Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə128/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   124   125   126   127   128   129   130   131   ...   164

 
263 
man 
inək yağı ödəyirdilər. Bütövlükdə hər il mirabların xeyrinə 584 tümən 
7  minaltun  10 
şahı vergi toplanırdı. c) Qulluq pulu qulluğa görə məmur-
ların  xeyrinə  əhalidən  toplanan  vergi  idi.  Hər  il  əhalidən  pulla  yığılan  6 
şahıdan  əlavə  xəzinəyə  natural  şəkildə  vergi  də  daxil  olurdu.  Həmçinin 
xəzinəyə  ödənilən  hər  xalvar  pambıq  və  tütünün  bir  hissəsindən  əlavə, 
əhalidən 2 tümən alınırdı. Hüseynqulu xanın dövründə meyvə bağlarından, 
darı,  arpa  və  çəltikdən  alınan  məbləğin  mahallar  üzrə  miqdarı  aşağıdakı 
qayda 
üzrə idi: Zəngibasar və Qırxbulaq mahallarından 113 tümən 7 minal-
tun, 
Gərnibasar və Vedibasarda 158 tümən 9 minaltun, Sürməlidən 120 tü-
mən, Saatlıdan 2 tümən, Sərdarabaddan 67 tümən 5 minaltun, Körpübasar-
dan 85 
tümən 4 minaltun 5 şahı. Bu vergi cəmi 547 tümən 5 minaltun 5 şahı 
olurdu. 
Pambıqdan  toplanan  məbləğin  miqdarı  Zəngibasar  və  Qırxbulaq 
mahalları üzrə 200 tümən 9 minaltun, 12 şahı, Gərnibasar və Vedibasar ma-
halları üzrə 113 tümən, 3 minaltun, 5 şahı, Sürməlidə 226 tümən 4 minaltun, 
Saatlıda  28  tümən  4  minaltun,  Sərdarabad  üzrə  186  tümən  4  minaltun, 4 
şahı, Körpübasar üzrə isə 56 tümən olmaqla ümumi məbləği 811 tümən 5 
minaltun  1 
şahı  idi.  Tütündən  təkcə  Sürməli  mahalı  üzrə  24  tümən  vergi 
alınırdı; d) kənd əhalisindən fərqli olaraq İrəvan şəhər əhalisindən «keşikçi 
pulu» adlanan  xüsusi vergi 
yığılırdı. Bu vergi gecə vaxtı həm bazarda, həm 
də şəhərdə asayişi qoruyan keşikçi dəstələri üçün toplanırdı. Onun miqdarı 
ildə  72  tümən  hesablanırdı;  e)  İrəvan  xanlığında  biçinçilərdən  də  xüsusi 
vergi 
yığılırdı. Hər bir biçinçi xəzinəyə 34 şahı ödəməli idi. Mahallar üzrə 
bu verginin 
miqdarı belə idi: Gərnibasar və Vedibasar mahalları 50 tümən, 
Şərur  mahalı  65  tümən,  Sürməli  mahalı  131  tümən  6  minaltun  14  şahı, 
Sərdarabad  mahalı  37  tümən,  Zəngibasar,  Qırxbulaq  və  Körpübasar  ma-
halları  birlikdə  116  tümən  3  minaltun  6  şahı  xəzinəyə  pul  ödəyirdi. 
Biçinçilərdən  alınan  verginin  miqdarı  ildə  400  tümən  edirdi.  Hüseynqulu 
xanın dövründə xəzinəyə ödənilən vasitəsiz verginin miqdarı 23.076 tümən 
7  minaltun  12 
1
/
2
 
şahı və yaxud 92.307 gümüş rubl, 5 qəpik idi (415,968-
979). 
İrəvan  xanlığında  dövlət  xəzinəsinə  vasitəsiz  vergilərdən  əlavə  va-
sitəli vergilər (dolayı yolla xəzinəyə daxil olan vergi-E.Q.) də daxil olurdu. 
Vasitəsiz  vergilərdən  fərqli  olaraq,  vasitəli  vergilərin  yığılması  xan 
tərəfindən icarəyə verilirdi. Hər il xəzinəyə aşağıdakı miqdarda vasitəli ver-
gilər ödənilirdi:  
1)Qulp  duz 
mədənindən  alınan  vergi.  Məhəmməd  xanın  dö-
vründə bu mədənlərdən xəzinəyə 3.00 tümən, Hüseynqulu xanın 
döründə isə 3500 tümən;  
2)Dükanlardan 
alınan vergi 1.300 tümən;  
3)Boyaqxanalardan 
alınan vergi 1245 tümən;  


 
264 
4)Sabun 
bişirənlərdən  və  qəssabxanalardan  alınan  vergi 
1.208 
tümən 5 minaltun;  
5)
Dövlət  bağlarından  835  tümən  və  sərdar  üçün  müəyyən 
miqdarda  
meyvələr;  
6)
Dövlətə məxsus dəyirmanlardan və çəltik həvəng-
dəstəsindən 766 tümən;  
7)Mizan-
çəki pulu 715 tümən;  
8)Karvansaralardan 700 
tümən;  
9)Hamamlardan 390 
tümən;  
10)Bazar 
meydanından 348 tümən;  
11)Pul 
kəsənlərdən 300 tümən;  
12)
Ayaqqabıya nal vuran dəmirçilərdən 225 tümən;  
13) 
Aksizdən 110 tümən;  
14)
Göyçə gölündən balıq ovuna görə 100 tümən;  
15)
Tütündən 72 tümən;  
16)
Dəri aşılamasından 50 tümən;  
17)Bostan 
torpağından 20 tümən;  
18)
Kəndlərin icarəyə verilməsindən 525 tümən;  
19)
Darğa vəzifəsinə görə 819 tümən vergi alınırdı.  
 
İrəvan  xanlığında  əsas  vasitəli  pul  vergilərindən  biri  də  «rəhdar» 
vergisi  idi.  Bu  gömrük  vergisi 
ölkəyə  gətirilən  və  aparılan  mallardan 
alınırdı və xəzinənin gəlirinin əsas sahələrindən biri hesab olunurdu. İrəvan 
xanı  Qulaməli  xanın  II  İrakliyə  yazdığı  bir  məktubda  «rəhdar»  vergisinə 
belə  qiymət  verilmişdi: «İrəvan  ölkəsinin  (xanlığının-E.Q)  əsas  gəliri 
rəhdarxanaların icarəyə verilməsindən, yollardan ticarət məhsulu keçərkən 
tacirlərdən  toplanılan  rəhdarlıq  vergiləridir» (39,76-77).  Xanlığın  hər  bir 
bucağında-qala  qapısından  tutmuş  çayların  keçidlərinə  qədər,  hətta  dini 
ocaqlara 
gedən  yolların  hamısında  xanın  adamları,  rəhdarları  və  bacdarlar 
durub,  gedib-
gələnlərdən  ağır  vergilər  alırdılar  (30,47).  Rəhdar  vergisinin  
yığılması xüsusi adamlara icarəyə verilirdi. Xanlığın ayrı-ayrı yerlərində bu 
vergini toplamaq üçün 
rəhdar məntəqələri yerləşdirilmişdi. Belə məntəqələr 
İrəvan şəhərində, Köpübasar, Sürməli, Şərur, Sərdarabad və Gərnibasar ma-
hallarında fəaliyyət göstərirdi. Hətta gizli qaçaq malçılığın qarşısını almaq 
üçün 
sərdarın əmri ilə Abaran mahalının Sudakənd kəndində və digər yer-
lərdə  xüsusi  gözətçi  qüvvələri  yerləşdirilmişdi.  Onlar  gətirilən  mallardan 
xüsusi haqq 
alırdılar. Hər dəvə və yaxud at yükündən 20 gümüş qəpik, eşşək 
yükünün 
isə  yarı  qiymətini  alırdılar.  Şərurda  isə  gözətçilər  gətirilən  və 
apa
rılan hər at yükündən özbaşına olaraq 2 şahı (4 qəpik) alırdılar (415,882-
883). 
Azərbaycanın  ayrı-ayrı  xanlıqlarından,  Kartli-Kaxetiyadan,  İran  və 
Osmanlı  dövlətlərindən  gətirilən  mallardan  müxtəlif  miqdarda  rəhdar 
alınırdı. Hətta yerli tacirlər də vergi ödəyirdi. Lakin əcnəbi tacirlərə nisbətən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə