Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   15   16   17   18   19   20   21   22   ...   164

 
40 
kimiyyətə gəldiyi il müxtəlif illərdə göstərilmişdi. Bəzi məlumata görə bu 
hadisə 1762-cü ildə, digər məlumatda isə 1764-cü ildə olunmuşdu (395,5; 
130,32; 40,16; 45,141). Lakin 
erməni mənbələrinə əsasən, Hüseynəli xanın 
daha 
əvvəl  hakimiyyətə  gəldiyinin  şahidi  oluruq.  Məsələn,  S.  İrəvanlı 
«Cambr» 
əsərində yazır ki, «Həsənəli xandan sonra bizim dövrümüzə qədər 
müstəqil  hakim  olan  qardaşı  Hüseynəli  xan  İrəvanda  hakimiyyətə  gəldi. 
Onun 
dövründə-  1759-cu  ildə  katolikos  taxtını  Akop  Şamaxılı  tutmuşdu» 
(153,306).  Daha  sonra 
yazır  ki, 1759-cu  ildə  katolikos  Akop  Şamaxılı 
Hüseynəli  xan  İrəvanlıya  14  maddədən  ibarət  ərizə  yazmışdı  (153,208)  
Hüseynəli xandan bəhs edən başqa bir erməni mənbəyində belə qeyd olu-
nur: «1759-cu  ilin  iyununda 
Hüseynəli xan Pənahəli xanın (Qarabağ xanı-
E.Q.) 
yanına getməyə hazırlaşarkən «Müqəddəs Taxt»dan (Eçmiədzindən-
E.Q.) 100 
tümən  tələb  etmişdi.  Lakin  biz  yalvaranda  ki,  buna  gücümüz 
çatmaz, 
güzəşt  edərək  50  tümən  aldı» (73,12). Bu  məlumatlardan  belə 
nəticəyə  gəlmək  olar  ki,  Hüseynəli  xan  1759-cu  ilin  yayında  hakmiyyətə 
gəlmişdi.  
Əgər  İrəvan  xanlığının  yaranması  Mir  Mehdi  xan  Əfşarın  adı  ilə 
bağlıdırsa,  xanlığın  güclənməsində  Hüseynəli  xanın  əvəzsiz  xidmətləri 
ol
muşdu.  Görkəmli  dövlət  xadimi  olan  Hüseynəli  xan  daxili  siyasətdə 
xanlığın  iqtisadi  cəhətdən  möhkəmlənməsinə  diqqət  yetirirdisə,  xarici 
siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh 
şəraitində yaşamaq siyasəti yeridirdi.  
Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində İrəvan xanlığı xarici 
təhlükə ilə üzləşmişdi. Belə ki, XVIII əsrin 50-ci illərin axırları-60-cı illərin 
əvvəllərində  Urmiyalı  Fətəli  xan  Əfşarla,  Şiraz  hakimi  Krim  xan  Zənd 
aras
ında  taxt-tac  uğrunda  mübarizə  daha  da  gücləndı  (41,46).  İlk  əvvəl 
qələbə qazanan Fətəli xan Azərbaycanın cənub xanlarını özünə tabe edərək 
şimala üz tutur (41,44; 37,117; 76,158). 1760-cı ilin mayında onun İrəvana 
yürüş edəcəyi barədə xəbər yayılır. Bu xəbər əhalini bərk təşvişə salmışdı. 
Hüseynəli  xan  təhlükənin  qarşısını  almaq  üçün  müdafiə  tədbirlərinə  əl 
at
mağa  məcbur  oldu.  Onun  göstərişilə  ətraf  kəndlərin  əhalisi  İrəvan  qal-
asına  köçürülür.  Bir  neçə  ay  irəvanlılar  qorxu  içərisində  yaşayır.  Lakin 
Fətəli  xanın  İrəvana  hücumu  baş  tutmadı  (164,57).  Fətəli  xanın  yürüşünə 
mane  olan 
səbəb Kərim xan Zəndin Azərbaycanın cənubuna hücum etmək 
xəbəri  olmuşdu  (37,119; 76,159; 45,130-131).  Bu  hücum  baş  tutmasa  da 
irvanlılara baha başa gəlmişdi. Onlar bir neçə ay evlərindən və təsərrüfatdan 
didərgin düşməyə məcbur olmuşdu.  
Bu 
təhlükə yenicə sovuşmuşdu ki, dağıstanlıların İrəvan xanlığı əra-
zisinə hücum etməsi xəbəri yayılır. 1760-cı ilin avqustunda dağıstan qoşun-


 
41 
ları İrəvan  yaxınlığında yerləşən Kanakir kəndində peyda oldu. Hüseynəli 
xan  onlara 
qarşı  qoşun  göndərir  və  baş  vermiş  döyüşdə  dağıstan  qoşunu 
məğlub  olaraq  geri  çəkildi.  Lakin  əlavə  kömək  alan  dağıstanlılar  geri 
qayıdaraq  Eçmiədzinə  qədər  irəliləyirlər.  Onlar  burada  çox  qalmayaraq 
qəflətən Göyçə gölü istiqamətində geri çəkilir və qısa müddətdən sonra ye-
nidən yürüşlərini davam etdirərək Araz çayına qədər gəlib çatırlar. Dağıstan 
qoşunu  çoxlu  əsir  və  qənimət  ələ  keçirərək  geri  qayıdır.  Onlar  geri 
qayıdarkən  Kartli-Kaxetiya  qoşunları  qəflətən  onlara  hücum  edir.  Döyüş 
nəticəsində  dağıstanlılar  məğlub  olur  və  nəticədə  əsirlər  İrəvana  qaytarılır 
(164,57-58).  
Bu 
hadisə Kartli-Kaxetiya çarlığının  İrəvan  xanlığı üzərində  təsirini 
daha da 
möhkəmləndirmişdi. Digər tərəfdən, Kərim xan Zəndlə II İraklinin 
münasibətlərinin  normallaşması  bu  təsiri  daha  da  qüvvətləndirdi.  Belə  ki, 
taxt-tac 
uğrunda  Kərim  xan  Zənd  (1759-1779)  Fətəli  xan  Əfşara  qalib 
gəldikdən  sonra  Azad  xanı  təqib  etməyə  başladı.  Təqibdən  yayınan  Azad 
xan  Qazax 
sultanlığına  qaçdı.  Burada  mövqe  tutan  Azad  xan  II  İraklidən 
kömək  almaq  niyyətində idi.  Lakin o, 1760-cı  ildə  II  İrakli  tərəfindən  ələ 
keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində Kərim 
xan 
Zənd bir müddət Kartli-Kaxetiyanın İrəvan xanlığından vergi almasına 
göz yumdu (415,347; 61,90; 179,40; 192,132).  
İrəvan  xanlığının  Kartli-Kaxetiyaya  tabe  olasında  erməni  əhalisinin 
xəyanətkarlığı  da  az  rol  oynamamışdı.  Xanlığın  ərazisində  yerləşən 
Eçmiədzin  kilsəsinın  katolikosları  daima  II  İrakli  ilə  əlaqə  saxlyaraq 
müxtəlif vasitələrlə onu İrəvana dəvət edirdilər. Onlar çarın əli ilə İrəvanda 
hakimiyyətə  gəlmək  istəyirdi.  Bundan  əlavə,  erməni  katolikosları  kömək 
almaq 
məqsədi  ilə  gizli  surətdə  II  Yekaterinanın  başçılığ  etdiyi  Rusiya 
hökumətinə  müraciət  etmişdilər  (192,129, 165,15). Beynəlxalq  və  daxili 
vəziyyətin gərgin olduğu bu illərdə İrəvan xanlığı Kartli-Kaxetiyaya 1000-
4000 
tümən məbləğində vergi verməyə məcbur olmuşdu (62,54). 
Lakin bu 
asıllıq çox davam etməmişdi. Hüseynəli xan hakimiyyətini 
möhkəmləndirən kimi, qarşısına İrəvan xanlığını Kartli-Kaxetiya çarlığının 
nominal 
asıllığından  qurtarmaq  məqsədi  qoymuşdu.  Ümumiyyətlə, 
Hüseynəli xanın hakimiyyət illəri Kartli-Kaxetiya çarlığına qarşı mübarizə 
ilə  zəngin  olmuşdu.  Yuxarıda  qeyd  edildiyi  kimi,  İrəvan  xanlığı  hər  il 
Kartli-Kaxetiya 
çarlığına vergi verirdi. Lakin II İrakli hər dəfə bu verginin 
miqdarını çoxaltmağa çalışırdı. Hüseynəli xan isə Kartli-Kaxetiya çarının bu 
istəyinə  qarşı  açıq  etiraz  edərək,  vergi  verməkdən  imtina  edirdi.  Bu  da 
tərəflər arasında düşmənçiliyi daha da gücləndirmişdi (153,387).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə