Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə134/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   130   131   132   133   134   135   136   137   ...   164

 
276 
Xanlığın  əhalisinin  böyük  əksəriyyətini  azəri  türkləri  təşkil  edirdi.  Erməni 
müəllifləri heç bir mötəbər tarixi faktlara əsaslanmadan hər vasitə ilə bunu 
inkar 
etməyə çalışırlar. Məsələn, İrəvan xanlığının tarixini araşdırmağa cəhd 
göstərən V.R.Qriqoryan yazır ki, «Xanlıq əhalisinin əksəriyyətini ermənilər 
təşkil etmişdilər» (130,37). Digər erməni tədqiqatçısı T.X.Akopyan bu fikri 
təsdiq edərək qeyd edir ki, «İrəvan əhalisinin əksəriyyətini ermənilər təşkil 
etmiş və burada yaşayan farslar və türklər isə başqa ərazilərdən köçürülmə 
nəticəsində sayı artırılmışdı. Bununla belə, xanlıqda onların sayı azlıq təşkil 
etmişdi» (62,79-80).  V.A.Parsamyan  isə  daha  irəli  gedərək  yazırdı, 
«Rusiyaya 
birləşdirilənə  qədər  Ermənistanın  şərq  hissəsində  (İrəvan  və 
Naxçıvan  xanlıqlarında-E.Q.)  əhalinin  sayı  169.000  bərabər  olmuş,  bun-
lardan  34% 
erməni, 50% Azəri türkü, 16% isə kürdlər olmuşdu» (227,12). 
Müəllif əsərində Azəri türklərinin çoxluq təşkil etdiyini etiraf etsə də, burada 
təhrifə yol verir, ermənilərin sayını artırmaqla, Azəri türklərinin sayını xeyli 
azalt
mışdı.  
Lakin qaynaq 
və tarixi ədəbiyyatda bunun əksini sübut edən qiymətli 
məlumatlar  vardır.  Bu  qaynaq  və  tarixi  əsərlərdə  İrəvan  xanlığının  əhalisi 
haqqında konkret rəqəmlər göstərilməsə də, etnik baxımdan xanlıqda azəri 
türklərinin  üstünlük  təşkil  etməsini  sübut  edən  faktlara  rast  gəlmək 
mümkündür. 
Məsələn, 1784-cü  il  iyulun  10-da  Axalsıx  hakimi  Süleyman 
paşa  İrəvan  başçılarına  göndərdiyi  məktubda  İrəvan  əhalisini  yerli  türklər 
ad
landırmışdi  (195,198).  Səyyah  Z.Şirvani  «Bustanüs-səyahə»  əsərində 
yazırdı: «O (İrəvan) Arran mülkindədir. Azərbaycana məxsusdur… Əhalisi 
türkdilli 
və  şiə  məzhəbindədir.  Azacıq  isəvi  (xristian)  də  vardır… 
(420,124). 1828-ci  il  aprelin  2-
də  qraf  Paskeviç  Baş  qərargah  rəisi  qraf 
Dibiçə ünvanladığı məlumatda xanlıq əhalisinin 
3
/
4
 
hissəsinin müsəlmanlar 
təşkil etdiyini bildirmişdi (220,488-491). Daha sonra o, 16 noyabr 1828-ci 
ildə Bludova yazdığı başqa bir gizli məlumatda İrəvan xanlığının əhalisinin 
2
/
3
 
hissəsinin Azəri türklərinin olduğunu qeyd etmişdi (217,259-260). İrəvan 
xanlığını erməni dövləti kimi qələmə vermək istəyən erməni din xadimləri 
də  İrəvanda  ermənilərin  azlıq  təşkil  etməsini  gizlədə  bilməmişdilər.  Arx-
iyepiskop Arqutinski P.S.
Potyomkinə yazdığı məktubunda  İrəvanda çox az 
erməni  yaşadığını  etiraf  etmişdi  (165,44).  Rus  hərb  tarixçisi  N.Dubrovin 
«
İstoriya  voynı i  vladıçestva  russkix  na  Kavkaze»  əsərinin birinci cild-
ində «bütün İrəvan  xanlığında əhali arasında azəri türklərinin çoxluq təşkil 
etdiyini» 
yazırdı  (147.326).  M.Vladikin  ermənilərin  İrəvanda  köçürülmə 
nəticəsində  çoxaldığını  etiraf  edərək  yazırdı  ki, «İrəvan  quberniyasında 
məskunlaşan ermənilərin əksər hissəsi buranın qədim sakinləri deyildi. On-
lar  1828 
və  1829-cu  illər  müharibəsindən  sonra  bura  köçürülmüşdü» 


 
277 
(88,17).  Daha  sonra 
müəllif  fikirini  «Erməni  əyalətinin  əhalisi  1827  və 
1829-cu 
illər müharibəsindən sonra İran və Türkiyədən çıxmış ermənilərlə 
artırılmışdı» (88,333) cümləsi ilə təsdiq edir.  
İşğaldan sonra ermənilərin İrəvana və Azərbaycanın digər ərazilərinə 
köçürülməsi  və  yerləşdirilməsi  İrəvanın  demoqrafik  durumuna  güclü  təsir 
göstərmişdi. Gəlmə ermənilər Azəri türklərin yaşadığı kəndlərə doldurulur-
du.  S.Qlinka 
yazırdı: «Müharibə  qurtardıqdan  sonra  İrandan  ermənilərin 
kütləvi köçürülməsinə başlandı (126,45). Ermənilərin köçürülməsinin təşki-
latçılarından  olan  A.S.Qriboyedov  «Erməniləri  ilk  dəfə  buraxıldıqları 
torpaqlara 
əbədi sahib duracaqlarından hiddətlənmiş müsəlmanlar içərisində 
yaranan 
təşvişi  aradan  qaldırmaq  və  düşdükləri  ağır  vəziyyətin  uzun 
sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini dəfələrlə götür-
qoy etdiyini» 
yazırdı (129,134). V.L.Veliçko «Qafqaz» əsərində Rusiyanın 
hər dəfə şərq dövlətləri ilə müharibələri zamanı ermənilərin sayının daha da 
çoxaldığını  etiraf  etmişdi  (86,84).  N.N.Şavrov  isə  köçürmə  məsələsinin 
Cənubi  Qafqazda  demokrafik  vəziyyətə  təsirini  təsvir  etməklə  yanaşı, 
konkret 
rəqəmlər  göstərir.  O,  yazırdı: «Biz  müstəmləkəçilik  fəaliyyətinə 
Zaqafqaziyada  rus 
əhalisinin  deyil,  bizə  yad  olan  xalqların  yer-
ləşdirilməsindən başladıq… Sonra 1826-1828-ci illər müharibəsindən keçən 
iki  il 
ərzində, 1828-ci  ildən  1830-cu  ilə  kimi  biz  Zaqafqaziyaya  İrandan 
40.000-
dən çox, Türkiyədən isə 84.000 erməni köçürmüş və onları erməni 
əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol və İrəvan quberniyalarının ən 
yaxşı xəzinə torpaqlarında… yerləşdirmişik. Bu məqsədlə onlara 200.000 
desyatindən çox xəzinə torpağı ayrılmış, müsəlmanlardan 2.000.000 rubldan 
çox  xüsusi  sahibkar 
torpağı  satın  alınmışdı.  Yelizavetpol  quberniyasının 
dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilər tərəfindən məskun-
laşdırıldı.  Qeyd  etmək  lazımdır  ki,  rəsmi  124.000  erməni,  qeyri-rəsmi 
köçənlərlə  birlikdə  köçüb  gələnlərin  sayı  200.000  ötüb  keçib…  Beləliklə, 
indi  (XX 
əsrin  başlanğıcında-E.Q.)  Zaqafqaziyada  yaşayan  1.300.000  er-
məninin  1.000.000-dan  çoxu  diyarın  köklü  sakinləri  olmayıb,  bizim 
tərəfimizdən məskunlaşdırılmışdı» (412,63-64). Əslən erməni olan amerika 
alimi D.Bornotyan  da 
İrəvan ərazisində çox az erməninin yaşadığını etiraf 
edir.  O,  qeyd  edirdi: «
İrəvan  xanlığında  ermənilər  nəinki  əhalinin 
əksəriyyətini  təşkil  etmirdi,  hətta  müsəlmanlarla  eyni  sayda  deyildi» 
(123,125).  
İndi  isə  konkret  statistik məlumatları  nəzərdən  keçirək.  İlk  növbədə 
tarixi 
müqayisə aparmaqla İrəvan xanlığında etnik cəhətdən kimin üstünlük 
təşkil  etməsini  müəyyən  edək.  XVIII  əsrin  birinci  rübünə  aid  osmanlı 
mənbələri bu məsələ haqqında təsəvvür yaratmağa imkan verir. 1728-ci ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə