Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə131/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   127   128   129   130   131   132   133   134   ...   164

 
269 
nəticəsində verilmiş miqdarda sürünü geri qaytarmalı və eyni zamanda hər 
sağılan qoyundan xana ildə yarım batman yağ, bir stil yun ödəməli idi. Yeni 
döğulmuş  bala  isə  saxlanılmağa  verilirdi.  Hətta  kameral  təsvirdə  xana 
məxsus  ayrı-ayrı  elatlara  verilmiş  sürülərin  sayı  da  qeyd  olunmuşdu. 
Göstərilən  sürülərin  sayı  bunlardır:  Böyük  Çobanqaralarda  2.484;  Kərim-
bəylərdə  519;  Şeyxlərdə  500;  Saraşlılarda  1.000;  Biryükilərdə  5.000;  Əli 
Şərurluda 200; Qafarlıda 1.138. Sərdar bu sürülərdən ildə 5.420 
1
/
2
 batman 
yağ və 504 batman yun alırdı (415,1127).  
Amani 
mükəlləfiyyətinə  görə,  iri  buynuzlu  heyvanların  balası  və 
xırdabuynuzlu heyvanların yunu sərdara məxsus idi. Bundan əlavə, xan hər 
sağılan qoyundan 7 
1
/
2
 stil 
yağ, hər camışdan 6 batman və hər inəkdən isə 4 
batman 
ildə  vergi  alırdı.  Elatlarda  amani  mükəlləfiyyətində  olan 
xırdabuynuzlu heyvanların sayı  Çobanqaralarda 4.219 baş, Qafarlılarda isə 
4.206 
baş olmaqla 8.425 başdan ibarət idi. (415,1128).  
Xanın mal-qarasına məvacib alan çobanlar baxırdı. Məvacib natural 
və yaxud xüsusi qaydada verilirdi. Belə ki, 500 baş naxırı otaran iki çoban 
ildə 20 quzu və 120 batman buğda alırdılar. Çobanbaşıya isə min və yaxud 
beş min baş sürüyə görə xüsusi məvacib təyin edilmişdi (415,1128).  
Vergilərdən əlavə, elatlar xana yük heyvanları da verməli idi. Zilani 
kürdləri hər il xana 1000 baş öküz və 50 baş dəvə, digər elatlar isə 6000 baş 
yük 
heyvanı  verirdilər.  Xan  yük  heyvanlarından  Qarsa,  Bəyazidə,  Xoya, 
Naxçıvana və Tiflisə pambıq, çəltik, və digər yüklər göndərmək üçün isti-
fadə edirdi. İrəvan xanı hər il yük heyvanlarından 4.782 tümən, 6 minaltun 
və 10 şahı gəlir əldə edirdi (415,1128). 
Hər il elatlar yun və yun məmulatından xana 925 tümən, 2 minaltun, 
10 
şahı  dəyərində  3.701  batman  yun, 62 tümən  5  minaltun  dəyərində  isə 
yundan 
toxunmuş 250 cüt kisə vergi verirdilər (415,1129). 
Mal-qaradan 
hər il sərdara Zilani kürdləri 500 batman, Sakenlilər 102 
batman,  
Bilxanlılar 192 batman, Xəlilxanlı 183 batman, Qızılbaş uşağı 42 
batman, Misir 
kəndli 87 batman, Ayrumlar 200 batman yağ verirdilər. Bun-
dan 
əlavə,  sərdarın  özünə  məxsus  mal-qaradan  da  yağ  əldə  olunurdu. 
Dişbədiş  mükəlləfiyyətində  olan  qoyunlardan  ildə  5.420 
1
/
2
  batman, 
əmanidən isə 3.154 batman yağ xana çatırdı. Bu yağın ümumi dəyəri 2.985 
tümən 1 minaltun 5 şahı idi.  
İrəvan  xanlarının  əmrinə  əsasən,  elatlardan  lazım  gəldikdə  qoşun 
üçün 
silahlı süvari dəstələri də yığılırdı. Bu dəstələr müharibələrdə ən çevik 
dəstələr  sayılırdı.  Belə  ki,  Zilani  kürdləri-1.000  atlı,  Cəmadinlər-250  atlı, 
Böyük  Çoban  Qara, 
Saraşlı,  Dəmirçili,  Kərimbəyli,  Qafarlı  və  Şeyxlər 
birlikdə  300  atlı,  Qarapapaqlılardan  Göycə  mahalında  (Nağı  xanın  başçısı 


 
270 
olduğu  qarpapaqlar) 1000 atlı,  Dərəçiçək  mahalı  (Mərdan  xanın  başçısı 
olduğu  qarapapaqlılar) 600 atlı,  Ayrumlar  200  atlı,  Ağsaqqallılar  90  atlı, 
Seyidli 
və  Taşanlılar  160  atlı  olmaqla  elatların  xan  qoşunu  üçün  verdiyi 
süvarilərin  sayı  3.600  nəfərə  bərabər  idi.  Hər  bir  atlını  saxlamaq  üçün 
təxminən  24  gümüş  rubl  tələb  olunurdu.  Ümumilikdə  elatların  verdiyi 
süvaril
ərə 86,400 gümüş rubl lazım gəlirdi (415,1130). Burada qeyd etmək 
yerinə  düşərdi  ki,  vergi  və  mükəlləfiyyətin  bütün  ağırlığı  sadə  elatların 
üzərinə düşürdü. Elat əyanları (sultan, bəy, ağa və s.) hərbi xidmət istisna 
olmaqla bütün vergi 
və mükəlləfiyyətlərdən azad edilmişdilər (233,315).                
Qeyd 
edilən vergilərdən əlavə, irəvanlılar odun və kömür vergisi də 
ödəyirdilər. Kəndlilərin vəziyyətinə görə bu vergilərin miqdarı müxtəlif cür 
olurdu. 
Belə  ki,  binaçı  vergisi  ödəyən  hər  bir  bəhrəkər  sərdara  ildə  3, 
yarıkərlər isə 1 
1
/
2
  yük  odun 
verməli idi. Beləliklə, 539 bəhrəkərdən 1.617 
yük, 300 
yarıkərdən 450 yük, Ağsaqqallılardan 200 yük, 125 nəfər binaçı 
vergisi 
verən Seyidlilərdən 375 yük, Misxanlı cəmiyyətindən 150 yük odun, 
bundan 
əlavə,  xan  ildə  Ağsaqqallılardan  200  yük,  Misxanlılardan  isə  100 
yük kömür 
alırdı. Ümumilikdə odun və kömürün dəyəri 639 tümən 8 minal-
tun 12 
1
/
2
 
şahıya bərabər idi;  
İrəvan  xanı  ayrı-ayrı  mahallardan  9.822  toyuq, 19.644 yumurta 
vergisi 
alırdı. Bu verginin ümumi dəyəri 147 tümən 2 minaltun idi. Lakin 
Şərur  mahalında  bu  vergi  çəltik  həvəngi  ilə  əvəz  edilmişdi.  Bu  mahalın 
əhalisi  hər  çəltik  həvənginə  görə  ildə  55  tümən  vergi  ödəyirdi.  Nəticədə, 
toyuq,  yumurta 
və  çəltik  həvəngindən  alınan  verginin  ümumi  dəyəri  202 
tümən 2 minaltun edirdi. 
Natural 
şəkildə  alınan  vergi  kəndlərin  və  rəiyyətlərin  güzaranından 
asılı  olaraq  toplanılırdı.  Mənbənin  verdiyi  məlumata  görə, «… sərdar 
vergini 
əkin sahəsinə, kotanlarının sayına görə deyil, əldə edilmiş məhsulun 
keyfiyyətinə  və  vergi  verənin  vəziyyətinə  uyğun  tələb  edirdi.  İrəvan 
xanlığında belə sistemin (vergi-E.Q.) əsas qaydaları aşağıdakılardır: 
a) 
Zəngin  və  əlverişli  ərazidə  yerləşən  kəndlər,  əhalinin  yaşayışına 
görə,  həyətlərə  bölünürdü.  Bu  həyətlər  1-dən  6-ya  qədər  olurdu.  Bunlar 
bi
naçı adlanırdı və ildə 10 tümən və yığılan məhsulun 3 hissəsini verməli 
idilər. Belə kəndlilər bəhrəkərlər adlanırdı. 
b) 
əhalisi olan və bir qədər əlverişsiz ərazidə yerləşən kəndlərin əhali-
si,  toxumu  borc 
verdiyinə  görə  sərdara  yığdıqları  məhsulun  yarısını 
ödəyirdi. Bunlara yarıkərlər deyirdilər. Lakin Zəngibasar mahalında bu cür 
kəndlər 3 tümən binəçı vergisi ödəyirdilər.  
c)
Sərdar  sahəsi  daşlı  və  tamamilə  əlverişsiz  ərazidə  yerləşən 
kəndlərin əhalisindən və köçmə maldarlıqla məşğul olan elatların əkinçiliklə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə