Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   14   15   16   17   18   19   20   21   ...   164

 
38 
yetişən  kömək  Musa  xanı  İrəvan  qalasının  mühasirəsindən  əl  çəkməyə 
məcbur edir.  
Musa 
xanın geri çəkildiyini eşidən Azad xan on səkkiz minlik qoşun-
la  Araz 
çayını  keçərək  Qarniçayın  kənarında  mövqe  tutur.  Bəzi  məlu-
matlarda  Azad 
xanın  12  topu, 200 zənburu  olan  40.000  qoşuna  malik 
olduğu  göstərilirdi  (415,163; 180,48). Digərlərində  isə  30  minlik  qoşuna 
malik 
olduğu qeyd olunurdu (133,47; 84, c.1,238).  Bu xəbəri eşidən İrakli 
Azad xandan ehtiyat 
edərək öz qoşunu ilə Qırxbulaq yüksəkliyinə çəkilməli 
olur (417,16; 180,36).  
Çox 
keçmədi ki, tərəflər arasında döyüş başladi. Baş verən döyüşdə 
Azad 
xanın qoşunu məğlubiyyətə uğrayaraq geri çəkilir. II İrakli isə Kartli-
Kaxetiyaya 
qayıdır.  Bu  xəbəri  eşidən  Fətəli  xan  ehtiyat  qüvvələrini  Azad 
xanın  köməyinə  göndərdi. Əlavə  kömək  alan  Azad  xan  Kartli-Kaxetiyaya 
hücum  edir  (24,111). 
Döyüş  nəticəsində  II  İraklinin qoşunu  məğlubiyyətə 
uğrayır   (84,  c.1,  səh.238).  Məğlub  olan  II  İrakli  təslim  olmaq 
məcburiyyətində  qaldı.  İtaət  əlaməti  olaraq  çar  Fətəli  xana  girovlar  ver-
mişdi. Girovların tərkibinə II İraklinin bacısı, Zalbəy və Aslan bəy adlı iki 
görkəmli  gürcü  knyazı  olmaqla  200  nəfər  döyüşçü  daxil  idi  (84,c.1,239; 
24,111-112; 25,43). 
Qalib 
gələn Azad xan bu hadisədən sonra İrəvanda Mir Mehdi xanı 
hakimiyyətdən  uzaqlaşdıraraq  öz  nümayəndəsi  Xəlil  xanı  buraya  hakim 
təyin  etmişdi.  Bunu  erməni  mənbəyi  də  təsdiq  edirdi.  Semyon  İrəvanlı 
«Cambr» 
əsərində bu hadisəni belə şərh etmişdi: «İbrahim şahın ölümündən 
sonra 
İran şahlığı süqut etdi və bir neçə il ölkəni Azad xan idarə edir. O, 
həmçinin katalikoslar Minas və Aleksandrın xahişi ilə «Müqəddəs taxt-tac»ı 
onların  mülkiyyəti  elan  etmişdi.  Azad  xan  tərəfindən  bizim  ölkəmizə 
(
İrəvana-E.T.) təyin olunmuş Xəlil xan da məktubla «Müqəddəs taxt -tac»ın 
vəqf  mülkiyyətinə  keçməsini  iki  dəfə  təsdiq  etmişdi» (153,207). İrəvana 
yürüş edən Azad xan bir müddət burada qaldıqdan sonra yuxarıda göstərild-
iyi kimi, 
özbək Xəlil xanı burada hakim saxlamışdı. Xəlil xan 1752-1755-ci 
illər İrəvanda hakimiyyətdə olmuşdu (395,5; 40,15). 
İrəvanda  hakimiyyətini  möhkəmləndirən  Xəlil  xan  müstəqil  siyasət 
yeridərək  Azərbaycanın  bəzi  xanları  ilə  birlikdə  Kartli-Kaxetiya  çarlığına 
qarşı mübarizə aparmışdı. Belə ki, bu dövrdə II İrakli Azərbaycan xanlarının 
bir-
birinə  qarşı  mübarizəsindən  istifadə  edərək  onları  özünə  tabe  etmək 
istəyirdi.  Xüsusilə  o,  Şəki  xanı  Hacı  Çələbinin  günü-gündən  artan 
şöhrətindən  narahat  olurdu.  Azərbaycanın  bəzi  xanları  da  Hacı  Çələbinin 
güclənməsini  istəmirdilər.  Bunu  görən  II  İrakli  Azərbaycanın  narazı  xan-
larını  məşvərət  üçün  Gəncə  yaxınlığına  dəvət  edir.  A.Bakıxanov  yazır  ki, 


 
39 
«Bu  zaman  Kartli-Kaxetiya  valisi  II 
İrakli  Hacı  Çələbiyə  qarşı  ittifaq 
bəhanəsilə gəncəli Şahverdi xanı, qarabağlı Pənahəli xanı, qaradağlı Kazım 
xanı,  irəvanlı  Hüseynəli  xanı,  naxçıvanlı  Heydərqulu  xanı  Gəncə 
yax
ınlığında  görüşə  dəvət  edir» (76,156; 41,42; 34,78; 187,123). Buraya 
topla
şan Azərbaycan xanları xəyanətkarcasına II İrakli tərəfindən həbs olu-
nur. Bu 
hadisə 1752-ci il martın 21-də baş vermişdi (187,124). 
II 
İraklinin  xəyanətindən  xəbər  tutan  Hacı  Çələbi  onu  təqib  edərək 
Qızılqaya adlı yerdə gürcü qoşununu məğlub etmiş və həbs edilən xanlar isə 
azad 
olunmuşdu  (31,15; 41,43; 76,156; 187,123; 30,57-58 ). Bu  hadisədə 
iştirak  etmiş  İrəvan  hakimi  yanlış  olaraq  Hüseynəli  xan  göstərilmişdi. 
Əslində  həmin  dövrdə  İrəvanda  hakimiyyət  başında  Xəlil  xan  dururdu. 
«
İrəvan  xanlığı»  əsərinin  müəllifləri  düzgün  olaraq  baş  vermin  hadisədə 
Xəlil xanın iştirak etdiyi qənaətinə gəlmişlər (30,58). 
Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların güclü 
hücumuna 
məruz  qalmışdı. 1754-1755-ci  illərdə  Avar  xanı  Mürsəl  xanın 
başçılığı  altında  dağıstan  qoşunları  Kartli-Kaxetiya  ərazisinə  yürüş  təşkil 
edərək,  oradan  İrəvan  xanlığı  ərazisinə  hücum  etdilər  (67,10; 225,720; 
179,37-38). 
Dağıstan  qoşunu  bu  yürüşdə  xanlığın  sərhəd  kəndlərini  qarət 
edilərək dağıtmışdı. Xüsusilə, Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran ma-
hallarına böyük ziyan dəymişdi (415,161). 
Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq 
arasında aşağı salmışdı. Digər tərəfdən Xəlil xanın himayədarı Azad xanın 
taxt-tac 
uğrunda  Kərim  xan  Zəndlə  apardığı  mübarizəsindən  istifadə  edən 
irəvanlılar  1755-ci  ildə  ona  qarşı  üsyan  qaldırdı.  Üsyana  xalq  arasında 
böyük  nüfuza  malik 
Həsənəli xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində 
Xəlil  xan  hakimiyyətdən  uzaqlaşdırılır,  onun  yerinə  Həsənəli  xan  Qacar 
(1755-1759) 
hakimiyyəti  ələ  keçirdi  (153,207-208).  Onun  hakimiyyətə 
gəlişi  XIX  yüzülliyin  əvvəllərinə  qədər  İrəvanda  hakimiyyətdə  olan  yerli 
Qacarlar 
sülaləsinin əsasını qoymuşdu. Həsənəli xan çox az müddətdə ha-
kimiyyətdə  olmuşdu.  Təəssüf  ki,  onun  hakimiyyəti  dövründə  İrəvan 
xanlığında  baş  verən  hadisələr  barədə  məlumat  əldə  edə  bilmədik.  Yalnız 
bir 
məlumata görə o, xanlıq taxtını ələ keçirərkən kor olmuşdu. Nadir şah 
tərəfindən  gözləri  çıxarılmışdı  (153,305).  Çox  güman  ki,  Həsənəli  xan 
han
sısa bir günahına görə şahın qəzəbinə gəlmişdi.      
 
İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) dövründə  
Dörd 
ilə  qədər  hakimiyyətdə  olan  Həsənəli  xan  1759-cu  ilin 
əvvəllərində vəfat etdi. Onun vəfatından sonra qardaşı Hüseynəli xan (1759-
1783) 
İrəvanda  hakimiyyətə  gəlir  (153,306).  Tarixi  ədəbiyyatda  onun  ha-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə