Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   116   117   118   119   120   121   122   123   ...   164

 
247 
sürmüş,  onun  hakimiyyətə  gəlişindən  sonra  bu  sahədə  qayda-qanun 
yaradılmışdı.  Duza  tələbat  artdığından,  duz  oğurluğunun  qarşısını  almaq 
məqsədilə sərdar bu sahəyə fikir verməyə başladı. Onun fərmanına əsasən, 
duz 
yalnız Qulp kəndindən 200 sajen aralı, dağın cənub ətəyində əlverişli 
yerdə  emal  edilməli  idi.  Burada  bir-birindən  50  sajen  aralıda  iki  mədən 
yaradılmışdı. Birinci mədənin uzunluğu 45 sajen, hündürlüyü isə 1 
1
/
2
-
dən 2 
sajenə  qədər  idi.  İkinci  mədən  birincidən  bir  qədər  sonra  1815-ci  ildə 
açılmışdı. Onun uzunluğu 55 sajen, eni 10-dan 13 sajenə qədər, hündürlüyü 
isə 1 
1
/
2
 -
dən 2 sajenə qədər idi (415,824).  
Hüseynqulu xan duz 
mədənlərinə nəzarət etmək üçün öz yaxın adam-
larından sultan və onun köməkçiləri olan üç nəfər mirzə təyin etmişdi. Bu 
şəxslər  yaxşı  məvacib  alırdı.  Sultan  ildə  320  gümüş  rubl  məbləğində 
məvacib, yaxud 8 
1
/
2
 xalvar arpa, 1 xalvar 20 batman 
çəltik, 24 batman yağ, 
60  qoyun 
alırdı  və  bundan  əlavə,  satılmış  hər  bir  araba  duzdan  5  gümüş 
qəpik ona çatırdı. Sultanın köməkçisi olan birinci mirzə ildə 200 gümüş rubl 
və  sultanın  natura  şəklində  aldığı  ərzağın  yarısını,  digər  iki  mirzə  isə  hər 
satılmış duz yükündən 2 gümüş qəpik məvacib alırdı (415, 827).  
Hüseynqulu xan duz 
istehsalına xüsusi fikir verdiyi kimi onun satışını 
da 
nəzarətdə saxlayırdı. O, hətta Osmanlı duzuna rəqabətə davam gətirmək, 
qonşu dövlətlərin İrəvan duzuna marağını artırmaq üçün  hər araba və hər 
tay  duza  yerli 
əhalinin  ödədiyi  məbləğdən  də  az  qiymət  təyin  etmişdi 
(415,929).   
İrəvan duzu lövhəciklər halında istehsal olunurdu və emal nəticəsində 
xırdalanırdı. Duz istehsalında tutacağı elastik və nəzik olan külüngə bənzər 
alətdən istifadə olunurdu. Bu alət kiçik və iri ölçüdə olurdu. Kiçik külüng 4 
1
/
2
  funt 
ağırlığında idi və onunla duz lövhəciyinin kənarları qazılırdı. İkin-
cinin 
çəkisi  isə  6  funtdan  çox  idi.  Bu  alətdən  duz  kütləsini  ayırmaq  üçün 
istifadə  edilirdi.  Hər  bir  duz  layı  yastı  kəsik  piramidaya  oxşayırdı.  Layın 
uzunu 2 fut, eni 10 düyüm 
və qalınlığı isə 5 düyümə yaxın idi. Bu layların 
orta 
çəkisi  6  İrəvan  batmanına  bərabər  idi  (415,824).  Duzun  tərkibi  gips, 
gildən olan qumlu daşdan və qaya parçasından ibarət idi. Rəngi əsasən, boz 
olsa  da, 
bəzən  ağ  rəngli  duza  da  rast  gəlinirdi  (415,821-823; 201, c.4, 
səh.268). 
İrəvan  əhalisi  duzu  özləri  istifadə  etməklə  yanaşı,  onun  böyük 
hissəsini  qonşu  dövlətlərə  ixrac  edirdilər.  Duz  mədənləri  Qarabağdan, 
Kartli-Kaxetiyadan, 
Osmanlı paşalıqlarından gələn karvanlarla dolu olurdı. 
Xanlıq  dövründə  duzun  qiyməti  müxtəlif  idi.  Duz  araba  və  yaxud  tayla 
apa
rılırdı. Hər bir tay 4 daşdan, hər bir daşın çəkisi isə 6 batmandan (7-8 
pud) 
ibarət idi. Hər taydan müxtəlif şəxslərin xeyrinə vergi ödənilirdi. Bu 


 
248 
vergidən xanın xeyrinə 80, keşikçilərə 4, mirzələrə 2, duz istehsalçılarına isə 
16 
qəpik alınırdı. Bir araba yükü isə 25-32 daşdan ibarət idi. Onun çəkisi 60 
puda 
yaxın  olurdu.  Araba  yükündən  xanın  xeyrinə  3  rubl  20  qəpik, 
keşikçilərə 20, duz mədəninin başçısı sultan üçün 5, duz istehsalçısına isə 
1rubl vergi 
alınırdı. Ümumiyyətlə, aparılan hər bir yük duz daşı mədənə 26 
1
/
2
, arabaya 
yüklənmiş daş isə 14 gümüş qəpiyə başa gəlirdi (415,828-829). 
Bundan 
əlavə, duz mədənində işləyən Qulp kəndinin əhalisinə də qanunla 
təyin olunmuş haqq çatırdı. Onlar hər arabaya görə 1 gümüş rubl, hər taya 
görə  isə  4  gümüş  qəpik  məvacib  alırdı  (415,828).  Hüseynqulu  xanın  dö-
vründə  duz  istehsalından  küllü  miqdarda  gəlir  əldə  olunurdu.  Məhz  onun 
xidməti  nəticəsində  duz  istehsalından  hər  il  xəzinəyə  14.000  gümüş  rubl 
(1400 
tümən-E.Q.) gəlir gəlirdi (415,827).   
4.4.
Sənətkarlıq və ticarət. 
İrəvan xanlığının iqtisadi həyatında böyük rol oynayan sahələrdən biri 
də  sənətkarlıq  idi.  Burada  müxtəlif  sənət  sahələri-  toxuculuq,  boyaqçılıq, 
gön-
dəri emalı, şüşə istehsalı, dulusçuluq və digər sahələr inkişaf etmişdi. 
Bu 
sənət  sahələri  içərisində  toxuculuq  xüsusilə  seçilirdi.  Maldarlığın, 
xüsusilə qoyunçuluğun, pambıq istehsalı və ipəkçiliyin geniş yayılması bu 
sahənin  inkişafına  böyük  zəmin  yaradaraq  onu  xammalla  təmin  edirdi. 
İrəvan xanlığında toxuculuq əsasən ev şəraitində inkişaf etmişdi. Bu dövrdə 
«
hər bir ailənin toxuculuq dəzgahı vardı… İrəvan xanı hər bir dəzgahdan bir 
parça bez vergisi 
alırdı» (415,851-853). Qadınlar dəzgahlarda pambıq parça 
əyirir və bez üçün iplik düzəldirdilər. Bundan əlavə, irəvanlılar toxuculuqda 
yundan 
geniş  istifadə  edirdilər.  Ondan  iplik  düzəldərək  rəngləyir,  özləri 
üçün  paltar  tikir,  xalça,  palaz, 
kisə,  çul  və  bez  toxuyurdular.  Maldarlıqla 
məşğul  olanlar  isə  cod  yundan  özləri  üçün  çadır  və  keçə  hazırlayırdılar  
(415,853). 
Toxuculuqla 
bağlı olan sənət sahələrdən biri boyaqçılıq idi. Toxucu 
məmulatı üçün lazım olan iplərin, pambıq və yun parçaların rənglənməsində 
bu 
sahənin  mühüm  əhəmiyyəti  vardı.  Boyaqçılıqda  qırmız  böcəyindən 
(ko
şenil  boyağı  verən  böcək-E.Q.)  alınan  qırmızı  rəngdən  və  digər 
bitkilərdən əldə edilən təbii rənglərdən istifadə olunurdu (201, c.4, səh.259-
266). 
İrəvan  xanlığında  boyaqçılar  boyaqçı  və  şiləçi  olmaqla  iki  qrupa 
bölünürdü. 
İstənilən  hər  hansı  məmulatı  göy  rənglə  rəngləyən  boyaqçı 
icarədardan  icazə  almalı  idi.  Şiləçi  isə  azad  surətdə  qırmızı  və  digər 
rənglərdən  istifadə  edirdi  (415,851).  Boyaqxanalar  icarəyə  verilir  və  eyni 
zamanda onlar 
xəzinəyə vergi ödəyirdi. Boyaqxanalarda məmulatlar əsasən, 
göy 
rənglə icra edilirdi. Boyaqçı emalatxanaları çox primitiv idi. Bu emal-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə