Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə126/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   122   123   124   125   126   127   128   129   ...   164

 
259 
qəpik; 1 batman  yun,  noxud,  mərci,  paxla,  meyvə,  badam,  qoz-1  gümüş 
qəpik (415,886-887).         
İrəvanda xan arşını, xalvar, somar, taçkir, batman və ağac kimi uzun-
luq 
vahidləri vardı (415, 887-888; 201, c.4, səh.286-287). Xalvar, somar və 
batman 
əsasən  əkin  sahələrinin,  arşın  müxtəlif  parçaların,  ağac  isə  uzaq 
məsafələrin ölçüsündə istifadə edilirdi (415,888). (Bax, səh.328)    
Bütün  bu 
deyilənlərə  baxmayaraq,  sonuncu  Rusiya-İran  müharibəsi 
dövründə  və  işğaldan  bir  müddət  sonra  nəinki  kəndlərdə,  hətta  İrəvan 
şəhərində  də  ticarət  tamamilə  tənəzzülə  uğramışdı.  Amansız  hərbi 
əməliyyatlar ilk növbədə İrəvanın Kartli-Kaxetiya çarılğı ilə ticarət münasi-
bətlərini  tamamilə  pozdu.  Müxtəlif  ölkələrdən  ticarət  məqsədilə  İrəvana 
gələn  karvanların  ardı  kəsildi. 1827-ci  ildə  rus  qoşunları  xanlıq  ərazisinə 
hücum 
edərkən  əhalinin  əksəriyyəti  əmlakları  ilə  birlikdə  İrəvan  qalasına 
sığınmış,  digər  hissəsi  isə  qonşu  ölkələrə  pənah  aparmışdı.  Sonuncu 
mühasirə  zamanı  İrəvan  şəhəri  və  qalası  böyük  dağıntılara  məruz  qaldı. 
İrəvanlıların bir hissəsi döyüşdə həlak oldu. İ.Şopen  qeyd edir ki, təhlukə 
sovuşduqdan  sonra  1828-ci  ildə  irəvanlılar  dağıdılmış  evlərinin  və 
bağlarının bərpası ilə məşğul olduğundan ticarəti sonrakı ilə saxlamışdılar. 
Lakin 1829-cu ilin 
yazında başlayan kütləvi taun xəstəliyi xanlıqda yaşayan 
əhalinin  onda  birini  məhv  etdi.  Dükanlar  bağlandı,  karvansaralar  boşaldı, 
bütün 
ticarət və sənətkarlıq dayandırıldı. Bu təhlükə yenicə  sovuşmuşdu ki, 
1830-cu 
ildə vəba xəstəliyi başladı (415,874).  
 
4.5.Vergi 
və mükəlləfiyyətlər 
İrəvan xanlığında qanunla müəyyən edilmiş vergi sistemi yox idi. Bu 
xanın və yaxud sərdarın iradəsindən asılı olurdu. Dövlət gəlirlərinı və şəxsi 
maraqlarını  təmin  etmək  üçün  xanlar  daim  vergilərə  diqqət  yetirirdilər. 
Məhz onların fərmanlarına əsasən, kənd təsərrüfatı və sənayenin bütün sa-
hələrini əhatə edən vergilər hər il həcm və sayca dəyişirdi.  
Azərbaycanın digər xanlıqlarında olduğu kimi,  İrəvan xanlığında da 
vergilər əhalidən həm pulla, həm də məhsulla alınırdı (223,516; 415,967). 
Pulla 
alınan vergi də öz növbəsində iki qrupa bölünürdü: vasitəsiz və va-
sitəli. Bu vergi həm şəhər, həm də kənd əhalisinə aid idi. Vasitəsiz vergilər 
ildə  bir  dəfə  taxılçılardan, şəhər  əhalisindən, elatlardan  və  Eçmiədzin  (Üç 
kilsə- E.Q.) kilsəsindən yığılırdı. Vasitəsiz (birbaşa xəzinəyə ödənilən ver-
gilər-E.Q.)  vergilər  cəmiyyətlər  (sosial  qruplar-E.Q.)  üzrə  alınırdı.  Bu 
vergini 
verən  yerli  əhali  müxtəlif  sosial  təbəqələri  əhatə  edir  və  səkkiz 
cəmiyyətdə birləşirdi:  


 
260 
Birinci 
cəmiyyətə, İrəvan şəhər əhalisinin ödədiyi vergi daxil idi. Bu 
cəmiyyət də özlüyündə beş müxtəlif qollara ayrılırdı: a) Müsəlman cəmiy-
yəti-1200 tümən; Qızılqala əhalisi- 54 tümən, 5 minaltun; b) Erməni cəmiy-
yəti- Məlik Saakın tabeçiliyində olan cəmiyyət- 400 tümən; yüzbaşı Parseq 
Keqamovun 
tabeçiliyində  olan  cəmiyyət  isə  40  tümən;  c)  Qaraçılar  (Boş-
E.Q.)-  30 
tümən. Bu cəmiyyətə daxil olanlar xəzinəyə ildə 1.724 tümən, 5 
minaltun  vergi 
ödəyirdi. İldə dörd dəfə yığılan bu vergi pulu əhalinin özü 
tərəfindən icra edilirdi və ümumi yığıncaqda toplanırdı. İkinci cəmiyyətə, 
Eçmiədzin kilsəsinin ödədiyi vergi aid idi. İrəvan xanları müəyyən vaxtlarda 
bu 
kilsəyə  güzəştə  gedərək,  erməni  din  xadimlərindən  vergi  almırdılar. 
Lakin 
xanlıqda böhran yarandıqda, erməni keşişləri xanlara xəyanət etdikdə 
bu  vergi 
yenidən  bərpa  olunurdu.  Erməni  din  xadimləri  yerli  əhaliyə 
xəyanət edərək Kartli-Kaxetiya çarlarına və rus qoşununa rəğbət bəslədiyinə 
görə  xanlar  tərəfindən  böyük  təzyiqlərə  məruz  qalırdılar.  Məlumata  görə, 
Hüseynqulu 
xanın  dövründə  kilsə  xəzinəyə  ildə  400  tümən  pul  verirdi
Üçüncü 
cəmiyyətə, makulu Əli xandan alınan vergi daxil idi. O, Şərur ma-
halının Ərəbli, Qarahəsən və Diadin kəndlərini Hüseynqulu xan tərəfindən 
verilmiş tiyul hüququ əsasında idarə etdiyindən hər il xəzinəyə 300 tümən 
ödəyirdi. Onu da qeyd etmək yerinə düşərdi ki, «İrəvan xanlığı» əsərində bu 
vergi 
səhvən Maku xanlığından toplanılan vergi kimi göstərilmişdi (30,34). 
Dördüncü 
cəmiyyətə, köçəri həyatı keçirən elatlardan alınan vergi aid idi. 
Bu elatlar da öz 
növbəsində üç qola ayrılırdı: birinci qola daxil olan Azəri 
türkləri-  Böyük  Çoban  Qara  elatı  350  tümən,  Saraclılar  150  tümən, 
Dəmirçili 50 tümən, Kərimbəyli 150 tümən, Qafarlı 200 tümən, Şıxlar 100 
tümən, Milli, Qaraçarlı və Əlikəndlilər birlikdə 300 tümən, Seyidli 200 tü-
mən, Ağsaqqallı 240 tümən, Dərəkənd-Parçenis ayrumları 800 tümən, Talın 
ayrumları isə 240 tümən ödəyirdi. İkinci qola kürd elatları daxil idi. On-
lardan 
zilanilər 4000 tümən, Çal Əli ailəsi 267 tümən, 7 minaltun və 5 şahı, 
Sakenlilər  219  tümən, 6 minaltun,  Tuşmal  ağanın  idarəçiliyində  olan  102 
ailədən ibarət Bilxixanlılar 210 tümən, İsa ağanın tabeliyində olan 82 ailə 
174 
tümən, 5 minaltun, Xali xanlı ailəsi 280 tümən, Qızılbaş uşağı 127 tü-
mən, Misir kəndli kürdləri 151 tümən; Üçüncü qola Şərur qaraçıları daxild-
ir  ki,  onlar  da  10 
tümən məbləğində vergi ödəyirdilər. Ümumilikdə elatlar 
hər il xəzinəyə 8.219 tümən, 8 minaltun və 5 şahı pul ödəyirdilər. Beşinci 
cəmiyyətə  əhalinin  binaçı  vergisi  ödəyən  hissəsi  daxil  idi  (binaçı-bina 
sözündən  olub  bünövrəsi  olan  deməkdir-E.Q.).  Bu  vergi  yalnız  hərtərəfli 
imkanı  olan  əhalinin  müəyyən  hissəsindən  alınırdı.  Binaçı  vergisini  təyin 
etmək üçün xan ilk növbədə təbəələrinin işlərinə və gəlirinə diqqət yetirirdi. 
Belə ki, xan şəxsən hər bir kəndin vəziyyətini, gəlirlərinin fərqini, torpağın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə