Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə136/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   132   133   134   135   136   137   138   139   ...   164

 
280 
18.000 
ailənin yaşaması haqqında məlumat verirdi (81, c.2, səh. 60). Əgər 
hər bir ailə üzvü beş nəfərdən hesablansa, xanlığın əhalisinin təxminən 90 
min 
nəfərdən ibarət olduğunu qeyd etmək olar. P.Butkovun verdiyi məlumat 
isə  daha  çox  maraq  doğurur.  O,  Azərbaycanda  yaşayan  erməni  əhalisinin 
sayına toxunarkən təkcə İrəvan xanlığında 3.000 nəfər erməninin yaşadığını 
göstərmişdi (84, c.2, səh143). 1813-cü ildə İrəvanda olmuş İrandakı ingilis 
səfirliyinin katibi Moryerin yazdığına görə, xanlığın 100 minlik əhalisinin 
18.700 
nəfəri  15  yaşından  50  yaşına  qədər  olan  kişilər  təşkil  etmişdi 
(415,542). 
İkinci Rusiya-İran müharibəsinin iştirakçısı M.E.Koçebuya görə, 
1826-
cı ildə İrəvan xanlığında 15.800 ailə yaşayırdı. Bunlardan 12.000 ailə 
azəri türkləri, 3.800 ailə isə ermənilər idi (185,26). Baş komandan, İrəvanın 
işğalını  başa  çatdırmış  Paskeviç  mərkəzə  göndərdiyi  məlumatında  İrəvan 
xanlığında 1827-ci ildə 10.000 azəri türk, 3.000 erməni ailəsinin yaşadığını 
qeyd 
etmişdi (161,205). Beləliklə göstərilən bu statistik məlumatlar bir daha 
sübu edir ki, 
xanlıq əhalisinin etnik cəhətdən əksəriyyətini azəri türkləri, çox 
az 
hissəsini isə ermənilər təşkil etmişdi.  
  
İrəvan xanlığının mahallarından olan və müharibələr nəticəsində on-
dan 
alınaraq  müstəqil sultanlığa  çevrilən  Pəmbək  və  Şuragöl  mahallarının 
əhalisi  bu  statistik  rəqəmlərə  daxil  edilməmişdi.  Pəmbək  və  Şuragöl  ma-
hal
ları  sərhəddə  yerləşdiyindən  Rusiya-İran  müharibələri  dövründə  hərbi 
əməliyyatlar  meydanına  çevrilmişdi.  Bu  səbəbdən  Pəmbək  və  Şuragöl 
əhalisinin  sayı  tez-tez  dəyişirdi.  Statistik  məlumata  görə, 1804-cü  ildə 
Pəmbəkdə 2832 kişi cinsindən olan əhali qeydə alınmışdı. Bunlardan 1529-

azəri  türkü, 926-ı  yerli  erməni, 377-i  isə  gəlmə  erməni  idi  (211,228; 
326,422). 1826-
cı  ildə  buranın  22  kəndində  208  azəri  türk, 547 erməni 
həyəti qalmışdı (175,21).  
Şuragöl  mahalında  da  vəziyyət  eyni  cür  idi.  XVIII  əsrin  birinci 
yarısında  Nadir  şahın  hakimiyyəti  dövründə  aparılmış  kameral  si-
yahıyaalınmaya  görə,  Şuragöl  mahalında  109  kənd  qeydə  alınmışdı.  Bu 
kəndlərin  hamısı  azəri  türkləri  olmuşdu  (174,43). 1805-ci  il  məlumatında 
Budaq 
sultanın hakimiyyəti altında  524 ailə, yaxud 2773 nəfərin yaşadığı 
göstərilir (325,274). Müharibələrlə əlaqədar olaraq, 1809-cu ildə burada 250 
ev 
qalmışdı (318,484). Gülüstan sülh müqaviləsi bağlandıqdan sonra əhali-
nin  geri 
qayıtması nəticəsində Şuragöldə ailələrin sayı yenidən çoxalaraq 
1000-
ə  çatmışdı. 1826-cı  ildə  Şuragölün  16  kəndində  176  azəri  türk, 529 
erməni ailəsi yaşamışdı (175,19). 1826-1828-ci illərdə baş vermiş sonuncu 
müharibə dövründə burada ailələrin sayı kəskin surətdə aşağı düşərək 200-ə 
qədər azalmışdı (109,142). Gətirilən rəqəmdən görmək olar ki, vaxtilə Azəri 
türkl
ərindən  ibarət  olan  əyalət  Rusiya  nəzarətinə  keçdikdən  sonra  er-


 
281 
mənilərlə doldurulmuşdu. Artıq 1830-cu ildə Şuragöldə erməni kəndlərinin 
sayı 10-a çatmışdı. Ədrnə sülh müqaviləsindən sonra buraya Osmanlı əra-
zisindən ermənilər köçürülmüşdü (193,4).  
Sadalanan  faktlar 
İrəvan  xanlığı  işğal  olunduqdan  sonra  burada 
həyata  keçirilən  kameral  siyahıyaalınmada  əhalinin  sayının  düzgün  hesa-
blanmadığını  göstərir.  Xanlıqda  maldarlıqla  məşğul  olan  və  köçəri  həyat 
sürən  elatların  sayı  haqqındakı  məlumat  da  şübhə  doğurur. 
M
əhəmmədhəsən  Vəlili  (Baharlı)  yazır  ki, «Köçəri  əhalinin  miqdarı  düz 
deyildir. Çünki 
siyahı tutulan vaxt bunların çoxu oturaq məhəllələrdən uzaq 
qışlaqlarda  bulunurdular,  o  səbəbə  siyahıya  düşməmişlər» (54,17). 
M.
Vəlilinin (Baharlı) hesablamalarına görə işğaldan əvvəl İrəvan xanlığında 
əhalinin sayı 115.000 nəfər olmuşdu (54,23).  
Qeyd 
etmək lazımdır ki, Türkmənçay müqaviləsindən sonra 1828-ci 
il 
martın  21-də  çarın  verdiyi  fərmanla  Naxçıvan  və  İrəvan  xanlıqları  ləğv 
edilərək  hər  iki  xanlığın  daxil  olduğu  «Erməni  vilayəti»  yaradılmışdı. 
Köçürülən erməni ailələrinin bir hissəsi bu vilayətdə yerləşdirilmişdi.  
1829-1832-ci 
illərdə  həyata  keçirilən  kameral  siyahıyaalınmaya 
əsasən, İrəvan xanlığında yaşayan əhalinin etnik və say tərkibini nəzərdən 
keçirək.  Qeyd  etmək  lazımdır  ki,  İrəvan  xanlığında  əhali  əsasən  şəhər  və 
kəndlərdə yaşayırdı. Kameral siyahıyaalınmada İrəvan xanlığında bir şəhər, 
15 
mahalın  olduğu  göstərilsə  də,  siyahıyaalınmanın  təhlili  şəhər  və 
kəndlərin sayınının hərtərəfli əhatə etmədiyini ortaya çıxarır. Kameral təs-
virdə diqqəti cəlb edən əsas məsələlərdən biri vaxtilə yerli əhalinin yaşadığı 
və  tamamilə  dağıdılmış  kəndlərdir.  Bu  kəndlərdə  heç  bir  yaşayış  qeydə 
alınmamışdı. Bundan əlavə, yaşayış qeydə alınan kəndlərin xeyli hissəsində 
də yerli əhali göstərilməmiş, boş qalmış kəndlərə isə Cənubi Azərbaycan-
dan, 
İrandan və Osmanlı dövlətindən köçürülən ermənilərin yerləşdirilməsi 
ilə kifayətlənmişdir.   
Qeyd 
etmək  yerinə  düşərdi  ki,  tərtib  edilmiş  siyahıyaalınmada 
xanlıqda əhalinin böyük əksəriyyətini təşkil edən azəri türkləri «müsəlman» 
adı  altında  göstərilmişdi.  Müsəlmanlar  əsasən  azəri  türklərindən  və 
kürdlərdən ibarət idi. Qaynaqda müsəlmanlar müxtəlif tayfa və cəmiyyətlər 
adı şəklində öz əksini tapmışdı. Azəri türkləri qacar, bayat, qazax, qarapa-
paq,  ayrum 
və başqaları olmaqla 18, kürdlər isə 14 tayfa kimi qeyd olun-
muşdu (415,526-536).  
İrəvan  əhalisinin  əksəriyyəti  əsasən  qacarlar  idi.  A.Bakıxanov 
əsərində yazırdı: «İrəvan..əhalsi və əmirlərinin çoxu qacar nəslindən olduğu 
üçün…
dağıstanlılar  bu  ərazi  sakinlərinə  indi  də  qacar  deyirlər» (76,173). 
R.
İsmayılov «Azərbaycan tarixi» əsərində bu fikri təsdiqləyərək qeyd edir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə