Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   18   19   20   21   22   23   24   25   ...   164

 
46 
Məhəmmədhəsən xanın, ərdəbilli Nəzərəli xanın, xoylu Əhməd xanın sul-
tana 
yazdıqları  məktublarda  Kartli-Kaxetiya  çarı  İrəvana  təcavüz  edəcəyi 
halda 
Azərbaycan xanları ona qarşı ittifaqa girəcəklərini qeyd edirdilər. On-
lar sultandan 
hərbi kömək və maddi dəstək istəyirdilər (46,168). 
İrəvanla  Kartli-Kaxetiya  arasında  münasibətlərin  pozulmasında  II 
İraklinin apardığı daxili siyasətin də böyük rolu olmuşdu. Belə ki, II İrakli 
ölkəsinin  bərbad  halda  olan  iqtisadi  vəziyyətini  düzəltmək,  xəzinəni  dol-
durmaq  üçün 
hər  dəfə  İrəvan  xanına  təzyiq  göstərərək  vergini  artırmağa 
çalışırdı (194,419). P.Butkov yazır ki, Hüseynəli xan II İrakliyə ildə 30.000 
rubl (3.000 
tümən-E.Q.) məbləğində vergi verməyi öhtəsinə götürsə də, son-
ralar  bu  verginin 
miqdarı  40-50  min  rubla  (4.000-5.000  tümən-E.Q.) 
çat
dırıldı (84, c.2, səh.75). Bu cür vəziyyətlə razılaşmayan İrəvan xanı isə 
vergi 
verməyi dayandırdı. Beləliklə, bir tərəfdən Kərim xan  Zəndlə, digər 
tərəfdən  Osmanlı  dövləti  ilə  açıq  münaqişədən  çəkinən  II  İrakli  İrəvana 
hücumu 
əlverişli məqama qədər təxirə salmağa məcbur olmuşdu.        
Lakin  II 
İrakli çox gözləməli olmadı. 1779-cu ildə Kərim xan Zənd 
vəfat etdi. Onun ölümündən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Cənu-
bi  Qafqazda 
isə  qubalı  Fətəli  xan  daha  da  gücləndi. O,  II  İraklinin  rəqibi 
olmaqla 
bərabər Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmək və 
onları Kartli-Kaxetiya çarlığına qarşı qaldırmaq üçün qəti addımlar atmağa 
başladı. Fətəli xan ilk növbədə İrəvan və Gəncə xanlıqlarını öz tərəfinə çəkə 
bildi. II 
İrakli isə Qarabağ xanı İbrahimxəlil xanla birləşdi. 1779-cu ildə on-
ların birləşmiş qüvvələri iki dəfə Fətəli xanın qoşununu məğlub edərək qalib 
gəldi. Gəncə xanlığı müttəfiqlər tərəfindən ələ keçirildi (168,432). 
Qubal
ı  Fətəli  xanı  müəyyən  müddətə  zərərsizləşdirməyə  bacaran  II 
İrakli onun müttəfiqi İrəvan xanlığını yenidən vergi verməyə məcbur etmək 
qərarına gəldi. O, həmin il İrəvan xanından vergi tələb etdi. Lakin Hüseynəli 
xan 
rədd cavabı verdi (67,22). Xanın vergi verməkdən imtina etdiyini görən 
II 
İrakli oğlu Levonla birlikdə 1779-cu ilin sentyabrında 12 minlik qoşunla 
İrəvan  xanlığına  yürüşə  başladı  (71,156).  Onun  qoşununun  tərkibində  
da
ğıstanlılardan ibarət 5 min nəfərdən ibarət muzdlu döyüşçü də var idi (84, 
c.2, 
səh.73).  Bəzi  məlumata  görə,  II  İraklinin  qoşununun  sayı  40  minə 
çatırdı  və  bu  çoxsaylı  qoşun  müxtəlif  xalqlardan  ibarət  olmuşdu  (62,54). 
Digər məlumatda bu qoşunun sayı 20 minə çatdığı göstərilirdi (30,60). 
Kartli-Kaxetiya 
qoşunlarının İrəvan xanlığına hücumunu eşidən yerli 
əhalinin bir hissəsi Bəyazid paşalığına qaçır (67,22). Hüseynəli xan II İrak-
linin  tabe  olmaq 
tələbini  rədd  edərək  ona  güclü  müqavimət  göstərmək 
qərarına  gəlmişdi.  Xan  ilk  əvvəl  öz  qüvvəsi  ilə  çarın  qoşununu  sərhəddə 
qarşılamağı  qərara  aldı.  Lakin  coxsaylı  qoşunun  qarşısında  tab  gətirə 


 
47 
bilməyən İrəvan qoşunu qalaya çəkilərək mübarizəni davam etdirir. Kartli-
Kaxetiya 
qoşunları sentyabrın 7-də qalanı mühasirəyə alır. Xanın başçılığı 
ilə  qala  sakinləri  II  İraklinin  qoşununa  güclü  müqavimət  göstərdilər. 
İrəvanlıların  güclü  müqaviməti  mühasirənin  uzanmasına  səbəb  olmuşdu 
(153,387; 67,22; 410,3. 
Hüseynəli  xan  qalanın  müdafiəsinə  şəxsən  özü  başçılıq  edirdi.  Er-
mənilərin  II  İrakliyə  rəğbətini  bilən  Hüseynəli  xan  onların  xəyanətinin 
qarşısını almaqda xüsusi sayıqlıq göstərirdi. Məhz onun fəallığı nəticəsində 
qala 
uzunmüddətli mühasirəyə davam gətirə bildi. Məqsədinə nail olmayan 
II 
İrakli  geri  qayıtmağa  məcbur  olmuşdu.  Bunun  bir  neçə  səbəbi  vardı. 
Əvvələ,  mühasirənin  uzanması,  qala  müdafiəçilərinin  güclü  müqaviməti, 
qışın yaxınlaşması II İraklinin planını pozmuşdu. İkinci səbəb Kartli feodal-
larının çara qarşı qiyamı olmuşdu. Onlar II  İraklinin İrəvanda olmasından 
istifadə  edərək  katalikosla  birlikdə  Şirazda  olan  Aleksandr  Bakarova 
məktub yazaraq onu Tiflisə dəvət etmişdilər. Bu xəbəri eşidən II İrakli oğlu 
Levonun 
başçılığı  ilə  İrəvanda  bir  dəstə  qoşun  saxlayaraq  noyabr  ayında 
geri 
qayıtmağa məcbur olmuşdu. Lakin heç bir şeyə nail olmayan Levon da 
sonradan 
İrəvanı tərk etmişdi (71,156; 67,22; 168,393).  
II 
İraklinin geri qayıtmasında Çıldır hakiminin təzyiqləri də böyük rol 
oynamışdı.  Belə  ki,  Kartli-Kaxeiya  qoşunları  İrəvan  qalasını  mühasirəyə 
alan  zaman 
Hüseynəli  xan  Çıldır  valisi  Süleyman  paşadan  hərbi  yardım 
istəmişdi.  Süleyman  paşa  II  İraklini  Tiflisə  hücum  etməklə  hədələyərək 
İrəvanın  mühasirəsindən  əl  çəkməyə  məcbur  etmişdi  (56,74-75; 46,189-
190). 
Bu 
yürüşdə II İrakli Hüseynəli xanı özünə tabe edə bilməsə də, onun 
qoşunu xanlığı güclü dağıntıya məruz qoymuşdu. Gürcü qoşunu çoxlu kənd 
dağıdaraq  minlərlə  əhali  və  mal-qara  ələ  keçirərək  Kartli-Kaxetiyaya  
apar
mışdı  (67,22-23; 410,3; 415,163; 179,56; 62,56). Bu  yürüş  zamanı 
aparılan  əsirlərin  sayı  haqqında  dəqiq  məlumat  yoxdur.  Lakin  arxiv 
sənədində  bu  əsirlərin  sayı  haqqında  şişirdilmiş  rəqəmə  rast  gəlmək  olar. 
Sənəddə  göstərilir  ki, «İrəvan  xanının  vergi  vermədiyinə  görə  çar  İrakli 
12.000  qo
şunla İrəvana gələrək şəhərətrafını tutmuş, 15.000 evdən hər iki 
cinsdən  olan yerli əhalini əsir edərək Tiflisə göndərmişdi» (71,156). Əgər 
nəzərə alınsa ki, II  İrakli İrəvana hücum edərkən yerli əhalinin bir hissəsi 
qalaya 
sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmış, başqa bir 
hissəsi isə əlçatmaz yerlərdə məskən salmışdı göstərilən rəqəmin şişirdilmiş 
olduğunu başa düşmək olar.  
Əsir aparılanların aqibəti xüsusilə acınacaqlı olmuşdu. Onların çoxu 
aclıqdan  yollarda  ölmüşdü.  A.Araratlı  əsərində  əsirlərin  vəziyyətini  belə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə