Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə129/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   125   126   127   128   129   130   131   132   ...   164

 
265 
yerli 
tacirlərə güzəşt edilirdi. İrəvanın yerli tacirlərinin gətirdikləri hər cür 
parçanın  bir  arşınına  50  qəpik,  əcnəbi  tacirlərdən  isə  ikiqat  vergi  alınırdı. 
Azərbaycanın  digər  xanlıqlarından  və  İrandan  gətirilən  müxtəlif  yük  mal-
larından-  xalça,  şal  və  digərlərindən,  eyni  zamanda  şəkər,  qəhvə,  nabat, 
şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal, 
xurmadan 1 rubl 60 
qəpik, hər yük ipək və dəridən 4 rubl, tünd boyaqdan 3 
rubl  20 
qəpik,  pambıq  parçadan  60  qəpik,  kişmiş,  noxud,  nar  və  üzüm 
şirəsindən isə 54 qəpik vergi alınırdı (415,883). 
Kartli-Kaxetiyadan 
gətirilən  mallardan-  alma,  armud,  xurma,  əncir, 
kişmiş, qoz, zoğal, badam və s.  meyvələrdən olan yükdən 54 qəpik, taxta 
yükündən isə 20 qəpik vergi alınırdı (415,883). 
Osmanlı  dövlətindən  gətirilən  mallardan:  müxtəlif  növ  parça,  yağ, 
yun, 
zəy, marena, araq, çaxır, bal, mum və s. malların yükündən 1 rubl 60 
qəpik,  qoz  və  digər  meyvə  yükündən  80  qəpik,  tir,  taxta  və  taxta  piyalə 
yükündən 20 qəpik, qalın tir yükündən isə 2 qəpik vergi alınırdı (415,883-
884). 
Xanlıqda  gətirilən  mallardan  əlavə,  aparılan  mallardan  da  vergi 
alınırdı. Aparılan hər cür növ parça, yun, zəy, marena yükündən 1 rubl 60 
qəpik və gözətçilərin xeyrinə isə 1 rubl 12 qəpik, çəltik yükündən 40 qəpik, 
gözətçilərin xeyrinə 40 qəpik, İrəvan şəhərindən Kartli-Kaxetiyaya aparılan 
duz 
yükündən 32 qəpik, kişmiş yükündən 80 qəpik, gözətçilərin xeyrinə isə 
1 rubl 20 
qəpik, boyaq bitkisinin hər yükündən 3 rubl 20 qəpik, gözətçilərin 
xeyrinə 1  rubl 12  qəpik,  ipək  yükündən  4 rubl,  gözətçilər  üçün 1  rubl 12 
qəpik,  pambıq  yükündən  80  qəpik  və  gözətçilərin  xeyrinə  isə  1  rubl  92 
qəpik,  mahallardan  xaricə  aparılan  bütün  malların  yükündən  isə  2  qəpik 
vergi 
alınırdı (415,884).              
İrəvan  xanlığında  şəhər  və  mahallar  üzrə  rəhdar  vergisindən  gələn 
gəlir müxtəlif idi. Məsələn, «rəhdar» vergisi İrəvan şəhərində 2.500 tümən, 
Gərnibasar və Vedibasar mahallarında 90 tümən, Şərur mahalında 110 tü-
mən,  Sürməli  mahalında  300  tümən,  Sərdarabad  mahalında  20  tümən  və 
Körpübasar 
mahalında isə 374 tümən təşkil edirdi. Rəhdar gömrük vergisi 
xəzinəyə ildə 3.394 tümən gəlir gətirirdi (415,980).  
Beləliklə,  İrəvan  xanlığında  vasitəli  və  vasitəsiz  pul  vergisindən 
xəzinəyə  ildə  39.709  tümən  2  minaltun, 12 
1
/
2
 
şahı  və  yaxud  158.837 
gümüş rubl 5 qəpik ümumi gəlir gəlirdi (415,967-986). 
Pul vergisi 
ildə iki dəfə- payızda məhsul yığımından sonra və fevralda 
pambıq təmizləndikdən sonra yığılırdı. Verginin toplanmasının öz qaydası 
vardı. Belə ki, vaxtın tamamında xanın yasavulları mahal naiblərinin mir-
zələri ilə birlikdə kəndləri gəzərək vergi toplamaq üçün ağsaqqallardan ilti-


 
266 
zamnamə alırdılar. Bundan sonra kəndin böyükləri yarımillik vergini yığar-
aq onu 
xəzinəyə təhvil verir və əvəzində qəbz alırdı. Mahal naibləri əhalidən 
toplanan 
qəbzləri xəzinəyə təhvil verərək, ümumi qəbz alırdılar. Elatlardan 
da bu qayda 
ilə pul vergisi toplanırdı (415,986-987). 
İrəvan xanlığında əhalidən pulla alınan vergidən başqa natural şəkildə 
də  vergi  alınırdı.  Bu  vergi  əkilən  məhsuldan,  müxtəlif  növ  mal-qaradan, 
yundan, 
yağdan, odundan, kömürdən, toyuq və yumurtadan ibarət idi.  
Xanlıqda  məhsulla  alınan  əsas  vergi  «malcəhət»  vergisi  idi.  Digər 
xanlıqlardan  fərqli  olaraq  İrəvan  xanlığında  bu  vergi  növü  «bəhrə» 
ad
lanırdı.  Bəhrə  məhsulun 
1
/
5
-
dən 
1
/
3
 
qədərində  idi.  Bəhrə  iki  qismə- 
«
bəhrəçeyi-divani» və  «bəhrəçeyi-malikanəyə» bölünürdü. Kəndlilərin dö-
vlət xəzinəsinə ödədiyi bəhrə «bəhrəçeyi-divani», mülkədarlara ödənilən isə 
«
bəhrəçeyi-malikanə» adlanırdı. (233,266-267; 229,439). Bütün taxılçılıqla 
məşğul  olan  kəndlilər  bu  vergini  məcburi  verməli  idi.  Bəhrə  vergisini 
yarıkər və bəhrəkər torpaqlarından alınırdı. Bu torpaqlar həm xəzinəyə, həm 
də mülkədarlara məxsus idi. Xəzinəyə məxsus yarıkər torpaqlarında işləyən 
kəndlilər xan tərəfindən toxumla, kotanla və digər lazımi vasitələrlə təmin 
olunduğundan  məhsulun  1/2  hissəsi  ona  çatırdı.  Ümumilikdə,  İrəvan 
xanlığında  xəzinə  və  mülkədara  məxsus  kəndlər  dörd  qrupa-  bəhrəkər, 
yarıkər,  rəncbər  və  icarəyə  götürülmüş  kəndlərə  bölünürdü.  Hər  kəndin 
özünəməxsus  vergi  miqdarı  vardı  (415,988-990).  Bəhrəkər  kəndlərindən 
toplanmış  məhsulun 
1
/
3
 
hissəsi  sərdara  çatmalı  idi.  Mülkədarlara  məxsus 
yarıkər  kəndlərindən  yığılan  məhsulun 
1
/
2
 
hissəsi  mülkədara,  bəhrəkər 
tor
paqlarından yığılan məhsul isə sərdarla mülkədar arasında bölünürdü. Bu 
məhsulun 
6
/
30 
sərdara, 
4
/
30
 
hissəsi isə mülkədara çatırdı (223,516; 415,987-
990).  
Rəncbər  kəndlərindən  alınan  vergilərin  miqdarı  ayrı-ayrı  mahallar 
üzrə  müxtəlif  idi.  Məsələn,  Zəngibasar  mahalının  Çarbağ  kəndinin  əhalisi 
çəltik  və  pambığın 
2
/
3
 
hissəsini,  digər  məhsulların  isə  üç  hissəsini,  Şərur 
mahalının Çamaxtir kəndinin əhalisi çəltiyin 
2
/
3
 
hissəsini, digər məhsulların 
yarısını,  Körpübasar  mahalının  Muğancıq  kəndinin  əhalisi  isə  bütün 
məhsulun 
4
/

hissəsini vergi ödəyirdilər (415,988-989).  
Xanlıqda icarəyə verilmiş kəndlər də mövcud idi. Adətən sərdarın özü 
mülkədarlardan  icarəyə  kəndlər  götürürdü.  Əvəzində  mülkədarın  icarə 
haqqını ödəyirdi. Məsələn, o icarə etdiyi Uluxanlı, Behbudabad, Əbülkənd 
və  Seyidkənd  kəndlərinin  gəlirindən  istifadə  edir  və  əvəzində  hər  il  mül-
kədarlara 7 
1
/
2
 xalvar 
buğda, 7 
1
/
2
 xalvar arpa, 12 batman 
pambıq və 30 bat-
man 
soğan, Vedibasar mahalının dağılmış Qarabağlar kəndinə görə 10 xal-
var 
buğda,  Gərnibasar  mahalında  Sirboğan,  Abbasabad,  Köşəkli  və  Purço 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə