Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə135/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   131   132   133   134   135   136   137   138   ...   164

 
278 
Osmanlı  dövləti  tərəfindən  tərtib  edilmiş  «İrəvan  əyalətinin  müfəssəl 
dəftəri»ndə İrəvan əyalətinin əhalisinin sayı və etnik tərkibi haqqında statis-
tik 
məlumat  vardır.  Lakin  bu  xanlığın  əhalisi  haqqında  gerçək  mənzərəni 
əks etdirmir. Çünki XVIII əsrin əvvəllərindən İrəvan əhalisi böyük itkilərə 
məruz  qalmışdı.  Belə  ki,  I  Şah  Soltan  Hüseyn  (1694-1722)  Mahmudi 
kürdlərinin vaxtaşırı hücumlarına son qoymaq və yerli hakimin mövqeyini 
möhkəmləndirmək  məqsədilə  1706-cı  ildə  İrəvan  ətrafında  yaşayan 
bayatlardan 300 
yaxın ailəni Makuya köçürmüşdü (24,25). Həmçinin 1724-
cü  ilin 
yayında  Osmanlı  dövləti  Azərbaycana  müdaxilə  edərkən  İrəvan 
şəhəri və onun ətraf kəndləri güclü dağıntıya məruz qalmış və çoxlu insan 
tələfatı  olmuşdu. «Müfəssəl  dəftər» əsasında  İrəvan  əhalisi  haqqında  bəhs 
edən H.Məmmədov «… osmanlılar İrəvan əyalətinə hərəkət edərkən seçdi-
kləri əsas hədəf şiələr olduğu üçün qətlə yetirilənlərin çoxunun müsəlman 
olma
sının şübhə doğurmadığını» yazırdı (33,18). İşğaldan sonra isə osmanlı 
üsul-
idarəsi  ilə  barışmayan  əhalinin  xeyli  hissəsi  vətənlərini  tərk  edərək 
Səfəvi  dövlətinin  hakimiyyəti  altında  olan  torpaqlara  köçmüşdülər 
(409,107-109; 68,8-17).  Lakin 
itkilərə baxmayaraq, Azəri türkləri yenə də 
əhali arasında çoxluq təşkil edirdi.  
Lakin 
erməni əhalisi Osmanlı yürüşündən az əziyyət çəkmişdi. Belə 
ki, 
İrəvan  şəhəri  işğal  olunarkən  sultan  III  Əhmədin  fərmanına əsasən  er-
mənilərin  dini  mərkəzi  Eçmiədzin  kilsəsinə  və  onun  ətraf  kəndlərində 
məskunlaşan erməni əhalisinə toxunulmamışdı (68,7).  
XVIII 
əsrin 20-ci illərində İrəvan əyalətində ərazi-inzibati dəyişikliyi 
zamanı  abad  kəndlərin  1.423,  boş  qalmış  kəndlərin  89,  məzrələrin  (sa-
kinləri  olmayan  kəndlərin  əkin  sahəsi-E.Q.)  sayının  120  olduğu  ortaya 
çıxmışdı (33,22). «Müfəssəl dəftər»ə görə, İrəvan əyalətinə İrəvan şəhəri və 
Qırxbulaq, Körpü, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, 
Məzrə, Sürməli, İqdır, Aralıq, Şərur, Sədərək, Zarzamin nayihələri və Şura-
göl 
livası daxil idi (33,9). Bu nayihələrdə və livasda əhalinin 43.784 nəfəri 
(61,2%) 
azəri  türkləri, 27.799 nəfəri  (38,8%)  isə  xristianlar  təşkil  edirdi. 
Xristianlar 
əsasən erməni və qaraçılardan ibarət idi.  
«
Müfəssəl dəftər»ə görə, şəhər əhalisi bütün əyalət əhalisinin 4,7 %-
ni 
təşkil edirdi. Onların 428-i Azəri türkü və 224-ü xristian ailəsi və 9 subay 
xristian idi (33,18-19). 
Hər ailə 5 nəfərdən hesablansa, İrəvan şəhər əhalisi 
3269 
nəfər  edir.  Xristianlar  arasında  say  hesabına  görə  qaraçılar  üstünlük 
təşkil etmişdi. «Anonim  erməni  xronikası»nda  İrəvan  şəhərinin  «Təpəbaşı 
məhəlləsi»ndə 100 xristian qaraçı ailəsinin yaşadığı göstərilmişdir (33,12). 
Daha  sonra  «Anonim  xronika»da  
osmanlılar  İrəvanın  «Dərəköy» 
(
Dərəkənd-E.Q.)  məhəlləsinə  hücuma  keçən  zaman  digər  məhəllələrdə 


 
279 
yaşayan qaraçılardan 300 nəfərin köməyə gəldiyini təsvir edir (68,13). Bu-
rada 
İrəvan şəhər sakinlərindən olan xristianların əksəriyyətinin qaraçı, cüzi 
hissəsinin  isə  ermənilər  olması  qənaətinə  gəlmək  olar.  Bunu  sübut  edən 
mənbə  də  mövcuddur.  Belə  ki,  İ.Ori  1701-ci  il  iyulun  25-də  yazdığı 
məktubunda İrəvan şəhərində yaşayan 300 erməninin yalnız ticarətlə məşğul 
olduğunu göstərmişdi (69,213).    
Lakin 
İrəvan  şəhər  əhalisinin  sayı  barəsində XVII  əsr  səyyahlarının 
verdiyi 
məlumatı  «Müfəssəl  dəftər»in  göstəriciləri  ilə  müqayisə  etdikdə  
şəhər əhalisinin kəskin azaldığının şahidi oluruq. 1647-ci ildə osmanlı səy-
yahı  Övliya  Çələbi  İrəvan  şəhərində  2.060  evin  olduğunu  qeydə  almışdı 
(411,155). 
Hər  evi  təxmini  beş  nəfərdən  hesablasaq  şəhərdə  10.300  nəfər 
yaşadığını  görərik. 1673-cü  ildə  İrəvan  şəhərində  olmuş  fransız  səyyahı 
J.
Şardən  İrəvan  qalasında  800  evin  olmasını  və  qalada  yalnız  səfəvilərin 
yaşadığını yazırdı (52,21). Faktlardan görmək olar ki, İrəvan şəhər əhalis-
inin 
tərkibi  XVIII  əsrin  20-ci  illərində  üç  dəfə  azalmışdı.  Beləliklə,  şəhər 
əhalisini ümumi hesaba daxil etsək «Müfəssəl dəftər»ə görə, bütün əyalətdə 
74.952 
nəfər qeydə alınmışdı (33,18-19).  
Məşhur  sərkərdə  və  dövlət  xadimi  Nadir  şah  Əfşarın  (1736-1747) 
XVIII 
əsrin  30-cu  illərin  əvvəllərində  tarix  səhnəsinə  çıxması,  onun  os-
manlılarla  apardığı  müharibələr,  şah  seçildikdən  sonra  ölkədə  həyata 
keçirdiyi  inzibati-
ərazi  dəyişikliyi,  ağır  vergi  siyasəti  İrəvan  əyalətinin 
quru
luşuna  və  əhalinin  say  tərkibinə  mənfi  təsir  göstərmişdi.  Məsələn, 
1735-ci  ilin 
sentyabrında  Nadir  İrəvan  əyalətini  osmanlı  hakimiyyətindən 
geri 
alarkən,  bu  əyalətdən  300  ailəni  Xorasana  köçürmüşdü  (395,7; 
409,146). 
Əgər nəzərə alsaq ki, İrəvanda hakimiyyət Səfəvi şahlarının təyin 
etdiyi, 
Nadirə müxalif Qacar tayfasına məxsus hakimlərin əlində idi, onda 
köçürülənlərin  Qacar  ailəsinə  məxsusluğunu  qeyd  etmək  olar.  Köçürmə 
siyasəti  yeritməklə  Nadir  şah  əyalətlərdə  özünə  düşmən  qüvvələri 
zəiflətmək,  Xorasanda  belə  qüvvələri  nəzarət  altında  saxlamaq  məqsədi 
güdürdü. 
Digər tərəfdən, Nadir şahın ölkədə apardığı inzibati-ərazi islahatı 
İrəvan əyalətinin ərazisini xeyli azaltmışdı (186,249).  
İrəvan  xanlığı  əhalisinin  say  durumu  haqqında  mənbə  və  tarixi 
ədəbiyyatda  əksini  tapmış  konkret  rəqəmləri  nəzərdən  keçirək.  İngilis  tar-
ixçisi J.Peri 
yazır ki, Kərim xan Zəndin (1759-1779) hakimiyyəti dövründə 
İrəvan şəhərində əhalinin sayı 20.000-ə çatırdı (123,124). XVIII əsrin 80-ci 
illərində  Rusiya  dövlətinin  Kartli-Kaxetiya  sarayındakı  nümayəndəsi 
S.D.
Burnaşov  İrəvan  xanlığında  3.000  xristian  ailəsinin  yaşadığını  qeyd 
etmişdi  (82,19).  Təəssüf  olsun  ki,  müəllif  Azəri  türklərinin  sayı  haqqında 
heç 
nə  yazmır.  S.Bronevski  XIX  əsrin  əvvəllərində  İrəvan  xanlığında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə