Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   2   3   4   5   6   7   8   9   ...   164

 

Naxçıvan  xanlıqları  ilə  siyasi  və  iqtisadi  münasibətləri  və  əhalinin  sayına 
təsir  göstərən  amillər  öz  əksini  tapmışdır.  Bu  qiymətli  sənədlərə  rus 
komandanlığının  yüksək  rütbəli  zabitlərinin  və  ermənilərin  İrəvanla  bağlı 
müxtəlif  illərdə  mərkəzə  göndərdikləri  məlumatları,  Osmanlı  paşalarının 
xanlara 
yazdıqları  məktubları,  Kartli-Kaxetiya  çarı  II  İraklinin  məktubları 
daxildir. 
Azərbaycan  Respublikası  MDTA-nın  24-cü  fondunda  saxlanılan  1 
saylı sənəddə baş komandan general-adyutant Paskeviçin general adyutant 
Spyaqinə məktubu verilmişdir (17). Həmin məktubda İrəvan qalasının işğalı 
ilə bağlı məqamlar təsvir edilmişdi.  
Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi 
Arxivində  saxlanılan  «İrəvanlı  Hüseynəli  xanın  məktubları»  əsərin 
yazılmasında  əhəmiyyəti  misilsizdir  (39).  Bu  məktubların  məzmunundan 
bəhs  etməzdən  əvvəl  onları  toplayan  müəllif  haqqında  qısaca  məlumat 
verək. «Məktub»ların  müəllifi  Məhəmməd  Müslüm  (Qüdsi)  əslən  İrəvanlı 
olmuş  və  təhsilini  davam  etdirmək  üçün  bir  müddət  İsfahanda  yaşamışdı. 
Təhsilini  başa  vurduqdan  sonra  öz  vətəninə  qayıdan  Məhəmməd  Müslüm 
1781-ci 
ildə  Hüseynəli  xan  (1759-1783)  tərəfindən  xan  divanxanasının 
mirzəsi təyin edilmiş və ona mühüm sənədlərin mühafizəsi tapşırılmışdı. Bir 
müddət bu vəzifədə çalışan Məhəmməd Müslüm Məhəmməd xanın (1784-
1805) 
dövründə vəzir təyin olunmuşdu. O, vəzir vəzifəsi yerinə yetirməklə 
bərabər, müxtəlif illərdə yazılmış köhnə məktubların bir yerə toplanması və 
qaydaya 
salınması  göstərişini  də  almışdı.  Lakin  Məhəmməd  Müslümün 
vaxtı  olmadığından  məktubların  köçürülməsi  və  yazılması  bir  münşiyə 
tapşırılmışdı.  Beləliklə,  yeni  vəzirin  səyi  nəticəsində  həmin  məktublar  bir 
yerə  toplanmış  və  dövrümüzə  «İrəvanlı  Hüseynəli  xanın  məktubları»  adı 
altında gəlib çatmışdır.    
Əsər  «İrəvanlı  Hüseynəli  xanın  məktubları»  adlanmasına 
baxmayaraq,  bu 
sənədlər  arasında  onun  oğlanları  Qulaməli  xana  və 
Məhəmməd xana məxsus xeyli məktublar da vardı. Bunlar İrəvan xanlarının 
Osmanlı  sultanına,  paşalarına,  Kartli-Kaxetiya  çarı  II  İrakliyə,  Xoy  xanı 
Əhməd  xan  Dünbülüyə,  Qarabağlı  İbrahimxəlil  xana  yazılmış  olduğu 
məktublardı.  Məktublardan  İrəvan  xanlığının  siyasi,  iqtisadi,  ticarət 
əlaqələrindən, idarəçilik sistemindən, torpaq mülkiyyət formalarından, vergi 
və əhali haqqında məlumat əldə edə bilmişik. Qeyd etmək lazımdır ki, bu 
sənədlərin  İrəvan  xanlığı  ilə  bağlı  bəzi  məqamların  işıqlandırılmasında 
əhəmiyyəti misilsizdir.           
Monoqrafiyanın yazılmasında arxiv materialları ilə bərabər, müxtəlif 
illərdə  çap  olunmuş  qaynaqlardan  da  istifadə  olunmuşdur.  Belə 


 

qaynaqlardan 
ən  zəngini  XIX  yüzilliyin  ikinci  yarısında  A.  Berjenin 
redaktorluğu  ilə  Qafqaz  Arxeoqrafiya  komissiyasının  topladığı  12  cilddən 
ibarət  sənədlər  toplusudur.  Monoqrafiyada  bu  toplunun  VIII  cildindən 
istifadə  olunmuşdu.  QAKA  külli  miqdarda  rəsmi  və  qeyri-rəsmi  arxiv 
sənədlərindən ibarətdir. Aktlarda toplanılan sənədlərin hər biri ayrı-ayrılıqda 
məlumat mənbəyidir. Bu sənədlər bizə İrəvan xanlığının siyasi tarixi, tarixi 
coğrafiyası,  torpaq  mülkiyyəti  formaları,  vergi  və  mükəlləfiyyət  növləri, 
əhalisinin sayı, etnik və dini tərkibi, silki quruluşu haqqında zəngin material 
verir. Materiallarda 
diqqəti cəlb edən məsələlərdən biri də ara müharibələri, 
Ağa  Məhəmməd  şah  Qacarın  yürüşləri  və  Rusiya-İran  müharibələri 
d
övründə  əhalinin  etnik  və  say  tərkibinə  təsir  göstərən  miqrasiya  və 
emiqrasiya 
məsələləridir.    
İrəvan  xanlığının  siyasi  tarixinin  və  tarixi  coğrafiyasının 
öyrəniləmsində  çar  Rusiyası  dövründə  nəşr  olunan  «Kavkazskiy  sbornik» 
adlı jurnalın I, XXI, XXII, XXIV, XXVIII və XXX cildlərindən (173; 174; 
175; 176; 177; 178) 
istifadə  edilmişdi.  Topluda  Gülüstan  sülh 
müqaviləindən  sonra  İrəvan  xanlığının  Rusiya  ilə  münasibətləri,  ayrı-ayrı 
rus 
zabitlərinin  şəxsi  gündəlikləri  və  1826-1828-ci  illər  müharibəsi  ilə 
əlaqədar  Qafqazdakı  rus  ordusu  qərargahının  küllü  miqdarda  sənədləri 
toplanmışdı. Bu sənədlərdə İrəvan xanlığının siyasi- iqtisadi vəziyyəti, tarixi 
coğrafiyası  və  əhalisi  haqqındakı  məlumatlar  böyük  əhəmiyyətə  malikdir. 
Qeyd 
etmək  lazımdır  ki,  ilk  dəfə  olaraq  bu  materialların  bəzisi  bizim 
tərəfimizdən monoqrafiyada istifadə edilmişdir. Bu sənədlər Gülüstan sülh 
müqaviləsindən  sonra  sərhəd  xəttinin  təyin  edilməsi  ilə  əlaqədar  sonuncu 
İrəvan  xanı  Hüseynqulu  xanın  rus  sərhəd  rəislərinə  və  baş  komandan 
A.E.Yermolova 
göndərdiyi  məktublarından  və  rusların  öz  aralarında 
yazışmalarından  İrəvan  xanlığının  siyasi  sərhədlərini  müəyyən  etməyə 
imkan verir. 
Müxtəlif illərdə yazılmış bu məktublarda rus komandanlığının 
məkirli  siyasəti,  hadisələri  bilə-bilə  gərginləşdirməsi,  İrəvan  xanını  fitnə 
törətməklə  müharibəyə  cəlb  etmək  və  bu  ərazini  işğal  etmək  niyyətləri 
göstərilmişdi.    
A.Çaqarelinin 
redaktəsi  ilə  1890-cı  ildə  nəşr  olunmuş  sənədlər 
məcmuəsində  İrəvan  xanlığına  aid  arxiv  materialı  olduğundan  xüsusi 
əhəmiyyətə  malikdir  (228).  Məcmuədə  toplanmış  sənədlərdə  II  İraklinin 
Rusiya 
komandanlığına  göndərdiyi  məktubları,  ayrı-ayrı  rus  zabitlərinin 
yazışmaları  toplanmışdır.  Həmin  yazışmalarda  İrəvan  xanlığının  siyasi 
vəziyyət ilə bağlı bəzi məqamlara toxunulduğundan nəzərimizdən kənarda 
qalmamışdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə