Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   12   13   14   15   16   17   18   19   ...   164

 
34 
siyasətindən narazı olan Mir Mehdi xan irəvanlılarla razılığa gələrək onlarla 
birləşir və üsyanın rəhbəri olur. Əmiraslan xanın onlara aman verməcəyini 
bilən  yerli  əhali  ona  güclü  müqavimət  göstərir.  Bu  müqavimət  qarşısında 
Əmiraslan xan geri çəkilməyə məcbur oldu. Tezliklə Əmiraslan xana qarşı 
irəvanlıların  da  daxil  olduğu  Azərbaycanın  müxtəlif  bölgələrinin  ittifaqı 
yarandı. İrəvanlılara rəhbərlik edən Mir Mehdi xan, Muğan xanı Həsənəli 
xan, 
Əmiraslan  xan  tərəfindən  talana  məruz  qalmış  kürdlər,  avşarlar 
qüvvələrini birləşdirərək 30.000-ə yaxın qoşunla Əmiraslan xana qarşı çıxır-
lar. 
Birləşmiş  qoşunlar  Urmiya  şəhərinə  hücum  edərək  xanın  burada  yer-
ləşən  bütün  xəzinəsini  ələ  keçirir  və  öz  aralarında  bölüşdürürlər  (70,203-
204).  Bunun 
ardınca doğma qardaşı Adil şahı taxtdan salaraq hakimiyyətə 
gələn  İbrahim  Mirzə  Əmraslan  xanı  məğlub  edərək  onu  öldürür  (24,108; 
25,40). 
Beləliklə, irəvanlılar yeni yaranmış xanlığı təhlükədən qoruya bild-
ilər. 
Beləliklə, İrəvan üsyançılarını öz tərəfinə çəkərək, üsyana rəhbərliyi 
ələ ala  bilən  Mir Mehdi  xan  Əfşar (1747-1752)  hakimiyyəti  ələ  keçirərək 
müs
təqil İrəvan xanlığının əsasını qoyur (421,93).   
 
1.2. XVIII yüzilliyin 50-80-ci 
illərində İrəvan xanlığının siyasi 
vəziyyəti 
 
İrəvan xanlığı yarandığı gündən müstəqil bir dövlət kimi qonşu dö-
vlətlərlə,  Azərbaycanın  bəzi  xanlıqları  ilə  siyasi  münasibətlər  qurmuş  və 
varlığının qorumaq üçün həmişə mübarizə aparmışdı. Qeyd etmək lazımdır 
ki, 
Azərbaycanın  qərb  qurtaracağında  yaranmış  İrəvan  xanlığı  əlverişli 
strateji 
mövqedə  yerləşdiyindən  Rusiya,  Osmanlı  və  İran  kimi  dövlətlərin 
mənafeyinin  toqquşduğu  bir  bölgə  idi.  Ona  görə  də,  xanlıq  tez-tez  qonşu 
dövlətlərin hücumlarına məruz qalırdı. Bəzən də İrəvan xanları güclənmək 
məqsədi ilə ərazilərini genişləndirməyə çalışırdı.   
Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi,  İrəvan  xanlığının  da 
siyasi  tarixi  ara  müh
aribələri ilə zəngin olmuşdu. İrəvanı müstəqil xanlığa 
çevirən Mir Mehdi xan (1747-1752) xanlığın ərazisini genişləndirmək üçün 
qonşu xanlıqlara yürüşlər təşkil edirdi. O, 1748-ci ilin əvvllərində Urmiya 
xanlığına  hücum  edir.  Gələcəkdə  taxt-tac  iddiaçılarından  biri  olan,  lakin 
həmin  dövrdə  bir  o  qədər qüvvəsi  olmayan  Urmiya  xanı  Fətəli  xan  Əfşar 
irəvanlılarla döyüşdə məğlubiyyətə uğrayır. Nəticədə, Fətəli xan Mir Mehdi 
xana 
güzəştə getməyə məcbur olmuşdu (24,111; 25,42). 
Lakin 
yenicə yaranmış İrəvan xanlığı tezliklə, qonşu dövlətlər arasın-
da 
gedən mübarizə meydanına çevrildi. XVIII əsrin 40-cı illərin axırlarında 


 
35 
şah taxt-tacı uğrunda mübarizə qızışdığından Cənubi Qafqazda da mürəkkəb 
vəziyyət  yaranmışdı.  Bundan  yüksək  şəkildə  yararlanmağa  çalışan  Kartli-
Kaxetiya 
çarları II Teymuraz və oğlu II  İrakli, digər tərəfdən isə Qarabağ 
xanı Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə gedirdi. 
Xüsusilə,  İrəvan,  Gəncə,  Naxçıvan  xanlıqları  tez-tez  Kartli-Kaxetiya 
çarlığının hücumlarına məruz qalırdı (37,161; 192,129). İrəvanı özünə tabe 
etmək niyyətində olan çar Teymuraz və oğlu İrakli bunun üçün hər cür va-
sitələrdən istifadə edirdilər. Xanlığın ərazisində yaşayan ermənilər bu işdə 
onların  ən  yaxın  köməkçiləri  idi.  Ermənilər  (çox  vaxt  bunlara  qonşu 
xanlıqlardan  olan  ermənilər  də  qoşulurdu-E.Q.)  xanlıqda  qarışıqlıq 
salmaqla,  yalan 
vədlərlə  hər  iki  dövlət  arasındakı  münasibətləri 
gərginləşdirdi. Belə ki, ermənilər Kartli-Kaxetiya sarayı ilə gizli danışıqlar 
aparırdı. P.Butkov yazır ki, «İrəvan və Gəncədən olan ermənilər 1749- cu 
ilin  avqustun 
əvvəllərində  çarın  yanına  gələrək  çar  Teymuraza  tabe 
olacaqlarını  və  beş  min  rubl  məbləğində  vergi  verəcəklərini  vəd  etdilər» 
(70,241; 84, c.1, 237-238).  Lakin 
ermənilərin  xəyanəti  İrəvan  xanının 
nəzərindən qaçmırdı. Buna görə də, Mir Mehdi xan Kartli-Kaxetiya sarayı 
ilə gizli əlaqə saxlayan erməniləri cəzalandırmaq qərarı vermişdi. Onun bu 
tədbiri  Kartli-Kaxetiya  sarayının  narazılığına  gətirib  çıxarmışdı.  İrəvanın 
daxili 
işlərinə  qarışmağa  bəhanə  axtaran  çar  Teymuraz  ermənilərin 
müraciətindən istifadə edərək 1749-cu ilin sentyabrında 25 minlik qoşunla 
İrəvana  yürüş  etdi.  Sentyabrın  29-da  çar  qoşunu  bir  kəndi  zəbt  edə  bildi. 
Müqavimət göstərmək iqtidarında olmayan Mir Mehdi xan ermənilərə divan 
tutmağı  dayandırır  və  çar  Teymurazla  sülh  bağlayır.  Noyabrın  22-də  çar 
qoşunları xanlığı tərk edərək geri qayıdır (70,241).  
Kartli-Kaxetiya 
çarlarının tez-tez qonşu Azərbaycan xanlarının daxili 
işinə qarışması qüdrətli xanların narazılığına səbəb olurdu. Belə xanlardan 
biri 
qonşu Azərbaycan xanlarını özünə tabe etmək istəyən Qarabağ xanı idi. 
Mirzə  Camal  Cavanşir  yazırdı  ki, «Az  bir  müddətdən  sonra  Pənah 
(
Pənahəli-E.Q.) xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu (nəvəsi-E.Q.) 
Şahrux Mirzə, Adil şah adlandırılan Əliqulu xanı öldürərək (İbrahim Mir-
zəni-E.Q.), Xorasanda şahlıq taxtında oturmuş və İraq, Azərbaycan və Fars 
torpaqlarında  qarmaqarışıqlıq  üz  vermişdir.  Bu  zaman  Pənah  xan  Gəncə, 
İrəvan,  Naxçıvan  və  xüsusilə  Ərdəbil  vilayətlərini  ələ  keçirmək  və  o  yer-
lərin xanlarını özünə tabe etmək qərarına gəldi» (37,115).  
İlk  növbədə  Pənahəli  xan  bu  işdə  ona  mane  ola  biləcək  Kartli-
Kaxetiya 
çarlığını  zərərsizləşdirmək  məqsədi  ilə  1749-cu  ilin  dekabrın 
əvvəllərində gəncəli Şahverdi xan, şəkili Hacı Çələbi xan, qəbələli Ağamalı 
xan, 
muğanlı  Səfərəli  və  şamaxılı  Hacı  Məhəmmədəli  xanla  ittifaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə