Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   13   14   15   16   17   18   19   20   ...   164

 
36 
bağlayaraq  Kartli-Kaxetiyaya  hücum  etməyi  qərara  aldı  (70,239).  Lakin 
İrəvan xanı tərəfindən xəbərdarlıq edilən İrakli müttəfiqlərin hücumunu dəf 
etmək  üçün  vaxtında  tədbir  görə  bildi.  Nəticədə  Martqubi  və  Didopisiali 
kəndlərində baş verən döyüşdə müttəfiq qoşunları məğlubiyyətə düçar oldu 
(55,75; 84, c.1,236-237).  
Bu 
hadisədə  İrəvan  xanının  Kartli-Kaxetiya  çarlığına  kömək  etməsi 
səbəbəsiz deyildi. Belə ki, Pənahəli xan Kartli-Kaxetiya ərazisinə hücumdan 
əvvəl  oğlu  və  qardaşının  komandanlığı  altında  4.000 nəfərlik  qoşunu  qarət 
məqsədilə  İrəvan  xanlığına  göndərmişdi.  İrəvan  şəhərinə  və  Eçmiədzin 
kilsəsinə qədər irəliləyən Qarabağ qoşunu bu yürüşdə çoxlu əsir və mal-qara 
ələ  keçirdi.  Bu  hücumun  qarşısında  davam  gətirə  bilməyən  irəvanlılar  II 
İrakliyə elçi göndərərək kömək istədi. Vaxtında köməyə çatan Kaxetiya çarı 
geri 
qayıdan  Qarabağ  qoşununa  hücum  edərək  məğlubiyyətə  uğratdı. 
Nəticədə Pənahəli xanın oğlu və qardaşı olmaqla çoxlu qarabağlı öldürüldü, 
onlardan  az  bir  qismi  geri 
qayıda  bildi  (70,239; 84, c.1,387-388). 
Qaraba
ğlıların qarət məqsədilə İrəvan ərazisinə yürüşü əvvəllər də olmuşdu. 
Mirzə  Camal  Cavanşir  «Qarabağ  tarixi»  əsərində  maraqlı  bir  məqama 
toxunaraq 
yazır ki, «Nadir şah öldürüldükdən sonra üzə çıxan Pənahəli xan 
bacarıqlı cavanları başına toplayıb Şirvan, Şəki, Gəncə,  İrəvan  və Qarabağ 
vilayətlərini qarət etməyə başladı. Bütün cavanları mal və dövlət sahibi etdi» 
(37,111).   
Bu 
hadisə  İrəvan  xanlığı  ilə  Kartli-Kaxetiya  çarlığı  arasında  olan 
münasibətləri normallaşdırmışdı. Lakin İrəvan xanlığında yaranmış sakitlik 
çox uzun 
sürmədi. Belə ki, İbrahim Mirzə Əmiraslan xanı məğlub etdikdən 
sonra 
Təbrizə gəldi və 1748-ci ilin noyabrın 24-də burada özünü şah elan 
etdi  (76,153).  Bir 
müddət  burada  qalan  şah  geri  çəkilərkən  əfşar 
sərkərdələrindən biri olan Məhəmməd xanı oraya hakim təyin etdi (180,113; 
417,13; 179,33; 46,152; 24,109).  
Tezliklə  İbrahim  Mirzə  Məşhəd  şəhəri  yaxınlığında  Nadir  şahın 
nəvəsi  Şahrux  Mirzə  ilə  apardığı  müharibədə  öldürüldü  (76,153).  Şahın 
ölümündən  sonra  yaranan  qarışıqlıqdan  istifadə  edən  Təbriz  hakimi 
Məhəmməd  xan  Əfşar  müstəqil  siyasət  yeritməyə  başlayır.  O,  Kartli-
Kaxetiya 
çarlığı da daxil olmaqla qonşu xanlıqları özünə tabe etmək üçün 
fəaliyyətini  genişləndirdi.  Əvvəlcə  Kartli-Kaxetiya  sarayına  elçi  göndərən 
Məhəmməd  xan  çar  Teymuraza  tabe  olmasını  tələb  edir.  Lakin  çar  Tey-
muraz  onun 
göndərdiyi elçiləri qəbul etməmişdi. Rədd cavabı alan Təbriz 
hakimi  Kartli-Kaxetiyaya 
yürüş  etmək  fikrinə  düşdü.  Bunun  üçün  birinci 
İrəvana hücum etmək lazım gəlirdi. 1750-ci ilin yayında başda Məhəmməd 
xan  olmaqla  30  minlik 
qoşun ilk əvvəl İrəvan xanlığına daxil olur. İrəvan 


 
37 
ərazisinə  hücuma  keçən  çoxsaylı  qoşun  burada  soyğunçuluqla  məşğul 
ol
mağa  başlayır.  Belə  qarətçi  hücumun  qarşısında  aciz  qalmış  irəvanlılar 
yenə  kömək  üçün  Kartli-Kaxetiya  sarayına  müraciət  etməli  olur  (417,13; 
179,33). 
Belə fürsətdən yararlanmağa can atan çar Teymuraz və oğlu İrakli 
qoşunla  İrəvana  gəlir.  Tərəflər  arasında  baş  verən  döyüşdə  məğlub  olan 
Məhəmməd xan Gərnibasar mahalında yerləşən Qvirob (Xorvirab) qalasına 
sığınır.  Bu  qalada  onun  ailəsi  və  xəzinəsi  yerləşirdi.  İrakli  qoşunu  ilə 
Məhəmməd xanı təqib edərək qalanı ələ keçirir və xanın ailəsi əsir alınır. 
Bundan 
əlavə,  xanın  xəzinəsi  müsadirə  edilir  (415,162; 180,47; 417,13; 
179,33). Lakin 
xanın özü bu hadisədən salamat qurtarmışdı. Məlumata görə, 
Məhəmməd  xan  Təbriz  əhalisinin  üsyanı  nəticəsində  öldürülmüşdü 
(24,109). 
Köməklik müqabilində irəvanlılar Kartli-Kaxetiya çarlığına hər il 
qırx  min  rubl  xərac  (4.000  tümən-E.Q.)  verməli  və  eyni  zamanda  İrəvan 
şəhərində çarın nümayəndəsi oturmalı idi (415,162; 417,13).  
İrəvan xanlığı bu təhlükədən azad olsa da çox keçmir ki, yeni təhlükə 
ilə  üzləşir.  Bu  dəfə  İrəvanda  hakimiyyət  dəyişikliyi  baş  verir.  Belə  ki, 
Azərbaycanda və İranda baş vermiş hadisələr zamanı taxt-tac iddiaçıların-
dan  olan 
Urmiyalı  Fətəli  xan  Əfşar  hərbi  cəhətdən  güclənir  və  tezliklə, 
qonşu  Azərbaycan  xanlarını  bir  mərkəz  ətrafında  birləşdirmə  siyasətinə 
ba
şlayır. O, tezliklə Təbrizi özünə tabe edir. (37,117, 24,109; 25,41). Bun-
dan sonra 
Fətəli xan keçmiş rəqibi Mir Mehdi xandan qisas almaq niyyətinə 
düşmüşdü.  Fətəli  xan  Əfşar  niyyətini  həyata  keçirmək  üçün  Nadir  şahın 
sabiq 
sərkərdəsi Azad xanı öz tərəfinə cəlb edir (24,109; 25,41).  
Fətəli  xan  Əfşar  ilk  növbədə  Azərbaycan  xanlarına  fərmanlar 
göndərərək  tabe  olmalarını  tələb  etdi.  Lakin  onun  fərmanları  xanlar 
tərəfindən rədd edilir. Onun göndərdiyi elçilər İrəvan xanlığından da əliboş 
qayıtmışdı. Bir tərəfdən bu, digər tərəfdən irəvanlıların yuxarıda bəhs edilən 
Urmiya 
səfəri  Fətəli  xanın  buraya  qoşun  göndərməsinə  səbəb  oldu.  Onun 
göstərişi  ilə  Azad  xan  1751-ci  ilin  sonlarında  sərkərdəsi  Musa  xanın 
başçılığı ilə bir dəstə qoşununu İrəvana göndərdi. İrəvan qalası mühasirəyə 
alınır (415,163; 417,15; 179,36). İrəvanlılar Mir Mehdi xanın başçılığı ilə 
qalaya 
sığınaraq  güclü  müdafiə  olunurdu.  Ermənilər  isə  əllərinə  düşən  bu 
imkandan 
istifadə edərək yenidən Kartli -Kaxetiya çarı Teymuraza müraciət 
etdilər  (84,  c.1,  səh.238).  İrəvanda  öz  təsirini  itirmək  istəməyən  çar  Tey-
muraz  bu 
müraciətdən istifadə edərək oğlu İraklinin başçılığı ilə oraya beş 
minlik 
qoşun  göndərdi  (180,48).  Mənbənin  verdiyi  məlumata  görə,  gürcü 
qoşunlarının  tərkibində  Qazax  və  Borçalı  mahallarından  olan  Azərbaycan 
türklərinin  süvari  dəstələri  də  fəaliyyət  göstərirdi  (42,237).  Yerli  əhalinin 
güclü 
müqaviməti və digər tərəfdən İraklinin komandanlığı altında vaxtında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə