253
isə nisbətən qısa və ilin əksəriyyət günlərində istifadə etmək olardı. Onun
uzunluğu 110 verstə bərabər idi. Bütün bu yollar birləşmiş halda vadi
boyunca
istiqamət götürərək enişi düz və yoxuşu çətin olan iri Bozabdal
dağından keçməklə davam edirdi. Axırıncı yol Qışlaq kəndindən Pəmbək
dərəsinə dönərək dağlar arası ilə, böyük hissəsi Abaran çayı boyunca keçir.
Əştərək kəndindən daşlı, düz vadi ilə istiqamət götürərək Eçmiədzindən
keçməklə İrəvan şəhərinə gedir. İrəvana yol isə Zəngi çayı üzərindəki
körpüdən keçirdi (159,135-136). Daha sonra müəllif İrəvandan Naxçıvana
gedən yol haqqında məlumat vermişdi. Onun yazdığına görə, İrəvan
şəhərindən Naxçıvana 132 verstdir. Bu yol İrəvan şəhərindən Arazın şimal
sahili böyunca
istiqamət götürərək Naxçıvana gedir. Dəvəli kəndinə qədər
yol vadi boyunca
istiqamət götürərək Araz çayının sol sahilinə tökülən
çoxlu
xırda çaylardan keçirdi. Dəvəli kəndindən Naxçıvana qədər yol
Qafqaz
sıra dağlarının cənub ətəklərini təşkil edən dağlardan, Naxçıvan
xanlığının sərhəddində isə Arpa çayını və ona tökülən xırda çaylardan
keçirdi (159,136).
İrəvan xanlığından Osmanlı dövlətinə və Azərbaycanın şimal
xanlıqlarına istiqamətlənmiş karvan yolları haqqında 1829-1832-ci illərdə
keçirilən kameral təsvirdə ətraflı məlumat verilmişdi. Kameral təsvirdə
göstərilən yollar aşağıdakılardır: 1.Gümrü-Məsdərə-Sərdarabad-Eçmiədzin-
İrəvan-Naxçıvan-Ordubad; 2. Sərdarabad-Cəfərağa kənd-Bəyayazid
paşalığı; 3. Sərdarabad-Qulp –Araz sahili ilə Kağızman –Ərzurum; 3.
İrəvan- keçmiş Qarabağ xanlığının sərhəddinə qədər. Bu yolun uzunluğu
161 verstdir; 4.
İrəvan-Eçmiədzin-Qars. Bu yol Qızılkilsə və Qoşavəng
kəndlərindən keçirdi (415,718-721).
Ticarət dövlətin xəzinəsinə böyük gəlir gətirdiyindən İrəvan xanları
bu
sahəni əllərində cəmləşdirmişdi. Xanlar ticarətə böyük sərmayə yatırırdı.
Ticarətdən gələn gəlir hesabına hərəmxana, saray xidmətçiləri və qoşun
saxlanılırdı. İrəvan xanları daha varlı tacirlərin şəriki idilər (415,873; 201,
c.4,
səh.284). XVIII əsrin 80-ci illərin əvvəllərində İrəvan xanı Hüseynəli
xanın (1759-1783) Xoy xanı Əhməd xan Dünbülüyə göndərdiyi məktubu
buna misal
göstərmək olar. Xan məktubunda şəriki tacir Hacı Hadinin
Bağdad şəhərindən mal gətirdiyini, malın xeyli hissəsinin satıldığını, qalan
hissəsinin- nil (çay?) və qəhvənin isə Xoya göndərildiyini və onun
satılmasında Hacı Hadinin adamlarına köməklik göstərilməsini Əhməd
xandan
xahiş edirdi (39,33). Həmçinin xanlığın xan titulu daşıyan nüfuzlu
adamları da ticarətlə maraqlanırdı. Onlar «sərdardan ibrət götürərək tacirləri
pulla
təmin edir, onları himayəyə alırdılar» (415,873). İrəvanda ona qədər
belələri yaşayırdı və onlar hər il ticarətə 3 min tümən pul sərf edirdi. Mirzə,
254
bəy və digər məmurlar da gəlirlərini artırmaq məqsədilə İrəvan bazarında
pul
xərcləyir və xeyli qazac götürürdülər (415,873).
İrəvan xanlığında başlıca ticarət mərkəzi İrəvan şəhəri idi. Burada
həm daxili, həm də xarici ticarət güclü inkişaf etmişdi. Şəhərin əlverişli
mövqedə yerləşməsi ticarətin inkişafına lazımi şəraət yaratmışdı. 1827-ci il
oktyabrın 3-də general Paskeviç knyaz Mixail Pavloviçə ünvanladığı
məktubunda İrəvan şəhərinin regionun ticarət münasibətlərində böyük
rolundan
bəhs edərək yazırdı: «İrəvan alındıqdan sonra şəhər tamamilə
dağıdılmışdır. Lakin evlərin dağılması vacib deyil. İmperatorumuzun
idarəçiliyi sayəsində əhali tezliklə varlanacaq və yeni binalar tikiləcəkdir.
İrəvanın ən böyük əhəmiyyəti onun üç dövlətin əhatəsində yerləşməsidir.
Onun
İran və Osmanlı dövlətləri ilə çevik ticarəti bizə görünməmiş qazanc
gətirəcəkdir» (296,567).
İrəvan şəhəri müxtəlif ölkə və xanlıqlardan gəlmiş tacirlərlə dolu
olardı. Şəhər anbarlarında müxtəlif ölkələrdən gətirilmiş çoxlu ticarət
malları toplanmışdı. Burada İrandan və digər xanlıqlardan İrəvana xalça,
şal, şəkər, qəhvə, nabat, şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam,
albuxarı, mismar, yağ, bal, xurma, ipək, dəri, tünd boyaq, pambıq parça,
kişmiş, noxud, nar və üzüm şirəsi, Kartli-Kaxetiyadan alma, armud, xurma,
əncir, kişmiş, qoz, zoğal, badam və başqa meyvələr, Osmanlı dövlətindən
isə müxtəlif növ parça, yağ, yun, zəy, marena, xarici çaxır, araq, yerli çaxır,
bal, mum, qoz
və müxtəlif meyvələr, tir, taxta və taxta piyalə və s. gətirilmiş
mallar var idi (415,883-884).
İrəvan xanlığından da bir sıra ölkələrə müxtəlif çeşiddə ticarət malları
ixrac edilirdi.
Məsələn, İrəvandan Osmanlı dövlətinə duz, qənd, ipək, yun,
pambıq parçalar, düyü, tütün, xam pambıq, koşenil, cürbəcür meyvə, Kartli-
Kaxetiyaya duz,
kişmiş, boyaq bitkisi koşenil, ipək, pambıq ixrac edilirdi
(173,184; 415,884).
Xanlığın Kartli-Kaxetiya çarlığı ilə ticarət dövriyyəsi daha geniş idi.
İrəvan tacirləri böyük kapitala malik olduğundan, onlar İstambuldan, İran və
Azərbaycan şəhərlərindən ticarət malları alaraq Tiflis bazarlarında nəğd
pula
satır və əvəzində alman və rus mallarını alırdılar. İrəvan şəhəri İran və
Azərbaycandan Tiflisə və əksinə göndərilən ticarət mallarının anbarı hesab
olunurdu (415,872-873; 201, c.4,
səh.285). Hətta, müharibələr belə ticarətə
mane ola
bilməmişdi. Birinci Rusiya-İran müharibəsi dövründə iki ölkə
arasında ticarət əlaqələrinin davam etdirilməsi haqqındakı sənədlərdə bir
sıra faktlara rast gəlmək mümkündür. 1808-ci ilin fevralın 8-də rus
qoşunlarının baş komandanı qraf Qudoviç çara yazdığı məlumatında
göstərirdi ki, «Hətta İrəvan tacirlərinin Tiflislə ticarət əlaqələri əvvəlki illərə
Dostları ilə paylaş: |