Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə137/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   133   134   135   136   137   138   139   140   ...   164

 
282 
ki, «
Dağıstan  ləzgiləri…  İrəvan…  əhalisini  indiyədək  «Qacar»  deyə 
ad
landırırlar» (34,73). Kürdlərin hamısı, azəri türklərinin bir hissəsi yaylaq-
qışlaq həyatı keçirən maldarlıqla məşğul olurdu.     
Kameral 
təsvirdə  xanlıq  dövründə  və  işğaldan  sonra  əhalinin  sayı 
müqayisəli  şəkildə  göstərilmişdi.  Əvvəlcə  xanlıq  dövründə  əhalinin  sayını 
nəzərdən  keçirək.  Bu  dövründə  İrəvan  şəhərində  2.400,  kəndlərdə  isə 
11.000 
ailə  yaşamışdı.  Lakin  burada  oturaq  əhalidən  başqa,  köçəri  həyat 
sürən və maldarlıqla məşğul olan 2.984 kürd ailəsi də vardı. Beləliklə, bütün 
xanlığın  əhalisi  16.384  ailə  və  yaxud  81920  nəfərdən  ibarət  olmuşdu 
(415,540-541).  
Şəhər əhalisi. Rus qoşunları tərəfindən işğal olunduqdan sonra İrəvan 
şəhəri tanınmaz şəkildə dağıntıya və güclü insan tələfatına məruz qalmışdı. 
Hadisələri  öz  gözləri  ilə  görən  şahidin  yazdığına  görə, «hücumdan  sonra 
İrəvanın  görünüşü  çox  dəhşətli  idi.  Dağıdılmış  evlər  tüstülənirdi.  Qalanın 
cənub-şərq  hissəsinə  gedərkən  dağıdılmış  divar  və  qüllələrdən 
təəccübləndim. Mənə elə gəlirdi ki, mühasirə toplarının dörd gündə gördüyü 
işi,  heç  allahın  özü  dörd  əsrdə  görə  bilməzdi» (418,85-86).  Məhz  bunun 
nəticəsində şəhər əhalisinin sayı xeyli azalmışdı. Əgər işğaldan əvvəl şəhər 
əhalisinin  sayı  2.400  ailə  idisə,  işğaldan  sonra  bu  rəqəm  2374-ə  qədər 
azalmışdı. Bu ailələrin 802-si İrəvan şəhərinin «Şəhər», 594-ü «Təpəbaşı», 
411-i 
isə  «Dəmirbulaq»  məhəlləsində  yaşayırdılar.  Ailələrin  3749-u  kişi, 
3582-si  
qadınlardan  ibarət  idi.  Ümümilikdə,  azəri  türklərinin  sayı  7331 
nəfər təşkil edirdi. Erməni əhalisinə gəldikdə isə 521 yerli erməni ailəsi və 
yaxud  2174 
nəfər  qeydə  alınmışdı.  Erməni  ailələrinin  tərkibi  1119-u 
kişidən, 1055-i isə qadından ibarət idi.  İrəvan şəhərində sayı 195 nəfərdən 
ibarət  olan  46  qaraçı  ailəsi  yalnız  «Təpəbaşı»  məhəlləsində  yaşayırdı. 
Beləliklə,  siyahıyaalınmada  İrəvan  şəhərində  2751  ailə  və  yaxud  11463 
nəfərin  olması  qənaətinə  gəlinmişdir.  Bunlardan  5897-i  kişilər, 5566-ı  isə 
qadın idi (415,543-546). 1829-1832-ci illər kameral siyahıyaalınmaya görə, 
İrəvan şəhərində yaşayan yerli əhalinin say və etnik tərkibini  5.1 cədvəldə 
əyani şəkildə göstərilmişdir: 
cədvəl 5.1. 
İravan 
şəhəri 
Azəri türkləri 
Ermənilər 
Qaraçı 
Ailəl
ərin 
sayı 
Cinslərin sayı 
Ailə
ləri

sayı 
cinslərin sayı 
Ailələ
rin 
sayı 
Cinslərin sayı 
Kişi  Qadı

Yeku

Kişi   Qadın  Yek
un 
kiş
i  
qad
ın 
Yek
un 
Şəhər 
məhəllə
si 
802 
1627  1527  3199  244 
530 
486 
998 
 
 
 
 


 
283 
Tənəbaşı 
mahall
arı 
594 
1333  1204  2537  277 
589 
587 
1176  46 
101  94  195 
Dəmirb
ulaq 
məhəllə
si 
411 
786 
806 
1595 




 
 
 
 
Yekun:  1807  3749  3582  7331 
521  1119  1073  2174 
 
 
 
195 
 
İ.Şopen,543-546. 
 
İşğaldan  sonra  İrəvan  şəhərində  Cənubi  Azərbaycandan,  İrandan  və 
Osmanlı dövlətindən köçürülmüş erməni əhalisi də yerləşdirilmişdi. Belə ki, 
şəhərdə  İran  və  Cənubi  Azərbaycandan  366,  Osmanlı  ərazisindən  isə  11 
köçürülən erməni ailəsi yaşayırdı. Şəhərə köçürülmüş erməni ailələri demək 
olar  ki,  bütün 
məhəllələrə  paylanmışdı.  Onlar  əsasən  şəhərin  mərkəzi 
his
səsində  yerləşdirilmişdi.  İran  və  Cənubi  Azərbaycandan  köçürülən  231 
erməni ailəsi İrəvanın «Şəhər», 87-si  «Təpəbaşı», 48-i həmin vaxta qədər 
heç bir 
erməni ailəsinin yaşamadığı «Dəmirbulaq» məhəllələrində, Osmanlı 
ərazisindən  köçürülən  8  ailə  «Şəhər», 3-ü  isə  «Təpəbaşı»  məhəllələrində 
yerləşdirilmişdi. Ümumilikdə, şəhərə köçürülən erməni əhalisinin sayı 1763 
nəfərdən ibarət idi.  
Kənd  əhalisi.  İrəvan  xanlığı  əhalisinin  əksəriyyəti  kəndlərdə 
yaşayırdı. Bəzi mənbə və tarixi ədəbiyyatda xanlıq əhalisinin ümumi etnik 
və  say  tərkibi  haqqında  statistik  rəqəmlər  göstərilsə  də,  Rusiya  işğalına 
qədər  kəndlərdə  yaşayan  əhalinin  sayı  haqqında  məlumata  rast  gəlmədik. 
Kənd  əhalisinin  sayı  haqqında  yalnız  işğaldan  sonra  1829-1832-ci  illərdə 
həyata  keçirilən  kameral  siyahıyaalınma  əsasında  konkret  rəqəmlər 
söyləmək  mümkündür.  Kənd  əhalisinin  etnik  və  say  tərkibinin  ümumi 
mənzərəsini izləmək baxımdan məhz kameral təsvir böyük əhəmiyyət kəsb 
edir. 
Kameral 
təsvirdə  İrəvan  xanlığının  ərazisində  831  kənd  qeydə 
alınmışdı.  Lakin  bunlardan  310  kənd  tamamilə  dağıdılmışdı.  Dağıdılmış 
kəndlərin sayahısı aşağıdakılardır:  
1.
Qırxbulaq  mahalında-  Kürəcik,  İynədüz,  Güllücə,  Qaraceyran, 
Tecirəbək,  Bozaklı,  Qaraqala,  Qatırçay  və  yaxud  Heydərgöl,  Ərzap, 
Norinus, 
Damcılı,  Kitikən  və  yaxud  Kətikut,  Quyulu,  Qızqala,  Tezxarab, 
Babacur, 
Damagirməz,  Dəlləkli,  Kankan,  Göykilsə,  Yaycı,  Qızılqala, 
Çobangərəkməz, Azaklar, Əkikənd və yaxud Muradtəpə, Ərzini (26 kənd); 


 
284 
2.
Zəngibasar  mahalında-  Həsənağa,  Sinnik,  Qaracalar,  Ozanlar, 
Dərcan, Yeniköy, Cəfərabad (7 kənd); 
3.
Gərnibasar  mahalında-  Məsimli,  Taytan,  Bayraməliqışlağı, 
Qulaqsız, Zöhrablı, Qurdkəndi, Şəfiabad, Kirbozavənd, Başqərni, Mürzük, 
Heyranısuliya,  Burduq,  Kerkəc,  Gilanarsufla,  Moll  Əhməd,  Qaqavuz, 
Şəhriyar,  Şoğaib,  Heyranıs  Sufi,  Kərpicli,  Abdallar,  Qurbanqala  ulya, 
Qurbanqala  sufi, 
Ərtiz,  Yappa,  Əlimərdan,  Əliqırağı,  Ellicə,  Buralan, 
Sultantəpə, Əzizli, Əlisərgi, Qalakənd, Qarahacılı, Xıdırlı, Adətli, Taraşköy, 
Əliqızıl, Bulaqbaşı, Bayraməli kəndi, Purça, İmamverdiqalası, Tərəkəmələr 
(43 
kənd); 
4.Vedibasar 
mahalında- Reyhanlı, Şirazlı, Qaralar, Saray, Çatqıran, 
Qarabağlar  sufi,  Qarabağlar  ulya,  Talasavan,  Şahablı,  Zəncirli,  Pünüt, 
Şorsu,  Daşnov,  Həsənqala,  Vəlican,  Köşəhli,  Abbasabad,  Əliqızıl, 
Muradabad, 
Əliabad,  Əliqırıq,  Günlük,  Baxçacıq,  Xamud,  Qızılverən, 
Zimmi, 
Musacıq, Hand, Qazançı, Xosrov, Haxıs (33 kənd); 
5.
Şərur  mahalında-  Hacıqara,  Qalacıq,  Fərhadarxı,  Boşqışlaq, 
Daşarx  ulya,  Örtülü  məzrə,  Şaban  məzrə,  Kürkçi  Bayat  məzrə,  Yovşan 
məzrə, Kabud məzrə, Dəhnəkənd və yaxud Dəmirçiqışlağı (11 kənd);  
6.
Sürməli mahalında- Vəlican, Talasavan, Abbasabad, Sərhəngabad, 
Rəsullu,  Zəagan,  Atlıca,  Hacıabbas,  Saxsalı,  Qaraçılı,  Mərhava,  Çıraxlı, 
İstinax çıraqlı, Uruşmuş, Ərgöv, Göyumus, Qurqan, Qaraçay, Əliməlik, Zor, 
Əlikeçən,  Quşçu,  Karvansaray,  Asma,  Quyuca,  Çıraxçı,  Sarıhasar,  Muça 
(28 
kənd); 
7.
Dərəkənd-Parçenis  mahalında-  Qaraqoyunlu,  Kiti,  Sürməli,  Aşıq 
Hüseyn, Qarabulaq, Qaraqala, 
Çaldağ, Qaziqoparan (8 kənd); 
8.
Saatlı mahalında- Xəlilqışlağı, Ərmən kövşəni, Sufilər, Mirzəxan, 
Başqışlağı (5 kənd); 
9.
Talın  mahalında-  Aylanlı,  Siçanlı,  Nadirxanlı,  Pirmələk, 
Sutökülən,  Ağakiçik,  Məzarcıq,  Pirtikən,  Qaraqala,  Çiçəkli,  Püsəgən, 
Çartəpə,  Müstüklü,  Qoruq,  Parakənd,  Daşqala,  Çorsulu,  Bəbirli,  Sadıqlı, 
Zərincə,  Aşağı  Dəmirçili,  Sabunçular,  Kiçikyataq,  Balaşbəy  qulu, 
Böyükqızıl qul, Göyərçin (27 kənd); 
 10.
Sərdarabad mahalında- Cəfərxan Rəncbəri, Teymurxan kəndi və 
yaxud 
Dövlətabad,  İtköy,  Qatırabad  və  yaxud  Əbdülabad,  Artaşad 
(
Fəthabad),  Rəhimabad  və  yaxud  Molla  Bədəl  və  yaxud  Səfiabad,  Keçili, 
Xam (8 
kənd);  
11.Körpübasar 
mahalında-  Teymurxan  Kolani,  Ağdəmir, 
Qaraqışlaq,  İnəkli,  Çobani,  Arpahəvəsik,  Haçabağ,  İlançalan,  Anberd  (9 
kənd); 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə