Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

 
30 
qoşunu  Gəncə  qarnizonuna  köməyə  tələsirdi.  Bu  xəbəri  eşidən  Nadir  xan 
Gəncədə  azsaylı  qoşun  saxlayaraq  osmanlı  paşasını  qarşılamaq  üçün 
Osmanlı-Səfəvi sərhəddinə doğru hərəkət edir. 1735-ci ilin iyulunda İrəvan 
şəhəri  yaxınlığında,  erməni  kilsəsi  olan  Eçmiədzinin  (Üçkilsə-E.T)  şimal-
şərqində osmanlı qoşunu ilə Nadirin qoşunu arasında qanlı döyüş baş verdi 
(118,72; 409,144). Bu 
döyüşdə Nadir xanın qoşunu 55.000, Abdulla paşanın 
qoşunu isə 80.000 nəfərdən ibarət olmuşdu (409,144-145). Tərəflər arasında 
baş  vermiş  döyüş  nəticəsində  Osmanlı  qoşunu  güclü  müqavimətə  məruz 
qalaraq,  çoxlu  itki 
verməklə  geri  çəkilməyə  məcbur  olmuşdu  (187,205; 
118,72; 409,145).  
Osmanlıları  məğlub  etdikdən  sonra  Nadir  xan  İrəvan  qalasını 
mühasirəyə alır. Erməni anonim xronikasında yazılır: «Həmin vaxt İrəvanı 
idarə  edən  osmanlılar  Təhmasibqulu  xanın  gəldiyini  eşidəndə  şəhərdən 
qırağa çıxmayaraq qalanın müdafiəsini möhkəmləndirməklə məşğul oldular. 
Təhmasibqulu xan isə qoşunu irəli apararaq qalanı mühasirəyə alır» (68,52). 
Tezliklə nizami Osmanlı qoşununun məğlub edilməsi qarnizon rəhbərliyini 
sülh 
danışığına  təhrik  etdi.  Qala  döyüşsüz  təslim  olduqdan  sonra  orada 
yerləşən  Osmanlı  qoşun  hissələrinə  Qars  şəhərinə  geri  çəkilməyə  icazə 
verilir (409,147; 68,52).  
Osmanlılarla  müharibə  İrəvan  əyalətinə  böyük  dağıntı  gətirmişdi. 
Müharibə  fəlakətinə  məruz  qalmış  İrəvan  əyaləti  Nadirin  burada  həyata 
keçirdiyi 
tədbirlərdən  sonra  daha  da  acınacaqlı  vəziyyətə  düşdü.  Əvvəla 
onun 
əmrinə  əsasən  bu  əyalətdən  300  ailə  Xorasana  köçürülür  (413,14; 
409,146). 
Əhaliyə  könüllü  olaraq  şəhərdə  qalması,  yaxud  şəhərdən  çıxıb 
getməsi  müraciəti  edilir.  Sonra  maddi  vəziyyətlərindən  asılı  olaraq  həm 
müsəlman, həm də xristian varlılarından 10, 20, 40 və 50 tümən məbləğində 
vergi 
alınır  (68,52).  Nadirin  göstərişinə  əsasən  bu  dəfə  də,  Eçmiədzin 
kilsəsinə  toxunulmamışdı.  Katolikos  A.Kretatsiyə  xanın  özü  mehribanlıq 
göstərmişdi (186,249). 
Qoşununun bir hissəsini İrəvan şəhərində saxlayan Nadir xan yenidən 
Gəncəyə  qayıdaraq  mühasirəni  davam  etdirir.  Köməksiz  qalmış  Gəncə 
qarnizonu 
təslim edilir (414,127). 
Azərbaycan ərazisi osmanlı qoşunundan təmizləndikdən sonra Nadir 
qoşunu  ilə  Muğan  düzünə  çəkilir. 1736-cı  ildə  Səfəvilər  sülaləsinin  son 
nümayəndəsi şah III Abbasın qəfil vəfat etməsindən istifadə edən sərkərdə 
həmin  ilin  martında  özünü  şah  elan  etdi  (409,150-154; 190,118-125; 
233,319-320; 187,106-108; 72,63; 65,122-125).  Bu 
mərasimdə  ayrı-ayrı 
bölgələrdən gələn nümayəndələrlə yanaşı, İrəvandan gəlmiş  xan, şeyx-ül-


 
31 
islam, katolikos, 
bəylər, mirzələr, ağalar, kələntərlər, kəndxudalar, məliklər 
və s. iştirak edirdilər (186,249). 
Nadir 
şah  seçildikdən  sonra  Səfəvi  imperiyasının  inzibati-ərazi 
bölgüsünü 
ləğv  edir.  Səfəvilərin  Azərbaycanda  mövcud  olan  ayrı-ayrı 
bəylərbəylikləri  Azərbaycan  bəylərbəyliyi  adı  altında  birləşdirilir.  Onun 
başçısı Nadirin qardaşı İbrahim xan təyin olunur. «Nadir şah Tiflis, Gəncə, 
İrəvan, Naxçıvan, Qarabağ vilayətlərini Rum əhli və qoşununun əlindən alıb 
öz 
ixtiyarına keçirdikdən sonra… Azərbaycan sərdarının (İbrahim xan-E.Q.) 
səlahiyyətinə  verilmişdi.  Hər  elin  və  mahalın  xanları  və  məlikləri  var  idi. 
Bunlar 
Azərbaycan  sərdarının  əmri  üzrə  padşahın  tapşırıqlarını  yerinə 
yetirirdilər» (37,109-110). Nadirin Muğan düzündə şah seçilməsində şəxsən 
iştirak edən erməni katalikosu Abram Kretatsi yazırdı: «İlk növbədə Nadir 
şah öz qardaşını (İbrahim xanı-E.Q.) farsca Azərbaycan adlanan Atropatena 
ölkəsinə  rəis,  sərdar,  yəni  sərkərdə  təyin  edib,  Naxçıvanın,  İrəvanın  və 
bütün Ararat (
İrəvan-E.Q.) əyalətinin, Gürcüstanın idarəsini ona tapşırdı və 
onu 
başqa xanlar üzərində bəylərbəyi, hakimi-mütləq təyin etdi» (186,244; 
190,127). 
Şahın  gördüyü  ilk  tədbirlərindən  biri  də  Azərbaycanın  müxtəlif 
bölgələrinə və şəhərlərinə hakimlərin təyin etməsi oldu. Nadir şah Heratdan 
Muğana gəlmiş Pir Mahmud xanı İrəvan əyalətinin xanı təyin edir. Abram 
Kretatsi 
yazırdı: «ilk  əvvəl  İrəvan  xanı  və  bəylərbəyi  təyin  olunmuş  Pir 
Mahmud  xan  Heratdan 
gəlib  çıxdı,  lakin  (şah)  onu  hal-hazırda  yanında 
saxlayır.  Onun  əvəzinə  Muğandan  (İrəvana)  göndərilən  naib  Məhəmməd 
Rza 
bəy  bu  günə  qədər  Pir  Mahmud  xanın  əvəzinə  İrəvan  əyalətini  idarə 
edir» (186,227).  
Fəaliyyətinin  birinci  dövründə  ölkəni  xarici  müdaxiləçilərdən 
təmizləyən  Nadirin,  şah  seçildikdən  sonra  apardığı  saysız-hesabsız 
müharibələri və ağır vergi siyasəti xalqın vəziyyətini daha da ağırlaşdırırdı. 
Taxılın çatışmazlığı və əkin sahələrinin boş qalması nəticəsində ölkəni aclıq 
bürümüşdü.  Ölkədə  baş  verən  acınacaqlı  vəziyyəti  A.Kretatsi  belə  təsvir 
edirdi: «
Təkcə  Muğanda  deyil,  hər  yerdə,  Təbrizdə,  Tuzaxda  (Tovuz), 
Gəncədə,  Qazaxda,  Loridə,  Gürcüstanda,  Sevan  (Göyçə-E.Q.)  gölünün 
sahillərində, Saxnuzorda, Qafanda, Naxçıvanda, İrəvanda çörək tapılmırdı. 
Bu 
vilayətlərdə  buğdanın  satış  qiyməti  bir  şahıya  satılırdı  və  bəzən  bu 
qiymətə də tapmaq olmurdu» (186,253). 
Şah isə yeni-yeni vergilər tələb edirdi. Vergiləri verə bilməyən xalq 
narazılıq  edərək  silahlı  üsyana  qalxmışdı.  XVIII  əsrin  40-cı  illərin 
əvvəllərində  bir  sıra  şəhərlərlə  yanaşı  İrəvan  şəhərinin  əhalisi  də  üsyan 
edərək dağlara qaçmışdı. Lakin ilk əvvəl İrəvan xanı Pir Mahmud xan bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə