Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə132/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   128   129   130   131   132   133   134   135   ...   164

 
271 
m
əşğul olan hissəsindən  məhsulun 30 hissəsindən 7 hissəsini vergi alırdı. 
Məhsulun qalan 23 hissəsini isə əkinçiyə güzəştə gedirdi (388,501).  
Məhsul  vergisi  xan  nökərləri  olan  sərkərlər  tərəfindən  top-
lanırdı.  İrəvan  xanlığında  150  vergiyığan  sərkər  vardı  (415,1136).  Lakin 
xanın  vergiyığanlarından  əlavə,  hər  bir  mahalın  öz  vergiyığanı  da  olurdu. 
Xanın  sərkərləri  hər  il  məhsul  yığımı  zamanı  kəndlərə  göndərilərək  yerli 
sərkərlərlə məhsulun miqdarını müəyyənləşdirir və yığılan məhsulun oğur-
lanmasının  qarşısını  alırdılar.  Kəndlərə  göndərilmiş  nökərlər  əhalinin 
hesa
bına  yaşamalı  idi.  Bununla  xan  onları  məvaciblə  və  yeməklə  təmin 
etmək əziyyətindən azad olurdu.  
Hər bir mahalın payına düşən vergiyə  mirbölük cavabdeh idi. 
Belə ki, məhsul yığıldıqdan sonra hər bir mirbölük mahalın vergi hesabatını 
xana 
təqdim edirdi. Xan hesabatı keçənilki hesabatla müqayisə edirdi. Əgər 
gəlir çox idisə, xan mirbölüyə təşəkkür elan edirdi. Əks halda gəlir azlığının 
səbəblərini  müəyyən  etmək  üçün  istintaq  qurulurdu. Gizli istintaq başlanır 
və vergi az verən kəndlərin sərkərləri dəyişdirilirdi. İrəvan xanları vergiyə 
ciddi 
yanaşdığından bir-biri ilə yola getməyən mirbölük və sərkərləri tez-tez 
dəyişirdilər. Lakin vergiyığanlar xanın onlara olan etimadından  mütəmadi 
istifadə edirdilər. Onlar əhalini ələ alaraq məhsulun oğurlanmasında özləri 
iştirak edirdi. Məsələn, xanın yaxın adamlarından olan Cəfər xan üç mahal-
dan  5.000 
tümən  gəliri  mənimsəmişdi.  Xan  öz  vergiyığanlarını  yaxşı 
tanıdığından  buna  ciddi  əhəmiyyət  vermirdi,  yalnız  özünəməxsus  mül-
kiyyətə toxunduqda adamlarını cəzalandırırdı. Gəlir itkisi həmin vergiyığan-
ların mülkiyyətini müsadirə etməklə və onları ciddi cərimələməklə  doldu-
rulurdu (388,501; 223,516).  
Vergi 
yığılarkən əhali həmişə yalanla və alçaqlıqlarla üzləşirdi. Həm 
xanın, həm də mirbölüyün adamlarının soyğunçuluğu ilə rastlaşan əhali on-
lara 
müxtəlif  vasitələrlə  müqavimət  göstərirdi.  Əhali  varlı  düşmənlərinə 
qarşı ölçü götürərək hiyləgərliyə hiylə ilə, yalana yalanla, tamaha  tamahla, 
xəsisliyə xəsisliklə cavab verirdilər (388,501). 
Kəndlilər  vergidən  əlavə  sahibkar  üçün  əvrəz  və  biyar  adlanan 
mükəlləfiyyəti də yerinə yetirməli idi. Əvrəz bütün kənd camaatının birlikdə 
sahibkarın təsərrüfat və ev işlərində icra etdikləri mükəlləfiyyətə deyilirdi. 
Əhali bu mükəlləfiyyəti yerinə yetirməyə məcbur idi. Əvrəzi yerinə yetirən 
kənd caamatı elliliklə bu mükəlləfiyyəti yerinə yetirir və sahibkarın xeyrinə 
ev, 
dəyirman  tikərkən  və  s.  işlər  görərkən  bir-birinə  xəbərdarlıq  etdikdən 
sonra 
başa  çatdırırdılar.  Bəzi  sahibkarlar  bu  mükəlləfiyyəti  pulla  əvəz 
edirdi.  Biyar 
isə  məcburi  günlərdən  əlavə  əhalinin  sahibkarın  təsərrüfat 
işlərində  icra  etdikləri  mükəlləfiyyət  idi.  Digər  xanlıqlarda  olduğu  kimi, 


 
272 
İrəvan xanlığında da biyar 3 gündən 6 günə, əvrəz isə 2 günə bərabər idi 
(233,278-279). 
Be
ləliklə, İrəvan xanlığında istər nəgd pulla, istərsə də natüral şəkildə 
xəzinəyə gələn ümumi gəlirin miqdarı 653.150 rubl təşkil edirdi (415,1136). 
Lakin  Hüseynqulu 
xanın dövründə xəzinəyə vergidən gələn gəlirin ümumi 
miqdarı haqqında olan bu məlumat son məlumat deyildi. Hələ 1813-cü ildə 
İrəvanda olan ingilis səfirliyinin katibi Moryer də ildə xəzinəyə daxil olan 
verginin ümumi 
miqdarı haqqında məlumat vermişdi. O, verginin miqdarını 
belə  göstərmişdi:  hər  iki  növ  pul  vergisi  150.000  tümən,  rəhdar  vergisi 
12.000 
tümən,  duzdan  6.000  tümən,  şahın  fövqaladə  vəziyyətlə  əlaqədar 
verdiyi 
xərc 6.000 tümən və sərdarın özünün məvacibi 600 tümən. Yekunda 
bütün 
xanlığın ümumi gəliri 174.000 tümən və yaxud 696.000 gümüş rubl 
təşkil edirdi (415,1136).
                             
 
 
 
 
 
 
 
 
 
 
 

FƏSİL 
ƏHALİ 
5.1. 
Əhalinin sayına təsir göstərən amillər 
İrəvan  xanlığı  əhalisinin  etnik  və  say  tərkibinin  öyrənilməsi  əsas 
məsələlərdən biridir. Mənbələrdə xanlıq əhalisinin sayı haqqında məlumatın 
kasadlığı  problemin  hərtərəfli  həllində  böyük  əngəl  yaradır.  Xanlığın 
yaranmasından  XIX  əsrin  əvvəllərinə  qədər  əhalinin  sayı  və  etnik  tərkibi 
haqqında heç bir məlumata rast gəlmədik. Yalnız XIX əsrin əvvəllərindən 
başlayaraq  mənbə  və  tarixi  ədəbiyyatda  əhalinin  sayı  haqqında  konkret 


 
273 
rəqəmlər  göstərilir.  Rəqəmlər  isə  ziddiyyətlidir.  İrəvan  xanlığının  əhalisi 
haqqında  ətraflı  məlumat  işğaldan  sonra, 1829-1832-ci  illərdə  həyata 
keçirilən  kameral  siyahıyaalınmada  qeydə  alınmışdı  (415).  Lakin  bu  si-
yah
ıyaalınma  da  əsl  tarixi  gerçəkliyi  əks  etdirmir.  Bunun  bir  neçə  səbəbi 
vardı. Birincisi, münaqişə və müharibələrlə əlaqədardır. Azərbaycanın qərb 
hissəsində  yaranan  bu  xanlığın  mövcud  olduğu  illərdə  baş  vermiş  ara 
müharibələri, təcavüz və müdaxilələr, Qacar yürüşləri, 1804-1813 və 1826-
1828-ci 
illər  Rusiya-İran  müharibələri  dövründə  əhalinin  bir  hissəsi 
öldürülmüş, bir hissəsi isə qonşu ölkələrə qaçmağa məcbur olmuşdu. İkin-
cisi, 
müxtəlif illərdə kütləvi epidemiya xəstəliklərinin yayılmasıdır ki, bu da 
əhalinin sayının aşağı düşməsinə səbəb olmuşdu. Sonuncu səbəb isə XIX 
əsrin  əvvəlliərindən  başlayaraq  İrəvan  xanlığının  ərazisinin  kiçilməsi  və 
onun 
tərkib hissəsi olan Şuragöl və Pəmbək mahallarının və digər ərazilərin 
Rusiya 
dövlətinin  tərkibinə  ilhaq  edilməsidir.  Məhz  kameral  si-
yahıyaalınmada bu iki mahalın əhalisi göstərilməmişdir. 
Müxtəlif  mənbələrdə  İrəvan  xanlığının  siyasi  vəziyyəti  ilə  əlaqədar 
olaraq  onun 
əhalisinin  say  və  etnik  tərkibinə  mənfi  təsir  göstərən  amilləri 
özündə  əks  etdirən  bəzi  faktlara  rast  gəlmək  mümkündür.  Belə  faktların 
mötəbərliyinə  əsaslanaraq  əhalinin  etnik  tərkibində  Azəri  tüklərinin  üs-
tünlük 
təşkil etdiyini və işğaldan sonra rus məmurları tərəfindən 1829-1832-
ci 
illərdə  həyata  keçirilən  kameral  siyahıyaalınmada  Azəri  türklərinin 
sayının bilərəkdən azaldığının səbəblərini aydınlaşdırmaq olar. XVIII əsrin 
60-70-ci 
illərində İrəvan xanı Hüseynəli xan Kartli-Kaxetiya çarı II İrakliyə 
qarşı apardığı müharibələrdə xanlığın əhalisi böyük itkilərə məruz qalmışdı. 
Xüsusilə, 1779-cu ildə II İrakli üçüncü dəfə İrəvan xanlığına hüçum edərkən 
minlərlə sakini Kartli-Kaxetiyaya əsir aparmışdı (71,153). Əsir aparılanların 
çoxusu  yollarda 
aclıqdan  və  dözülməz  hava  şəraitindən  ölmüşdü  (67,23). 
Sonralar 
Hüseynəli xan qalanlarını geri qaytarmaq üçün dəfələrlə II İrakliyə 
müraciət etsə də, yalnız bir hissəsini geri qaytara bilmişdi (39, 74-75). 1795-
ci 
ildə  Ağa  Məhəmməd  şah  Qacarın  qoşunları  İrəvan  xanlığına  hücum 
edərkən  yerli  əhalinin  xeyli  hissəsi  qonşu  ölkələrə  qaçmışdılar.  Lakin  on-
ların  çoxusu  qaçarkən  aclıqdan  və  dözülməz  hava  şəraitindən  yollarda 
ölmüşdü (67, 89-90).  
XIX 
əsrin  əvvəllərində  Rusiyanın  Cənubi  Qafqaza  müdaxiləsi 
bölgənin, həmçinin İrəvan xanlığının əhalisinin say tərkibinə mənfi təsirini 
göstərmişdi. Rusiyanın hərbi və mülki məmurlarının yazdıqları məlumatda 
İrəvan  əhalisinin  rus  qoşunlarının  hücumundan  ehtiyat  edərək  kəndlərini 
başlı-başına  buraxaraq  qonşu  ölkələrə  qaçmaları  haqqında  ətraflı  faktlara 
rast 
gəlmək mümkündür. General mayor Lazarevin Qafqaz qoşunlarının baş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə