Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə127/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   123   124   125   126   127   128   129   130   ...   164

 
261 
keyfiyyətini, suya olan tələbatını, otlaqların məhsuldarlığı ilə maraqlanaraq 
binaçı  vergisi  vermək  iqtidarında  olan  həyətləri  müəyyən  edirdi.  Binaçı 
vergisi xana 
yaxın olan iki köməkçisi tərəfindən toplanırdı. 
Binaçı vergisi icbari olsa da, quraqlıq düşdükdə, dolu yağdıqda, əkin 
sahələrinə  çəyirtkə  ziyan  vurduqda  və  daşqın  olduqda  bu  vergi  alınmırdı. 
Lakin 
vəziyyət  düzəldikdən  sonra  binaçı  vergisi  bərpa  olunurdu.  Yalnız 
Şərur  mahalının  əhalisi  məhsulu  xanla  yarıbayarı  böldüyünə  görə  binaçı 
vergisindən azad edilmişdi. Hətta siyasi vəziyyətlə əlaqədar olaraq xanlığa 
pənah  gətirmiş  qaçqınlar  da  bu  növ  vergini  verməli  olurdular.  Xan  onları 
torpaq,  istehsal  a
lətləri  və  qoşqu  heyvanları  ilə  təmin  edərək,  müəyyən 
müddətə  vergidən  azad  edirdi.  Sonradan  onlar  binaçı  vergisi  verməyə 
məcbur edilirdi. 
İrəvan  xanlığında  binaçı  vergisi  verən  kəndlilər  iki  növə 
bölünürdülər:  bəhrəkərlər  və  yarıkərlər.  Bəhrəkərlər  xanın  xəzinəsinə  ildə 
10 
tümən, yarıkərlər isə 3 tümən məbləğində binaçı vergisi verməli idilər. 
Hüseynqulu 
xanın dövründə bəhrəkər kəndlərində 539 ailə, yarıkərlərdə isə 
300 
ailə bu vergini ödəyirdi. Ermənilər də bu cür vergi verirdilər. Onların 
sayı 253 ailədən ibarət idi. Bu ailələr ildə xanın xəzinəsinə 1.539 tümən, 6 
minaltun 
və  16 
1
/
2
 
şahı  binaçı  vergisi  ödəyirdilər.  Ümumiyyətlə,  bütün 
xanlıqda  binaçı  vergisi  verən  ailələrin  sayı  1093  nəfər  təşkil  edirdi.  On-
lardan  da 
hər  il  xəzinəyə  7.836  tümən, 1 minaltun  və  16 
1
/
2
 
şahı  binaçı 
vergisi daxil olurdu. 
Altıncı  cəmiyyətə  pulla  ödənilən  hədiyyələr  daxil  idi.  Belə  hədiy-
yələr İrəvan xanlığında «peşkəş» adlanırdı. Peşkəş hörmət naminə xana və 
yaxud onun 
yaxın adamlarına verilirdi. İ.Şopen bu vergiyə rüşvəti də əlavə 
etmişdi. O, yazır ki, rüşvət hər hansı məqsədə çatmaq üçün vəzifəli şəxslərə 
«
hədiyyə»  adı  altında  verilirdi.  Lakin  bu  səhv  bölgüdür  və  rüşvəti 
«
peşkəş»lə bir sıraya qatmaq düzgün deyil.  
Peşkəş adətən Novruz bayramı zamanı hədiyyə olunurdu. Sərdara hər 
il  Maku  hakimi 
Əli  xan  200  tümən,  Eçmiədzin  kilsəsi  150  tümən,  İrəvan 
şəhərinin Azəri türkləri 70 tümən, erməni əhalisi 30 tümən, Zəngibasar və 
Qırxbulaq  mahallarının  Azəri  türkləri  70 tümən,  erməni əhalisi  18 tümən, 
Gərnibasar  və  Vedibasar  mahalları  70  tümən,  Şərur  mahalı  70  tümən, 
Sürməli mahalının Azəri türkləri 70 tümən, ermənilər 30 tümən, Sərdərabad 
mahalı 42 tümən, Körpübasar mahalı 70 tümən peşkəş vermişdi. Peşkəşdən 
əlavə,  İrəvan  şəhər  əhalisi  xana  ildə  60  ədəd  kəllə  qənd,  Şərur  əhalisi isə 
bəzi  hallarda  pul  vergisi  əvəzinə  dəyəri  460  tümən  6  minaltun  olan  1000 
taçkir 
buğda və 1428 taçkir çəltik verməli idi. Dərəkənd-Parçenis və Saatlı 
mahallarının  ağsaqqalları  ayrı-ayrılıqda  ildə  xana  dəyəri  40  tümən  olan 


 
262 
dayça 
peşkəş  olaraq  verirdilər.  Peşkəş  verənlər  siyahısına  kürd  ağaları, 
a
ğsaqqalları və məmurları da daxil idi. Beləliklə, xan hər il yerli əhalidən 
1.320 
tümən 6 minaltun dəyərində peşkəş alırdı.  
Qeyd 
etmək  lazımdır  ki,  Eçmiədzin  kilsə  xadimlərinin  yuxarıda 
dəyəri  göstərilən  peşkəşinin  miqdarı  Hüseynqulu  xanın  dövrünə  aiddir. 
Əvvəllər  də  erməni  kilsə  xadimlərinin  xana  və  onun  yaxın  adamlarına 
peşkəş  verməsi  haqqında  mənbələrdə  məlumata  rast  gəlmək  mümkündür. 
İrəvanlı Semyon özünün «Cambr» əsərində yazır ki, «növruz bayramı günü 
biz xana, bütün 
əyanlara və saray xidmətçilərinə pul və digər şeylər hədiyyə 
verməli idik. Bütün bu hədiyyələrin dəyəri 20 tümən idi» (153,221). Daha 
sonra 
əsərin müəllifi qeyd edirdi ki, «Hər il xan oktyabr ayında əyanları ilə 
birlikdə  Eçmiədzinə  gəlirdi.  Xan  qiymətli  hədiyyə  alardı  və  bizə  siyahı 
verərdi. Siyahıda hansı ağaya nə qədər hədiyyə verilməsi göstərilərdi. Bütün 
bu 
hədiyyələr  bizə  50  tümənə  başa  gələrdi» (153,222). Qeyd  olunan  bu 
məlumat XVIII əsrin 60-cı illərinə, Hüseynəli xanın dövrünə aiddir. 
Yeddinci 
cəmiyyətə ermənilərin üzüm bağları daxil edilmişdi. Şəriət 
qanunlarına görə müsəlmanlara spirtli içkilər hazırlamaq və içmək qadağan 
olunurdu. Lakin dini 
qadağaya baxmayaraq, sərdar və onun yaxın adamları 
məclislərdə  şərabdan  istifadə  edirdi.  Bu  tək  saray  adamlarına  deyil,  eyni 
zamanda 
əhalinin müəyyən hissəsinə də aid idi. Şərab həm xarici, həm də 
daxili bazarda  böyük 
gəlir gətirdiyindən xan ermənilərdən buna görə vergi 
alırdı. Beləliklə, Qırxbulaq mahalının Çalmakçı kəndinin üzüm bağlarından 
150, Kanakir 
kəndindən 100, Qızılqala kəndindən 90, Zəngibasar mahalının 
Şirabad  kəndindən  100,  Körpübasar  mahalının  Əştərək  kəndindən  isə  240 
tümən vergi toplanırdı. 
Səkkizinci cəmiyyətə xanın məmurlarının xeyrinə toplanan vergilər 
daxil  idi.  Bu 
vergilər  aşağıdakılardır:  a)  Mahal  naiblərinin  xeyrinə  top-
lanılan vergilər. Onlar xəzinədən məvacib almasına baxmayaraq, əhalidən 
də bu məmurların xeyrinə vergi toplanırdı. Sürməli mahalında mirbölüyün 
xeyrinə  Azəri  türklərindən  40  tümən,  erməni  məliklərinin  xeyrinə  isə  er-
mənilərdən  30  tümən  alınırdı;  b)  Mahal  naibləri  mirzələrinin  xeyrinə 
toplanan verginin 
miqdarı ildə 50 tümən idi; v) Su işinə baxan mirabların 
xeyrinə ildə yığılan vergilər: İrəvan şəhər əhalisindən 145 tümən, Gərni-
basar 
mahalından  58  tümən,  Vedibasardan  29  tümən  7  minaltun  10  şahı, 
Körpübasardan 30 
tümən, Şərurdan 30 tümən və Sürməlidən 30 tümən top-
lanırdı.  Bundan  əlavə,  mirabın  xeyrinə  Cərnibasar  və  Vedibasar  ma-
hal
larının kəndliləri  ümumi dəyəri 200 tümən olan 730 taçkir buğda, 158 
taçkir  arpa, 144 taçkir 
çəltik, Şərur mahalı kəndliləri isə ümumi dəyəri 64 
tümən olan 40 batman çəltik, 120 taçkir buğda, 240 taçkir arpa və 10 bat-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə