255
nisbətən daha da artmış və irəvanlılar mallarla dolu karvanlarını inamla
buraya yola
salırdılar» (104,447). General Tormasov və General Rtişşev də
məktub və məlumatlarında müharibə olmasına baxmayaraq, İrəvanla Tiflis
arasında ticarət əlaqələrinin davam etdiyini göstərirdilər (288,498; 289,546).
İrəvan xanlığı işğal edildikdən sonra da İrəvanda ticarət işi
dayanmamışdı. 1837-ci ildə İrəvan şəhərinin ticarət anbarlarında müxtəlif
ölkələrdən gətirilmiş zəngin ticarət mallarının olması və onların dəyəri
haqqında ətraflı məlumat vardır. Məlumata görə, İrəvan şəhərinə Rusiya və
alman
istehsalı olan çit parça, alman mahudu, qənd, qızıl boyaq, meyvə,
kolenkor (
pambıq parça növü), indiqo, pambıq parça, ləzgi mahudu, ipək,
xalça,
zəfəran gətirilirdi. Bütün bu malların ümumi dəyəri 168.200 rus
gümüş rubluna bərabər idi. İrandan və Azərbaycanın ayrı-ayrı
xanlıqlarından isə maya dəyəri 80 min rus gümüş rublu olan parça, kəşmir
yaylığı, müxtəlif ipək parçalar, çadra, qadın geyimləri, rəngli keçə, Ost-hind
kiseyi (
nəzik şəffaf parça), ingilis çit parçası, ağ kolenkor, xorasan quzu
dərisi, qənd, qəlyan tütünü, çubuq qəlyan və digər mallar gətirilirdi.
Osmanlı dövlətindən mahud, kolenkor, atlas, Avropa ipək parçası və çiti,
koşenil, rəngli şüşə, kətan, bal, güzgü, polad əşyaları idxal edilirdi. Bu
malların ümumi dəyəri 10 min gümüş rubul qiymətində dəyərlənirdi (201,
c.4,
səh.285).
İrəvan şəhərində xarici ticarətlə bərabər daxili ticarət də inkişaf
etmişdi. Daxili ticarət əsasən, çoxunun eyni zamanda sənətkar
emalatxanaları kimi fəaliyyət göstərdiyi dükanlarda aparılırdı. Bununla
yanaşı sırf ticarət dükanları da var idi. Onlar böyük sahələri əhatə edən
şəhər bazarlarında cəmləşmişdi. Bazarlardan əlavə, karvansaraların
ətrafında, qalada və şəhərin müxtəlif hissələrində də dükanlar olurdu.
İrəvan şəhərində karvansaraların ətrafında 252, ayrı-ayrı cərgələrdə 543,
qalada 32,
şəhərin «Təpəbaşı» məhəlləsində 4, «Şəhər» hissəsindəki məscid
ətrafında 18, «Dəmirbulaq» məhəlləsində isə 2 dükan vardı. Bu dükanların
ümumi
sayı 851-ə çatırdı (415,469,881). Dükanlar müəyyən olunmuş
muzdla
şəhər əhalisinə icarəyə verilirdi (415,882).
İrəvan xanlığında kənd ticarəti də mövcud olmuşdu. Lakin bu sahə
zəif inkişaf etmişdi. Bunun əsas səbəbi xanın bir sıra kənd təsərrüfatı mal-
larını inhisara alması ilə bağlı idi. Xanın fərmanına görə, kəndlilərin bazara
çıxardığı pambıq və çəltiyin artıq hissəsi ona satılmalı idi. Əgər kimsə
cəsarət edib bu məhsulları başqasına satardısa amansız təqib olunurdu
(415,874). Xan
tərəfindən bu məhsullara qiymət də təyin edilmişdi. Belə ki,
pambığın bir xalvarı 80 gümüş rubla, çəltiyin xalvarı isə 6 gümüş rubla
alınırdı. Ucuz satın alınmış mallar tacirlər vasitəsilə Kartli-Kaxetiya, İran və
256
Osmanlı dövlətlərində satdırılaraq küllü miqdarda qazanc əldə edilirdi
(415,874).
Xarici
və daxili ticarətin cəmləşdiyi yer bazarlar idi. İrəvan şəhərində
ən iri bazar «Təpəbaşı» məhəlləsi ilə «Şəhər» məhəlləsi arasında yerləşirdi.
Bazar
daş tavanın altında bişmiş kərpicdən tikilmişdi. İ.Şopenin yazdığına
görə, «əgər bazarın divarları suvansa və rənglənsə Avropa bazarlarından heç
də geri qalmaz» (415,881).
İrəvan şəhərində bazarlardan əlavə, meydanlar da vardı. Bu meydan-
lar
adətən, əhalinin söhbət etmək üçün toplaşdığı yerlər idi. Lakin əhalinin
burada
cəmləşməsindən istifadə edərək, meydanlar ticarət məqsədilə də isti-
fadə olunurdu. Ona görə də, onlar bazar meydanları adlanırdı. İrəvan
şəhərində olan bazar meydanları bunlardır: 1.«Xanbağı» meydanı; 2.Bazarla
İrəvan qalası arasında yerləşən meydan. Adətən kənd əhalisi bu meydana
satlıq mal gətirərdi; 3.Hüseynəli xan məscidi qarşısındakı dairəvi meydan.
Bu
meydanın ətrafında dükanlar yerləşmişdi; 4.Zalı xan meydanı. Ətrafında
bir
neçə dükan və iri çinar ağacları vardı; 5.Fəhlə bazarı. Xanlıq dövründə
bu meydana
hər hansı iş axtaran qara fəhlələr yığışardı. Bazar meydanları
icarəyə verilirdi. İcarədar ticarət edənlərdən həm pul, həm də natural şəkildə
vergi
alırdı (415,877-878).
İrəvan xanlığında ticarətin inkişafına təkan verən çoxlu karvansaralar
var idi.
Onların əksəriyyəti İrəvan şəhərində, qalada, bəziləri isə mahallarda
yerləşirdi. Məşhur fransız səyyahı J.Şardən 1673-cü ildə İrəvanda olarkən
«
şəhər və qalada çoxlu karvansaraların» olduğunu göstərmişdi (52,22).
XVIII
əsrin axırlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn isə kar-
vansaraların ümumi görünüşündən bəhs etmişdi. O, yazır: «Şəhərlərdəki
karvansaralar yerli qayda
üzrə otaqlarla əhatə olunmuş geniş və dördkünc
həyətdən ibarətdir. Burada yol boyunca bir-birindən müəyyən məsafədə yer-
ləşən bir qədər başqa formada olan karvansaralara da rast gəlinirdi. Bu bi-
nalar böyükdür
və iri yonulmuş daşlardan inşa edilmişdi. Onların damları
yastı, otaqları tağlıdır. Karvansaraların dörd tərəfində qüllələri vardır ki,
bunlar da
onları yalnız karvanlar üçün sığınacaq deyil, həmçinin quldur-
lardan
müdafiə olunmaq üçün bir vasitəyə çevirir» (80,51). Karvansaralar
tikilərkən burada yük heyvanları üçün otlaq, su quyuları, bulaq və çayların
olması nəzərdə tutulurdu. Elə bir karvansara tapılmazdı ki, onda heç olmasa
su quyusu ol
masın (84, c.1,səh.40; 27,91).
İrəvan xanlığında şəhər və yol karvansaraları olmaqla iki növ karvan-
sara mövcud
olmuşdu. Müharibələr dövründə və baxımsızlıq üzündən kar-
vansaraların bəzisi dağılsa da, İrəvan şəhərində 7 karvansara salamat qal-
mışdı. Bu karvansaralar bişmiş kərpicdən, yonulmuş bozalt və mərmərdən
Dostları ilə paylaş: |