, səh.268-269; 147,327). İrəvan duzunun 
istehsal  tarixi 
qədim  dövrlərə  aiddir.  İrəvan  duzu  əsasən,  Sərdarabad  qal-
as
ının  30  verst,  İrəvan  qalasının  isə  50  verstliyində,  Araz  çayının  sağ  sa-
hilində  yerləşən  Qulp  kəndinin  yaxınlığındakı  dağdan  çıxarılırdı.  İrəvan 
xanı Hüseynqulu xana qədərki dövrdə duz istehsalı  haqqında məlumat çox 
azdır. Lakin bu da məlumdur ki, Məhəmməd xanın hakimiyyəti dövründə 
duzun 
qiyməti  ucuz  olduğundan  və  cüzi  gəlir  gətirildiyindən  onun 
istehsalına  az  fikir  verilmişdi.  Bu  xanın  dövründə  duz  istehsalından  ildə 
3.000 
gümüş  rubl  (300  tümən-E.Q.)  gəlir  əldə  olunmuşdu  (415,824). 
Ümumiyyətlə, Hüseynqulu xana qədər duz istehsalında pərakəndəlik hökm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə